444
Yüz güllənin yarasından ölməzdim,
Bir dilin vurduğu yaradan öldüm.
1
Bəhmən Vətənoğlunun hər bir təcnisi
mükəmməl bir binanı xatırladır. O, “Qala”
rədifli
təcnisinin
möhürbəndini
belə
tamamlayır:
Bəhmən, dərdi ürəyindən at aya,
Kədərini ilə qoyma, at aya.
Fərsiz övlad göz dağıdır ataya,
Şüursuzdan nə qalıbdı, nə qala?
Bəhmənin təcnislərinin təhlilə və izaha
ehtiyacı yoxdur. Qoşmalarında olduğu kimi,
təcnislərində də atalar sözlərindən və xalq
hikmətlərindən bol-bol, yerli-yerində istifadə
edir. Təcnisin son bəndinin son beytində
deyilir:
Fərsiz övlad göz dağıdır ataya,
Şüursuzdan nə qalıbdı, nə qala?
“Qəlbi nə” rədifli təcnisində də gözəl bir
mənzərənin, qəhrəmanlıqlarla dolu keçmişi-
1
Bəhmən Vətənoğlu “Allahsız dünya”, Bakı, Gənclik, 1992,
səh 34
445
mizin haqqında aforistik ifadələr, yadda qalan
cümlələr işlədilir:
Koroğludur Qırat kimi at alar,
Xainləri bu dünyadan atalar,
Qoy öyrətsin dünya görmüş atalar,
Uca nədi, zirvə nədi, qəlbi nə!?
Bəhmən Vətənoğlunun aşıqlar tərəfindən
əzbərlənmiş, hər məclisdə söylənən bir
təcnisini qiymətli örnək olaraq burada bütöv
vermək arzusundayıq. Bu təcnis müasir
dövrdə yaranmış təcnislərin ən yaxşısı, ən
mükəmməlidir. “Ay ana haqqı” adlı bu təcnis
şahanə bir əsərdir.
Əl tərpədib bir iş görmək istəsən,
Gətirmə dilinə, ay ana haqqı.
Deyilər ki, yoldan gedən yorulmaz,
Haqqdan uzaq bilmə, ay ana haqqı.
***
Günahkar üçündür zindan da, dar da,
Nə etibar olar, o qəlbi darda,
Yəqindir ki, qalmaz çətində, darda,
Hər kim sidqi dilər, ay ana haqqı.
***
Bəhmən, hörmət bəslə, bir ağır borcdu,
Bir xəstə dincəlməz, bir ağır borcdu,
446
Övladın boynunda bir ağır borcdu,
Atanın zəhməti, ay ana haqqı.
Altmışıncı illərdə Göyçənin Qaraqoyunlu
kəndindən olan el şairi Aslanın bir təcnisi
dillər əzbəri idi. Hətta, folklorçu Səttar
Axundov Bakıdan Kəlbəcərə, mənim yanıma
gəldi. Biz onunla birlikdə təcnisin sorağı ilə
Göyçənin
Qaraqoyunlu
kəndinə
getdik.
Təcnisi yazıya aldıq. Dillər əzbəri olan kök
cinaslarla hörülmüş, tikilmiş, süslənmiş
həmin təcnisi olduğu kimi burada veririk.
Şıx Aslanın (Aslan Şıxıyev) təcnisi
belədir:
Bir bimaram dərdim həddən ziyada,
Qurtarmaz, ey loğman, ha qan al, qan al.
Canım sadağadır, arifim, sana,
Mətləbdən mətləbi ha qanal, qanal.
Birinci bənddə məlum bir həqiqətdən
söhbət açılır. Bəzən yazın əvvəlində xəstə
adamların başından qan alırlar ki, sağalsın.
Şair bildirir ki, loğman, nə qədər qan alırsan
al, mən sağalan deyiləm. O, öz canını o
adama sadağa edir ki, o, hər sözü, hər mətləbi
qanır, başa düşür:
Suvar olnan ata, suvar yerində,
Danışınan mərdanə suvar yerində,
447
Qurtarmaz dəryalar su var yerində,
Çəkilsə üstündə ha qanal, qanal.
İkinci
bənddə
böyük
dəryaların,
dənizlərin üzərindən kanal çəkilsə də, onun
yerində su qaldığı bildirilir:
Biçarə Aslana ol bir ata sən,
Namussuzu daldan-dala atasan,
Düşmənini yeri gəldi atasan,
Keçirmə vaxtını ha qanal, qanal.
Üçüncü bənddə fikrini belə ümumiləş-
dirir. Namərddən, nakəsdən, yaxa qurtarmağı,
onu daldan-dala atmağı məsləhət görür və
deyir – pis adamla vaxtı keçirmə ha qanal,
qanal.
Yetmişinci illərdə Göyçədə “Yaxşı ya da
mən” cığalı təcnisi çox geniş yayılmışdı. Bu
təcnisi məşhur Növrəs İmanın bacısı oğlu, el
şairi İsmixan yaratmışdır. Mən deyərdim ki,
aşıq yaradıcılığı tarixində bu, böyük bir
abidədir.
Göyçənin
Ağkilsə
kəndində
doğulmuş İsmixanın bu təcnisinə xüsusi
diqqət yetirin. Təcnisdə Tikmədaşlı Xəstə
Qasım cəsarəti duyulur. Təcnisi burada bütöv
şəkildə veririk:
Bəd qohuma sirr söylədim car oldu,
448
Açdım ürəyimi yaxşı yada mən.
Yox aşıq yaxşıda var,
Pisdə var, yaxşıda var,
Pis qohumdan yaxşıdı,
Qapında yaxşı davar.
Qohum var ki, qazıb atır yolumu,
Nədən xoş gəlirəm yaxşı yada mən.
***
Pisə töhmət yazdım, yaxşıya namə,
Qeyrətin bəllidir, yaxşı yanama,
Yox aşıq, yaxşı yana,
Çəkilib yaxşı yana,
Yaxşı ölsə pis yanmaz,
Pis ölə yaxşı yana.
Sanma ərəsətdə yaxşı yananam,
Pisə də yaxşıyam, yaxşıya da mən.
***
İsmixanam, dərdim yaradır mənim,
Soruşmur əhvalım yaradır mənim.
Yox, aşıq yaradır,
Bağrım, başı yaradır,
Min bəlaya düşmüşəm,
Unutmuşam yar adı.
Ölürəm dilimdə yaradı mənim,
Yetim dərdli olar, yaxşı, ya da mən.
Şair Məmməd Aslan yazılı ədəbiyyatın
nümayəndəsidir. O, bütün varlığı ilə xalq
Dostları ilə paylaş: |