1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Auditor təşkilatının rekvizitləri; 2



Yüklə 1,48 Mb.
səhifə40/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   36   37   38   39   40   41   42   43   ...   68
Audit suallar-Ayten

1. Auditor təşkilatının rekvizitləri;
2. Yoxlanılan təsərrüfat subyektinin rekvizitləri;
3.Təsərrüfat subyekti auditinin gedişatında yoxlanılan sənədlərin əhatə etdiyi dövrün göstərilməsi, auditorun yazılı məlumatının imzalanması tarixi;
4. Mühasibat uçotunun aparılmasının və mühasibat hesabatının tərtib olunmasının AR qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydasının auditin gedişatında aşkar edilmiş, hesabatın dürüstlüyünə təsir edən və edə biləcək əhəmiyyətli səhvləri;
5.Təsərrüfat subyektinin mühasibat uçotunun təşkilinin və aparılmasının, müvafiq hesabatların tərtibinin və daxili nəzarət sisteminin vəziyyətinin yoxlanması nəticələri.
Auditorun yazılı məlumatında olan informasiyalar aydın, qısa, məzmunlu və dəqiq olmalıdır. Burada məcburi qaydada göstərilməlidir ki, edilən qeydlərdən hansı əhəmiyyətlidir, hansı yox, sadalanan nöqsanlar auditor rəyində olan nəticələrə təsir edir və ya etmir. Auditor təşkilatı şərti müsbət rəy verməkdən imtina etdikdə auditorun yazılı məlumatında auditoru belə fikrə gətirən səbəblər ətraflı əsaslandırılmalıdır.
33.Auditor rəyinin təsdiq edilməsi.
Auditorun aşağıdakı məsuliyyət növləri vardır:

  • mülki-hüquqi;

  • inzibati;

  • cinayət.

Auditorun inzibati cəza növünə - “xüsusi hüquqdan mərhumetmə” aiddir.
Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün – auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və(və yaxud) akkreditə olunan peşəkar auditor birliyinin hüququ var. Auditorun hesabat çərçivəsindən kənar məlumatları müştəridən almaq hüququ vardır. Bu qərarı auditor verir. Auditor yoxlaması keçirilərkən, auditorlar üçüncü şəxslərdən məlumatı hər formada almaq hüququna malikdirlər. Auditor yoxlaması keçirilərkən, auditorların aldıqları məlumatlar məxfidir. Auditor və iqtisadi subyektlər arasında olan əmlak mübahisələri iddia qaldırmaqla həll olunur.
Auditor rəyi qaydaya görə audit olunan şəxsin səhmdarına, mülkiyyətçisinə, direktorlar şurasına göndərilir. Auditor rəyində audit olunan şəxsin dövlət qeydiyyatı haqda şəhadətnaməsinin nömrəsi və tarixi olmalıdır. Auditor rəyində mühasibat hesabatının tərkibində audit standartında müəyyənləşdirilən məcburi elementlər olmalıdır.
Auditor firması auditor rəyini auditor və iqtisadi subyekt arasında razılığa gəlinən sayda hər bir tərəf üçün bir nüsxədən az olmamaqla- təqdim edir.
Təşkilatın fəaliyyətinin fasiləsizliyi haqda amil auditorun rəyinə təsir etmir.
Auditor rəyi tərtib edilən tarixdən sonra, daxil olan sair informasiyalarla auditorun tanış olması – o halda zəruridir ki, bu hal müştəri ilə əlavə müqavilədə nəzərdə tutulmuşdur.
Auditor mühasibat hesabatının etibarlılığını təsdiq edən rəyi o zaman verir ki, bu hesabat qüvvədə olan qanunvericiliyə uyğundur.
Auditor firması auditor yoxlamasını qurtardıqdan və auditor rəyini müştəriyə verdikdən sonra aydın olmuşdur ki, rəyin analitik hissəsi normativ aktlara istinad etməmişdir. Müştərinin belə informasiyanı almağa hüququ çatır.
Auditor rəyinin imzalanması tarixi iqtisadi subyektin maliyyə hesabatının hazırlanması tarixini qabaqlayır.
Auditor hesabatı tarixindən sonra baş verən hadisələr, həmçinin auditor rəyi verilən tarixdən sonra aşkara çıxarılan faktlar–“hesabat dövründən sonrakı hadisələr” adlanır. Bu hadisələrin maliyyə hesabatına təsiri əlverişli, həm də əlverişsiz qiymətləndirilir.
Auditor rəyinə aiddir: sözsüz müsbət, şərti müsbət və mənfi.
Auditor öz rəyinə görə məsuliyyət daşıyır.
Auditor tərəfindən yanlış auditor rəyinin verilməsi – cinayət məsuliyyətinə və auditorun ixtisas attestatının ləğvinə gətirib çıxarır.
rəyi məhkəmə orqanları tərəfindən yanlış kimi qiymətləndirilə bilər.
Auditor qəti müsbət auditor rəyi verilən halda, müştərinin təşkilatından hesabatlara düzəliş edilməsini tələb edə bilər. Auditorun müştəri qarşısındakı günahı və məsuliyyəti – məhkəmənin qərarı ilə müəyyən edilir.
Auditor və iqtisadi subyektlər arasında olan əmlak mübahisələri iddia qaldırmaqla həll olunur. Auditor şirkəti səhmdar olduğu şirkətdə, normativ aktlara əsasən, auditor yoxlaması apara bilməz. Auditor rəyinin tərtibatından əvvəl təsərrüfat subyektinin gələcəkdə inkişaf etməsi imkanlarının ətraflı, işlənmiş və dərin təhlili həyata keçirilir.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə