1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Daxili və xarici auditin keyfiyyətinə nəzarət. - Sual 20 - eyni cavab



Yüklə 1,48 Mb.
səhifə31/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   27   28   29   30   31   32   33   34   ...   68
Audit suallar-Ayten

23.Daxili və xarici auditin keyfiyyətinə nəzarət. - Sual 20 - eyni cavab
24.Auditor proqramı. - Sual 21 - eyni cavab
25.Auditor sübutları, onların növləri və mənbələri.
Auditor sübutları–auditin həyata keçirildiyi zaman qarşıya qoyulmuş məqsədə çatmaq üçün alınmış məlumatlardır. Ümumiyyətlə auditorun rəyinin əsaslandığı nəticələri tərtib etmək üçün istifadə etdiyi bütün informasiyalar auditor sübutları hesab edilir.Auditor sübutları sənədli, şifahi, yazılı, birbaşa, dolayı, təsadüfi ola bilər. Auditor sübutları audit aparılan müddətdə alınan məlumatlardır.
Auditor sübutlarının aşağıdakı növləri vardır:
1.Sübutun alınma mənbəyi üzrə:

  • daxili –müştəri –müəssisədən alınmış informasiya;

  • kənar – maraqlı olmayan 3-cü şəxslərdən və təşkilatlardan alınmış informasiya;

  • qarışıq-müştəri–müəssisədən alınmış və 3-cü şəxslərdən təsdiqini tapmış informasiya;

  • auditorun özü tərəfindən əldə edilmiş informasiya:

  • birbaşa – ilkin sənədlər və reyestrlərlə təsdiqlənən informasiya;

  • dolayı –maliyyə sənədlərinin etibarlılığına bilavasitə aid olmayan informasiya;

2.Auditora təqdim edilmə üsulu üzrə:

  • sənədli(yazılı)

  • şifahi

Auditor sübutlarının alınmasının əsas mənbəyi–audit prosesində həyata keçirilən auditor prosedurlarıdır. Auditor sübutları daxili nəzarət vasitələrinin testləri və mövcud yoxlama prosedurları nəticəsində əldə olunur.
Daxili nəzarət vasitələrinin testləri, auditor sübutlarının alınması – mühasibat uçotu və daxili nəzarət sistemlərinin səmərəli fəaliyyəti və lazımi səviyyədə təşkili deməkdir. Daxili nəzarət vasitələrinin və auditor prosedurlarının riskini təyin etmək üçün mühasibat uçotu sisteminin və daxili nəzarətin təşkilinin qiymətləndirilməsi aparılır.
Auditor sübutlarının mənbələri:

  1. təsərrüfat subyektinin ilkin sənədləri;

  2. uçot registrləri;

  3. Baş kitab;

  4. maliyyə, statistika və vergi hesabatları;

  5. planlar, smetalar və kalkulyasiyalar;

  6. təftiş və yoxlamaların materialları;

  7. müəssisənin təsərrüfatdaxili nəzarət materialları;

  8. personalın yazılı və/və ya şifahi ərizələri;

  9. inventarizasiyanın nəticələri və bu kimi.

Maliyyə hesabatının doğruluğu haqda təşkilatın rəhbərliyinin xəbərdarlığı mühasibat uçotunun və daxili nəzarətin lazımi şəkildə təşkili özünü auditor sübutları və iş sənədlərində göstərir. Auditor üçün ən etibarlı sübutlar – bilavasitə auditor tərəfindən toplanılan sübutlardır.
Auditor sübutlarına verilən əsas tələblər:

  • zərurilik – auditor rəy hazırlamaq üçün hansı sübutların lazım olduğunu müəyyənləşdirməlidir;

  • əsaslandırılmış – konkret icraçıların imzaları ilə təsdiq edilmiş sənədlər sübut ola bilər:

  • dolğunluq – nəzarət obyektinin vəziyyətini təyin etmək üçün informasiya həcmi kifayət qədər olmalıdır;

  • düzgünlük – sübutlarda auditor tərəfindən yoxlanılmış göstəricilərdən istifadə edilməlidir.




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə