1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Şərtsiz müsbət auditor rəyi



Yüklə 1,48 Mb.
səhifə37/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   33   34   35   36   37   38   39   40   ...   68
Audit suallar-Ayten

Şərtsiz müsbət auditor rəyi maliyyə hesabatlarının müəssisənin ma­liyyə vəziyyətinin, mənfəət və zərərinin, pul vəsaitlərinin hərə­kətinin dürüst əks etdirdiyini, mühasibat uçotunun qüvvədə olan qanun­vericiliyin və mühasibat uçotu haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Auditor aşağıdakı şərt­lərin yerinə yetirildiyinə əmin olduqda şərtsiz müsbət rəy tərtib edir:
- auditor yoxlama üçün zəruri olan bütün məlumatları və izahatları əldə etmişdir;
- məlumatların kifayətliliyi və düzgünlüyü üçün əhəmiyyətli olan bütün suallar üzrə tam informasiya mövcuddur;
- təqdim olunan məlumatlar audit aparılan müəssisənin həqiqi maliyyə vəziyyətini kifayət qədər əks etdirir;
- maliyyə sənədləri audit aparılan müəssisə tərəfindən qəbul edilmiş mühasibat uçotu sisteminə əsasən tərtib edilir və bu sistem özü mövcud qanunvericiliyin tələblərini ödəyir;
- hesabatlar həqiqi uçot məlumatları əsasında və müəyyən olunmuş qaydada təsdiq olunmuş formalar üzrə tərtib edilmişdir.
Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir. Şərtsiz rəydən fərqlənən bütün hallarda auditor öz mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə (inamsızlıq və irad) rəyin ayrıca bölməsində izahat verməlidir. Mənfi auditor rəyi o halda tərtib olunur ki, hesabat müəssisənin maliyyə vəziy­yəti haqqında qeyri dürüst təsəvvür yaradır, mühasibat uçotunun aparılması işi ümumi qəbul edilmiş qaydaların pozulması ilə müşayət olunur.
Auditor rəyi yoxlamanı aparan auditor tərəfindən tərtib olunur, imzalanır və analitik və ümumi hissələrin hər biri ayrılıqda auditorun (auditor təşkilatının) möhürü ilə təsdiqlənir. Auditor verdiyi rəydə, yuxarıda qeyd olunan nümunələrin məzmununu saxlamaqla əlavələr edə bilər.


31. Hesabatların tərtibatının və daxili nəzarət sisteminin vəziyyətinin yoxlanması nəticələri.
Auditor işinin keyfiyyətinə nəzarət.
Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətinin keyfiyyətinə
nəzarətin mahiyyətini, növlərini, onun həyata keçirilməsinin əsas prinsiplərini və formalarını müəyyən etmək məqsədi ilə “Auditor xidməti haqqında”, AR Qanununa və “Auditin keyfiyyətinə nəzarət” beynəlxalq audit standartlarına uyğun olaraq “Auditin keyfiyyətinə nəzarət” milli audit standartı işləyib hazırlanmışdır.
Keyfiyyətə nəzarətin iki növü mövcuddur: daxili nəzarət; kənar nəzarət. Auditin
keyfiyyətinə daxili nəzarət auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar auditin planlaşdırılmasının, audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunu və onlara riayət olunmasına təmin etməkdən ibarətdir. Daxili nəzarət iki formada həyata keçirilir:

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə