Koqnitiv nəzəriyyə və ya koqnitiv model əsaslı yanaşma


MS Word-da “Sənədim” adlı bir faylın qeyd olunması



Yüklə 44,68 Kb.
səhifə3/6
tarix23.12.2023
ölçüsü44,68 Kb.
#155051
1   2   3   4   5   6
koqnitiv modelleshdirme

MS Word-da “Sənədim” adlı bir faylın qeyd olunması

Əlin hədəfə (siçana) ilk toxunuşu

Eg=0.36sn

Kursoru fayl menyusuna götürmək

F=1.5

+Yaddaşdan almaq

H=1.2

Fayl menyusunu tıklamaq

K=0.23

Menyuda aşağıya doğru irəliləmək

F=1.5

+Yaddaşdan almaq

H=1.2

“Fərqli yadda saxla” tıklamaq

K=0.23

Sistemin cavab verməsi

Sys=1.2

İstifadəçinin bir adı daxil etməsi (6 hərf)

1.2+(n*K=6*0.23)

Və daxiletmə düyməsini sıxması

K=0.23

Toplam:

10.23sn
Cədvəl 4.2. Model əsaslı qiymətləndirmə nümunəsi.
Yuxarıdakı nümunədən göründüyü kimi, müvafiq fiziki və idrak verilənlərini istifadə edərək, bir istifadəçinin tapşırığı yerinə yetirmək üçün nə qədər səy göstərdiyi təxmini olaraq hesablana bilər. Bu verilənlərə uyğun olaraq, bir interfeysin istifadəsi ilə əlaqəli səmərəsiz addımları təyin edərək sərf olunan ümumi müddətin azaldılması üçün yeni dizaynlar hazırlana bilər.
Bununla belə model əsaslı bu yanaşma hər növ sistemdə istifadə üçün uyğun deyil. Model əsaslı yanaşma, tapşırıqların çox yaxşı məhdudiyyətlərlə təyin olunduğu gündəlik və axın tətbiqetmələrində istifadə üçün daha uyğundur. Bu modelin istifadə sahəsi üçün ən uyğun nümunə böyük şirkətlərin çağrı mərkəzlərində istifadə olunan interfeyslərdir. Məlum olduğu kimi, banklar və ya telekom şirkətləri müştərilərinin suallarının cavablandırılmasına və problemlərin həllinə minlərlə operatorun çalışdığı zəng mərkəzləri ilə kömək edirlər. Bu müddətdə operator müştərinin məlumatlarını sistemə daxil etməli və ən qısa müddətdə ona cavab verməlidir. Bu vəziyyətdə problemli bir interfeys dizaynı ilə əlavə bir ekrana getmək və ya lazımsız düymələrə basmaq çox ciddi bir qaynaq və vaxt itkisinə səbəb olur. Bu səbəbdən belə sistemlərdə bir saniyəyə belə qənaət edilməli olsa belə həm maliyyə xərclərinin azaldılması, həm də müştəri məmnuniyyətinin artırılması baxımından əhəmiyyətlidir.
Ən məşhur model əsaslı qiymətləndirmə metodu GOMS adlı metoddur (Card, Moran, & Newell, 1983). İngilis dilində "Hədəflər, Operatorlar, Metodlar və Seçim qaydaları" (Goals,Operators,Methods,Selection rules) sözlərinin baş hərfləri ilə adlandırılan bu metod, adından da göründüyü kimi, istifadəçinin hədəfləri, prosesləri, metodları və seçim qaydalarını idraki nəticələr çərçivəsində təhlil edir. GOMS metodu 1983-cü ildə Stuart Card, Thomas Moran və Allen Newell tərəfindən təklif edilmişdir.
Bu gün koqnitiv modelləşdirmə yanaşmasının istifadəsini asanlaşdıran müxtəlif proqramlar da hazırlanmışdır. Məsələn, Carnegie Mellon Universitetində hazırlanmış CogTool adlı pulsuz bir proqram bunlardan biridir. Proqramı http://cogtool.hcii.cs.cmu.edu/ saytından yükləmək olar.

Şəkil 4.10. CogTool proqramının Web saytı

Yüklə 44,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə