1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə38/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
Audit suallar-Ayten

1. ümumi nəzarət,
2. ayrı-ayrı audit prosedurları üzrə nəzarət.
Daxili nəzarət müvafiq auditor təşkilatının rəhbərliyi və sərbəst auditorların özləri tərəfindən həyata keçirilir. Daxili nəzarət qaydaları auditor təşkilatı tərəfindən təsdiq edilir. Bu zaman aşağıdakılar nəzərə alınır: peşəkarlıq tələbləri, səriştəlilik, təyin etmə, səlahiyyətlər, məsləhətlər, sifarişçilər və onlarla əlaqə saxlanılması, yoxlama.
Auditin keyfiyyətinə kənar nəzarət auditor təşkilatı və sərbəst auditor tərəfindən
göstərilən auditor xidmətlərinin keyfiyyətinin və daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir. Kənar nəzarət AR Auditorlar Palatası tərəfindən
həyata keçirilir. O, iki formada aparılır.
- auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi;
- auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət.
Kənar nəzarətin həyata keçirilməsinin metod və üsulları Auditorlar Palatası tərəfindən təsdiq edilmiş proqram və təlimatlar ilə tənzimlənir.
Nəzarət vasitələri testlərinin proqramı daxili nəzarət və uçot sisteminin fəaliyyəti haqqında informasiyanın toplanması üçün nəzərdə tutulmuş işlərin məcmusunun siyahısından ibarətdir. Nəzarət vasitələri testlərinin vəzifəsi odur ki, onlar təsərrüfat subyektinin nəzarət vasitələrinin ciddi nöqsanlarını aşkara çıxarmağa kömək edirlər.
Auditor proseduralarına əslində mühasibat uçotunda hesablar üzrə dövriyyələrin və qalıqların (saldonun) düzgün əks etdirilməsinin müfəssəl yoxlanılması daxildir.
Konkret yoxlamalar üçün auditor proseduraları proqramı auditor tərəfindən görüləcək işlərinin siyahısından ibarətdir. Prosedur üçün auditor müəyyən etməlidir ki, o, mühasibat uçotunun (hesablar planının) məhz hansı bölmələrini yoxlayacaq və onun hər bir bölməsi üzrə auditin proqramını tərtib edəcək.
Auditin keçirilməsi şərtlərinin dəyişməsindən və auditor proseduralarının nəticələrindən asılı olaraq, auditin proqramına yenidən baxılarsa, onda bu dəyişikliklərin səbəbləri və onların nəticələri rəsmiləşdirilməlidir.
Audit proqramının hər bir bölməsi üzrə auditorun gəldiyi və iş sənədlərində əks etdirdiyi nəticələr audit aktının (hesabatının) və auditor rəyinin tərtib edilməsi üçün əsasdır.
Audit proqramının nümunəvi məzmunu bu standarta iki saylı əlavədə verilmişdir.
Auditin ümumi planı və proqramı sənədləşdirilərək müəyyən olunmuş qaydada imzalanmalıdır.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə