“MUĞANBANK”
AÇIQ SƏHMDAR
CƏMİYYƏTİ
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
Uyğun Hazırlanmış Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MÜNDƏRİCAT
Səhifə
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ
HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ
BAĞLI
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ
2-4
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
MALİYYƏ HESABATLARI:
Məcmu gəlirlər haqqında hesabat
5
Maliyyə vəziyyəti haqqında hesabat
6
Kapitalda dəyişikliklər haqqında hesabat
7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
8-9
Maliyyə hesabatları üzrə qeydlər
10-71
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Min Azərbaycan Manatı ilə)
10
1. GİRİŞ
“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) 1992-ci ildə Azərbaycan
Respublikası ərazisində qapalı səhmdar cəmiyyəti kimi təsis edilmişdir və 2005-ci ildə açıq səhmdar
cəmiyyəti kimi yenidən qeydiyyatdan keçmişdir. Bankın fəaliyyəti Azərbaycan Respublikası
Mərkəzi Bankı (“ARMB”) və Maliyyə Bazarlarına Nəzarət Palatası (“MBNP”) tərəfindən
tənzimlənir və fəaliyyəti 29 saylı 25 noyabr 1992-ci il tarixində verilmiş və 10 noyabr 2000-ci il
tarixində yenilənmiş bank fəaliyyəti və valyuta mübadiləsi xidmətləri üzrə lisenziya əsasında həyata
keçirilir. 31 dekabr 2017-ci il tarixinə Bankın Azərbaycan Respublikası daxilində müvafiq olaraq, 42
filialı və 9 xidmət şəbəkəsi mövcud olmuşdur (2016-cı il: 44 filial və 8 xidmət şəbəkəsi). Nağd pul
və hesablaşmalarla bağlı əməliyyatlar və xarici valyutanın mübadiləsi, kommersiya fəaliyyəti, xarici
valyuta ilə ticarət əməliyyatları və kreditlərin verilmə və depozitlərin saxlanması, həmçinin
zəmanətlərin verilməsi Bankın əsas fəaliyyət növləridir.
Bankın hüquqi ünvanı və fəaliyyət göstərdiyi ölkə:
Bankın hüquqi ünvanı Ə.Rəcəbli küçəsi 21B, Bakı, Azərbaycan Respublikasıdır.
Bankın Səhmdarları
31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə aşağıda göstərilən şəxslər Bankın səhmlərinə sahib
olmuşlar:
Səhmdarlar
31 dekabr
2017-ci il, %
31 dekabr
2016-cı il, %
Elmir Mehdiyev
63.50
63.50
Maqbet Mehdiyev
13.10
13.10
Vəfa Vəliyeva
12.05
12.05
Fəridə Mehdiyeva
11.35
11.35
Cəmi
100.00
100.00
31 dekabr 2017 və 2016-cı il tarixlərinə Banka, əməliyyatları öz mülahizələri əsasında və öz
maraqları çərçivəsində idarə etmək səlahiyyətinə malik olan cənab Elmir Mehdiyev tərəfindən
nəzarət olunur.
Əməliyyat mühiti
Bank öz fəaliyyətini Azərbaycan Respublikasında aparır. İnkişaf etməkdə olan bir bazar olaraq,
Azərbaycan Respublikası hazırda işgüzar və tənzimləyici infrastrukturu inkişaf etdirir ki,
ümumiyyətlə daha inkişaf etmiş bir bazar iqtisadiyyatda mövcud olan standartlara uyğunluğu təmin
etsin.
Neft hasilatı və neft qiymətləri səbəbindən neft gəlirlərinin aşağı düşməsi nəticəsində neftin ÜDM-də
(7.2%) azalma ilə əlaqədar olaraq Azərbaycan iqtisadiyyatı 2017-ci ilin birinci yarısında 1.3%
zəifləmişdir. Digər tərəfdən və bank sektorunda davam edən çətinliklərə baxmayaraq, qeyri-neft
iqtisadiyyatı kənd təsərrüfatının və istehsal sektorunun güclü göstəricilərinin dəstəklənməsi ilə bir il
ərzində ilk dəfə 1.7% artmışdır. 2017-ci ildə baş tutmuş illik inflyasiya 13-14% səviyyəsində
qalmışdır və əsasən dövlət tərəfindən idarə edilən elektrik enerjisi, su və qaz tariflərində və yerli
ərzaq qiymətlərində artmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı inflyasiya təzyiqlərinə
istinad edərək likvidlik səviyyəsinin azaldılması əməliyyatlarını artırmaqla, 2017-ci ilədək pul
siyasətinin mövqeyini möhkəmləndirməyə davam etmişdir. Manat 2016-cı ilin sonundan etibarən