1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə95/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   90   91   92   93   94   95   96   97   98

 

    


454

 

 



 

Şair  hər  şeyin  gözdən  keçdiyini  “O 

gözə” rədifli təcnisində belə mənalandırır: 

 

Dünyanın əyrisi-düzü gözəldir, 



Sevginin ürəyi, sözü gözəldir, 

Ya Rəbbim, bəşərin özü gözəldir, 

Möhtac olmayaydı o göz, o gözə. 

 

   Həsən  Göyçəli  qoşa  qafiyə,  iki  yanlı 



cığalı  təcnis  və  digər  formalı  təcnislər 

yaratmaq  üçün    çox  səy  göstərir,  çox  zaman 

da  buna  müvəffəq  ola  bilir.  “Ağrın  alım” 

rədifli cığalı təcnisində deyir: 

                       

Dəryada  ləl  gəzən,  dərində  gəzər, 

Sən  kamil üzürsən, üz, ağrın alım.  

Aşıq  deyər üz üzə, 

  

Sev sevəni  üz üzə. 



Hər nadana  sirr vermə

Söylə  sözün  üz-üzə.  

Əl-ələ gəl verək, peyman eyləyək, 

Əlini üzürsən, üz, ağrın alım. 

*** 

Mən  haqdan yarandım - bir damla qandım, 



Böyüdüm, yar, andım - ədəbim qandım. 

 

Aşıq  deyər nə qandım, 



Nə öyrəndim, nə  qandım? 


 

    


455

 

 



Dərdim  tüğyan eylədi, 

 

Təbib yoxdur nə qandım.  



Sənədir yar andım – baxışdan qandım, 

Könlümü üzürsən, üz, ağrın alım.  

 

 

*** 



Gözəlsən Dəstəgül - Həsənlə bir gül, 

Sevirsən  dəstə gül - özünsən bir gül. 

Aşıq deyər, di bir gül, 

Di bir danış, di bir gül, 

Bülbül fəğan eyləyir, 

Özün yetir, di bir gül, 

Dərmirsən dəstə gül – bağçadan Birgül, 

Sən seçib üzürsən, üz, ağrın alım. 

 

  Həsən  Göyçəli  özündən  əvvəl  aşıq 



poeziyasında 

mövcud 


olan 

təcnislərin 

cinaslarını  təkrar  etməyə  meyl  göstərmir.  O 

çalışır ki, onun təzə yaratdığı təcnislərə uyğun 

cinaslar tapıb kəşf etsin və orijinal sənət əsəri 

yaratsın. “Qan a yar” təcnisini belə başlayır: 

 

 İnsaf eylə, gəl əl vurma yarama



Daşar  çay tək, olar ümman, qanayar. 

Ürəyimi oydun, oydun qopardın, 

Düşəcəksən, insaf eylə,  qana, yar. 

 

  Həsən  Göyçəli,  hətta  dodaqdəyməz 



təcnis    yaratmağa  meyl  göstərmişdir.  Bu    o 


 

    


456

 

 



deməkdir  ki,  Həsən  Göyçəli  öz  poetik 

yaradıcılığını  zənginləşdirmək  üçün  şeirdə 

məzmun 

və 


forma 

gözəlliyi 

axtarır. 

“Yaxşıdır” dodaqdəyməz qoşmasında deyir:   

                               

 

Yaxşılıq yaxşıdır, yaxşı qanana, 



Yaxşı dolan, yaxşı dayan, yaxşı dur. 

Yaxşılar yaxşıya, yaxşılıq eylər, 

Yaxşı insan yaxşılardan yaxşıdır. 

 

   Həsən  Göyçəli  şeir  yaradıcılığında 



yenilik  axtaran  sənətkarlardandır.  “Aç,  ara” 

rədifli    cığalı  təcnisində  çox  maraqlı 

cinaslardan,  poeziyanın  dinamikasına  daxil 

olan  ardıcıllıqdan  və  digər  zərurətdən  doğan 

məqamlara toxunur:  

            

                         

Şeirdən elə bir qala ucaltdım,  

İstəyirsən açar götür aç, ara. 

  

Aşıq deyər, aç ara, 



Eylə dərdə, a çara, 

Dostla vurma aranı, 

Hədyan sözü aç, ara. 

Müxəmməs, divani oldu bəzəyi, 

Ehtiyacdır təcnis kimi açara. 

 

Həsən Göyçəlinin dili elə saf, elə əlvan, 



elə 

anlaşıqlıdır  ki,  onun  təcnislərinin, 




 

    


457

 

 



misralarının,  beyt  və  bəndlərinin  təhlilə 

ehtiyacı olmur. Məsələn: 

Nadanların  özü nədir, adı nə? 

Həsən qurban ərənlərin adına, 

Qul olmuşam müqqəddəslər adına, 

Kəlmələri dürdanədir, incidir.

1

 

 



“Az  qala”  rədifli  şeirində  naşı 

səyyaddan  söhbət  açarkən  dağları  dolanan, 

dağları  çapan  Fərhad    yadına    düşür, 

məhəbbət  aşiqlərindən    Məcnunu,  Kərəmi 

təcnisə  gətirir.  Qoşmalarda  olduğu  kimi, 

təcnislərdə  acizlik    çəkmədən    insanın 

diqqətini  cəlb  edən,    yadda  qalan  orijinal 

lövhələr  yaradır. 

Həsən  Göyçəli  cəhd    edir  ki,    aşıq  

şeirinin bütün növlərində bir nümunə yaratsın. 

O,  diltərpənməz  kimi  aşıq  şeirinin  ən  çətin 

formasına  müraciət  edir.  Üç  bəndlik  həmin 

şeirin son bəndini nümunə veririk: 

Baxa ahu, ax bu bağa, 

Axa abu, ax, bu bağa. 

Həsən, oxu, bax, bu bağa, 

Haqq ayağı qoya bax-bax.

1

  



                                                           

1

 Həsən  Göyçəli. “Ata yadigarı”. Bakı,  “Nurlan”,  2006. səh 



164 

1

 



Həsən  Göyçəli. “Ata yadigarı”. Bakı,  “Nurlan”,  2006.,   səh  

45

  




 

    


458

 

 



 

Göyçəli  Həsənin  yaradıcılığında  təcnis 

şeir  janrı  xüsusi  yer  tutur  və  xüsusi 

araşdırmaya  möhtacdır.  Biz  isə  onların  bir 

neçəsini  seçib  nümunə  gətirdik.  Həsən 

Göyçəli  “Ay  belə-belə”  təcnisində  orijinal 

cinaslarla  yadda  qalan  bir  lövhəni    göz 

önündə canlandırır: 

 

İncə dodaq, incə dəhan, incə söz, 



Mənə yara vurdu, ay belə-belə. 

İncə kəmər, incə bədən, incə naz. 

Nə qəşəng yaraşır, ay belə, belə. 

 

Onun təcnislərində bir cazibə var, ürəyə 



yatımlılıq  var.  İnsan  onun  təcnislərindən 

doymur,  qopmaq,  ayrılmaq  istəmir.  Təcnislər 

adamı  özünə  cəlb  edir.  “Bu  dağı  mənsiz” 

rədifli təcnisi  dediklərimizə misal ola bilər: 

Leyli-nahar dolanırsan səhrada, 

Eyləmə seyrangah, bu dağı mənsiz. 

Cüt gəzənə zaval yoxdur deyərlər, 

  Dolanma tək-tənha bu dağı mənsiz. 

 

   


Həsən  “Yaraşıqlanar”  təcnisini  belə 

tamamlayır: 

 

Zərxara yaraşır belə, boya bax, 



                                                                                                         

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə