Koqnitiv nəzəriyyə və ya koqnitiv model əsaslı yanaşma



Yüklə 44,68 Kb.
səhifə1/6
tarix23.12.2023
ölçüsü44,68 Kb.
#155051
  1   2   3   4   5   6
koqnitiv modelleshdirme



MÜHAZİRƏ 10

Koqnitiv nəzəriyyə və ya koqnitiv model əsaslı yanaşma


Koqnitiv model əsaslı istifadə testləri tətbiq metodu və sahəsi baxımından digər iki yanaşmadan fərqlidir. Bu yanaşmada istifadəçilərin idrak və fiziki davranışları modelləşdirilir. Əlavə olaraq, istifadəçi davranışlarının bu modelə uyğun olub-olmaması və ya modeli daha sürətli necə idarə etməsi kimi məsələlər qiymətləndirilir (Olson & Olson, 1990). Bu qiymətləndirmə prosesi həyata keçirilərkən, "Fitts" qanunu (Fitts, 1954), ümumiyyətlə, fiziki davranışların və "İnformasiya emalı modeli" isə idrak davranışlarının modelləşdirilməsində istifadə olunur.
Fitts qanunu, əlin klaviaturada bir nöqtədən digər nöqtəyə hərəkətində izlədiyi yolu təhlil edir. Beləliklə, bu müddətdə sərf olunan vaxt və prosesin çətinlik dərəcəsi kəmiyyətcə qiymətləndirilir. Bir interfeys istifadə edilərkən həyata keçirilən idraki fəaliyyətlər də İnformasiya emalı modeli tədqiqatları çərçivəsində müəyyən edilmiş nəticələrlə də qiymətləndirilməkdədir. Bu məqsədlə müvafiq interfeysin tapşırıq təhlili nəticəsində əldə edilən məlumatlarla, tapşırığı yerinə yetirmək üçün atılacaq addımlar ortaya qoyulur. Fiziki və idrak yükləri bu addımların hər biri üçün hesablanır. Bu təhlillər nəticəsində hər bir müvafiq tapşırıq üçün ətraflı qiymətləndirmə hesabatı alınır. Bu hesabata uyğun olaraq, lazımsız və səmərəsiz addımlar ləğv olunur və ya təkmilləşdirilir.
Cədvəl 4.1-də model əsaslı yanaşmaya görə bəzi fiziki və idrak fəaliyyətlərinin davametmə müddətini göstərən nümunə dəyərləri verilmişdir. Bu cədvəldə göstərilən dəyərlərin tipik bir istifadəçinin davranışında sərf etdiyi vaxtı təyin etmək üçün edilən testlər nəticəsində təxmini olduğu aşkar edilmişdir (Card, Moran, və Newell, 1983).
Cədvəl 4.1 Model əsaslı yanaşma dəyərlərindən bəziləri

Qısaltma


Yüklə 44,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə