Koqnitiv nəzəriyyə və ya koqnitiv model əsaslı yanaşma


İstifadəçi əsaslı yanaşmanın mənfi cəhətləri



Yüklə 44,68 Kb.
səhifə5/6
tarix23.12.2023
ölçüsü44,68 Kb.
#155051
1   2   3   4   5   6
koqnitiv modelleshdirme

İstifadəçi əsaslı yanaşmanın mənfi cəhətləri
• Hər istifadəçinin ayrı-ayrılıqda testinin keçirilməsi və qiymətləndirilməsi, test və nəticələrin ayrılıqda təhlil edilməsi və hesabat verilməsi bahalı və zəhmətli ola bilər. Bu baxımdan bu proses həm çox vaxt alandır, həm də testin tələblərinə görə bəzi bahalı mənbələr (istifadəyə yararlılıq laboratoriyası, davranışları qeyd etmək üçün lazımi avadanlıq, göz hərəkətini izləmə cihazı) tələb oluna bilər.
• Səbirli olmağı tələb edir, çünki əvvəlki hissədə deyildiyi kimi, hər bir istifadəçi ilə ayrı-ayrılıqda işləmək lazımdır. Testlərdə yalnız uyğun hədəf auditoriyası ilə işləmək lazımdır (məsələn, gözdən əlillər, qocalar və ya uşaqlar) və uyğun mövzulara çatmaq olduqca problemli ola bilər.
• Çox yaxşı planlaşdırılması lazımdır. Testlərin nəticələrində faydalı məlumatlar toplanacaqsa, bütün istifadəyə yararlılıq testləri əvvəldən çox yaxşı tərtib olunmalı və həyata keçirilməlidir. Ən uyğun tapşırıqları ən uyğun insanlara vermək və bu vəzifələri müəyyən bir ssenari ilə təqdim etmək son dərəcə vacibdir.
• Əldə edilən verilənlər test edilmiş interfeysin yenidən dizaynı üçün kifayət həcmdə veriləni təmin edə bilməz. Məsələn, istifadəçilər müvafiq proqramdan razı qalmadıqlarını ifadə edə bilərlər, lakin proqramın tərtibatının zəruriliyi barədə lazımi məlumat test yolu ilə əldə edilməyə bilər. Nəticədə yeni dizayn yenidən sınaqdan keçirilməlidir.
Mütəxəssis əsaslı yanaşmanın üstünlükləri
• İstifadəçi əsaslı yanaşmadan daha sürətlidir, test qısa müddətdə reallaşdırılmaqla nəticələr əldə edilə bilir.
• İstifadəçi ilə işləməyə ehtiyac yoxdur və hər hansı bir texniki qaynaqdan istifadə lazım olmadığı üçün daha ucuzdur.
• Proses daxilində qiymətləndirməyə rəhbərlik edir və buna görə dizaynın hər mərhələsində tətbiq oluna bilir.
• Xüsusi mühit və ya avadanlıq (məsələn, İKQƏ laboratoriyası və s.) tələb etmir.
Mütəxəssis əsaslı yanaşmanın mənfi xüsusiyətləri
• İstifadəyə yararlılıq təcrübəsini təyin edən dəqiq bir meyar yoxdur. Bir qrupun mütəxəssis kimi qəbul etdiyini digərləri səlahiyyətli bir mütəxəssis kimi qəbul etməyə bilər.
• Mütəxəssisin test olunan sistem haqqında məlumatlı olub-olmaması çox vacibdir. Məsələn, pilotluq biliyi olmayan bir istifadə mütəxəssisi üçün bir təyyarənin pilot uçuş sistemini sınamaq mümkün deyil. Mütəxəssislər hər zaman həmfikir olmaya bilər. Bir mütəxəssis üçün problem kimi görünməyən şey başqa bir mütəxəssis üçün böyük problem adlandırıla bilər.
• Mütəxəssisin istifadəyə yararlıq problemlərini son istifadəçinin gözləri ilə görməsi və onların tipik davranışlarını proqnozlaşdırması çox çətindir.

Yüklə 44,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə