1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Auditorun yazılı məlumatında olan rekvizitlər



Yüklə 1,48 Mb.
səhifə39/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   35   36   37   38   39   40   41   42   ...   68
Audit suallar-Ayten

32.Auditorun yazılı məlumatında olan rekvizitlər.
Auditor rəyi iki nüsxədən ibarət tərtib edilir. Bunlardan biri sifarişçi təsərrüfat subyektinin rəhbərliyinə təqdim edilir, digəri isə auditor təşkilatında (sərbəst auditorda) saxlanılır.
Auditin nəticələri üzrə təsərrüfat subyektinin rəhbərliyinə auditorun yazılı məlumatı auditor fəaliyyətinin reqlamentləşdirilməsi üçün hazırlanır.
Məcburi auditin bütün hallarında auditor təşkilatları auditin nəticələri üzrə yoxlanılan təsərrüfat subyektinin rəhbərliyinə auditorun yazılı məlumatını (hesabatını) hazırlanmağa və ünvan sahibinə təqdim etməyə borcludur. Auditor təşkilatları auditin həyata kerçirilməsi gedişatında aralıq məlumat hazırlayıb şifahi və ya yazılı şəkildə verə bilərlər.
Auditorun yazılı məlumatlarında mühasibat uçotunda əhəmiyyətli səhvlərə gətirib çıxara bilən uçot qeydlərindəki, mühasibat uçotunda və daxili nəzarət sistemində nöqsanlar haqqında məlumat yoxlanılan təsərrüfat subyektinin rəhbərliyinə şatdırılması məqsədilə və təsərrüfat subyektinin mühasibat və nəzarət sisteminin təkmilləşdirilməsinə dair konstruktiv təkliflərin irəli sürülməsi qaydasında verilir.
Auditor təşkilatı subyektinin maliyyə-təsərrüfat fəaliyyətilə əlaqədar, onun mühasibat uçotunun düzgünlüyünə təsir edən və ya edə biləcək bütün əhəmiyyətli səhvləri və təhrifləri auditorun yazılı məlumatlarında göstərməyə borcludur.
Auditorun yazılı məlumatına bütün mövcud nöqsanlar haqqında tam hesabat kimi baxıla bilməz. O, yalnız auditor yoxlaması prosesində aşkar edilən nöqsanları göstərir.
Auditorun yazılı məlumatını auditi bilavasitə aparan auditorun və digər mütəxəssislər imzalamalıdır.
Hər bir auditor təşkilatı auditorun yazılı məlumatının hazırlanması forması üzrə vahid (firmadaxili) tələbləri işləyib hazırlamalıdır. Belə daxili tələblər müxtəlif təsərrüfat subyektləri üçün həmin sənədin səliqəli və vahid formada tərtibini təmin etməli, auditor təşkilatının rəhbəri tərəfindən təsdiq edilməlidir.
Auditorun yazılı məlumatında aşağıdakılar məcburi qaydada olmalıdır:

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə