Təfəkkür prosesləri və onların qarşılıqlı əlaqəsi haqqında Reyhan Əhmədova



Yüklə 19,18 Kb.
tarix11.12.2023
ölçüsü19,18 Kb.
#145275
Tfkkur proseslri v onlarin qarsiliql


Təfəkkür prosesləri və onların qarşılıqlı əlaqəsi haqqında
Reyhan Əhmədova
BAPQS-nın magistri

  1. İnsan daima müxtəlif xarakterli fikri məsələlərlə qarşılaşır, onları həll etməli olur. Bunun üçün bəzi əməliyyatlardan istifadə edir. Nəyi isə götür-qoy edir, nəyi isə digərlərindən fərqləndirməli, onların arasında oxşar və fərqli cəhətləri aşkara çıxarmalı olur, onları oxşar cəhətlərinə görə ümumiləşdirir və s. Başqa sözlə fikri məsələləri həll etmək üçün müvafiq fikri əməliyyatlardan istifadə etməli olur. Psixologiyada bu cür fikri əməliyyatlara təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə, təsnifat və s. aid edirlər. Psixoloqlar həmin fikri əməliyyatları eyni zamanda təfəkkürün prosesləri adlandırırlar.

  2. Təfəkkür prosesləri hər bir fikri məsələnin həllində mühüm rol oynayır. Bunun üçün həmin fikri əməliyyatların inkişaf etməsi, yüksək əqli bacarıq səviyyəsinə qalxması tələb olunur. Aparılmış psixoloji tədqiqatlar göstərir ki, fikri məsələnin həlli zamanı təfəkkürün həmin prosesləri fikri əməliyyat kimi ayrı-ayrılıqda deyil, vəhdətdə fəaliyyət göstərir və qarşıya çıxan problemi araşdırmağa imkan verir.

  3. Təhlil cism və hadisələri fikrən müəyyən əlamət keyfiyyətlərinə, münasibət və əlaqələrinə ayırmaqdan ibarətdir. Təhlil prosesini tərkib prosesindən kənarda nəzərdən keçirmək mümkün deyildir. Təhlil daima tərkiblə müşayət olunur. Tərkib cism və hadisələrin əlamət və keyfiyyətlərini fikrən birləşdirməkdən ibarət olan təfəkkür prosesidir. Lakin cism və hadisələrin əlamət və keyfiyyətlərinin hər cür birləşdirilməsini tərkib adlandıra bilmərik. Tərkibdə daima müvafiq ardıcıllıq, sistemlilik gözlənilməlidir.

  4. Təfəkkürün əsas proseslərindən biri də müqayisə prosesidir. Müqayisə cism və hadisələr arasındakı oxşarlıq və fərqi tapmaqdan ibarət təfəkkür prosesidir. Müqayisənin aparılmasında təhlil prosesinin əhəmiyyəti əvəzolunmazdır. Cism və hadisələr arasındakı oxşarlıq və fərqi tapmaq üçün onları təhlil etmək, sonra tutuşdurmaq və qarşılaşdırmaq tələb olunur. Şübhəsiz cism və hadisələri müəyyən əlamət və keyfiyyətlərinə ayırmadan onların arasındakı oxşarlığı və fərqi tapmaq mümkün deyil.

  5. Təfəkkürün ümumiləşdirmə prosesi də digər fikri proseslərlə sıx əlaqədə fəaliyyət göstərir. Məlum olduğu kimi ümümiləşdirmə cism və hadisələri oxşar əlamətlərinə görə fikrən birləşdirməkdən, qruplaşdırmaqdan ibarətdir. Lakin təcrübə göstərir ki, ümumiləşdirmə mühüm əlamətlərə görə deyil, yalnız zahiri oxşar əlamətlərə görə aparıldıqda ciddi səhvlərlə nəticələnir. Məhz buna görə də ümumiləşdirmənin düzgün olması üçün təhlil, tərkib və müqaisə əməliyyatlarından düzgün və yerində istifadə olunması lazım gəlir. Bu cəhəti nəzərə alan görkəmli psixoloq S.L.Rubinşteyn haqlı olaraq göstərir ki, təfəkkür həll olunan problemin, məsələnin şərtləri və tələblərinin, onun həlli üsullarının təhlili, tərkibi və ümumıləşdirilməsindən ibarətdir.

  6. Təfəkkürün mühüm proseslərindən olan mücərrədləşdirmə və təsnifat da digər prosesləri ilə vəhdətdə fəaliyyət göstərir. Məlum olduğu kimi mücərrədləşdirmə cism və hadisələrin müəyyən əlamətini ayırmaq və həmin əlamət haqqında fikirləşməkdən ibarət təfəkkür prosesidir. Təsnifat prosesinə gəldikdə onun köməyi ilə insanlar cism və hadisələri müəyyən əlamətinə görə müvafiq siniflərə, qruplara ayırırlar. İstər mücərrədləşdirmə, istərsə də təsnifat zamanı təhlil, tərkib, müqayisə və ümumuləşdirməsiz keçinmək mümkün deyildir.

  7. Beləliklə, hər şeydən əvvəl təfəkkür ali idrak formasıdır. O öz-özülüyündə yeni biliyin doğulmasıdır, yaradıcı əksetdirmə qabiliyyətinin aktiv formasıdır və öz əksini insanın reallığı dəyişməsində tapır. Təfəkkür elə nəticə əldə eləyir ki, bu nəticəyə uyğun heç nə cari reallıqda, nə də verilmiş zaman dönəmində yoxdur. Təfəkkürü həm də yeni biliklərin qazanılması, mövcud təsəvvürlərin yaradıcı surətdə dəyişdirilməsi istiqamətində də nəzərdən keçirmək olar.




Yüklə 19,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə