00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 

15
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma  

9.  Yaradılmış vektor rəsmini saxlamaq üçün FileSave As menyu komandasını seçin. 
Açılan  uyğun  dialoq  boksunda  faylın  tipini  ODF Drawing  göstərin  və  fayla 
alqoritm.odg adını verin.
 
10. FileExport  menyu  komandasını  seçin.  Açılan  uyğun  dialoq  pəncərəsində    JPEG 
formatını göstərin.
 
Blok-sxem rastr görüntüsü kimi saxlanılacaq.
  
OpenOffice.org Draw proqramını qapadın. 
 
 
 
  
1.  Vektor qrafikası nə deməkdir? 
2.  Vektor görüntülər nədən formalaşır? 
3.  Vektor qrafikasının hansı üstünlükləri və çatışmazlıqları var? 
4.  “Tam  budaqlanma”  və  “yarımçıq  budaqlanma”  alqoritmik  konstruksiyalarının  blok-
sxemini çəkin. 
5.  Kompüterin quruluşunun struktur sxemini çəkin. 
 
 
“Fəaliyyət” blokunda yaradılan alqoritm.odg və alqoritm.jpg fayllarının saxlandığı qov-
luğa  keçin.  Öncə  həmin  faylların  diskdə  tutduqları  yerləri  müqayisə  edin.  Sonra  bu 
faylları uyğun olaraq OpenOffice.org Draw və Paint proqramlarında açın. Görüntüləri 
bir  neçə  dəfə  böyüdüb  onların  keyfiyyətini  (cizgilərin  dəqiqliyini)  müqayisə  edin. 
Gördüyünüz nəticələr öyrəndiyiniz biliklərə uyğun gəlirmi?   
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
16 
 
 
 V
EKTOR REDAKTORUNDA İŞ 
 
 
 
 
 
1. 
Paint qrafik redaktorunda aşağıdakı şəkli çəkin.  
2. 
Bu fiqurların üst-üstə yerləşmə ardıcıllığını dəyişməyə çalışın. 
3. 
OpenOffice.org Draw vektor redaktorunu başladın.  
4. 
Drawing (Rəsm) alətlər zolağında 
 Basic Shapes düyməsini 
çıqqıldadın. (Drawing zolağı, adətən, proqramın baş pəncərəsinin aşağı hissəsində 
olur. Əgər o, ekranda yoxdursa, ViewToolbars menyu komandası vasitəsilə onu 
aktivləşdirin.) 
5. 
Açılan  siyahıdan  öncə  kvadrat,  sonra  üçbucaqlı  və  nəhayət,  çevrə  alətini  seçərək 
yuxarıdakı şəkli çəkin.  
6. 
Kvadrat obyektini seçdirin və ModifyArrangeBring to Front menyu bəndini   
(
) seçin. Seçdirilmiş kvadrat o biri obyektlərin önünə keçəcək. 
 
 
 
Nəticəni müzakirə edək: 
–  Nə üçün vektor qrafik redaktorunda asan yerinə yetirdiyiniz əməliyyatı rastr qrafik 
redaktorunda yerinə yetirmək mümkün olmadı?  
 
 
 
Vektor qrafik  redaktorunda  əməliyyatların  özəlliyi  ondadır  ki, həndəsi fiqurlar 
(obyektlər) çəkildikdən sonra da "sərbəst" qalır. Yəni vektor görüntünü təşkil edən 
ayrı-ayrı  obyektlər  üzərində  istənilən  zaman  əməliyyatlar  aparmaq  olar.  Rastr 
görüntülərdə  isə  belə  deyil:  həndəsi  fiqurlar  (obyektlər)  yalnız  çəkildikləri  anda 
"sərbəst" mövcud olur, sonra onlar, sadəcə, rəngli nöqtələr yığınına çevrilir.  
Vektor  qrafik  redaktorunda  çəkilən  hər  qrafik  primitiv  ayrıca  qatda  yerləşir. 
Başqa sözlə, vektor görüntülər onu təşkil edən obyektlərin sayı qədər qatdan ibarət 
olur. Vektor görüntülərdə obyektlər vizual olaraq bir-birini örtsələr də, bu obyektlər 
əslində tam sərbəstdir.  
Vektor  redaktorunda  çəkilmiş  qrafik  primi-
tivləri  qruplaşdıraraq    (birləşdirərək)  bir  vahid 
obyekt  yaratmaq  mümkündür.  Qruplaşdırma 
əməliyyatı  (Group  komandası)  ilə  ötən  dərsdə 
 
 
F ə a l i y y ə t
 
1

 Qrafik primitivlər nədir? 
 
 Google SketchUp proqramında hansı qrafik primitivlərdən istifadə 
etmisiniz?  
 
 
• 
Qat 
• 
Qruplaşdırma 
• 
Qrupdan çıxartma 
S ö z l ü k  


 
 

17
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma  

tanış oldunuz. Qrup üzərində aparılan əməliyyatlar onu təşkil edən bütün obyektlərə 
aid  olur.  Ancaq  bəzən  qrupa  daxil  olan  hər  hansı  bir  obyekt  üzərində  müəyyən 
dəyişiklik etmək lazım gəlir. Bunun üçün qruplaşdırmanın əksi olan əməliyyatdan – 
qrupdan çıxartmadan (Ungroup komandası) istifadə olunur.  
Google  SketchUp  proqramında  siz  artıq  sadə  üçölçülü  fiqurlar  hazırlamısınız. 
OpenOffice.org Draw proqramı üçölçülü qrafika ilə işləmək üçün də geniş imkanlara 
malikdir.  
 
 
 
1. 
OpenOffice.org Draw proqramını başladın
.
  
 
2. 
FileNewDrawing menyu komandasını seçin. 
Boş rəsm sahəsi açılacaq. 
 
3. 
3D-Objects alətlər panelini aktivləşdirin. Bunun 
üçün ViewToolbars3D-Objects menyu 
komandasını seçin. 
 
4. 
Ardıcıl olaraq kub (Cube), kürə (Sphere), silindr 
(Cylinder), konus (Cone), piramida (Pyramid), tor (Torus) çəkin. 
 
5. 
Rəsm sahəsində kürəni seçdirin və siçanın sağ düyməsini çıqqıldadın. Açılan 
kontekst menyusundan 3D Effects bəndini seçin. Uyğun dialoq pəncərəsi 
açılacaq. 
 
6. 
Pəncərənin yuxarısında yerləşən 
Illumination (işıqlandırma) 
düyməsini çıqqıldadın. Light 
source (işıq mənbəyi) və Ambient 
light (ətraf işıq) parametrlərini 
seçin. Dialoq pəncərəsinin aşağı 
hissəsindəki pəncərədə siçanın, 
yaxud fırlatma zolaqlarının köməyi 
ilə işıq mənbəyinin yerini 
dəyişməklə üçölçülü cismin 
işıqlanmasının necə dəyişməsini 
izləyin. Seçilmiş xassələrin obyektə 
tətbiq edilməsi üçün 
 Assign 
(mənimsətmə) düyməsini 
çıqqıldadın.   
 
 
 
 
 
 
7. 
Redaktorun bu imkanlarından istifadə edərək Günəş sisteminin üçölçülü 
modelini hazırlayın. 
 
 
 
F ə a l i y y ə t
 
2


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə