Bəkir Çobanzadə 15 may 1893-cü ildə Kırımın Qa­rasuba­zar şəhərinin Arğın kəndində anadan olmuşdur



Yüklə 128,77 Kb.
səhifə1/2
tarix23.12.2023
ölçüsü128,77 Kb.
#157145
  1   2
Son dövr Krım


Bəkir Çobanzadə 15 may 1893-cü ildə Kırımın Qa­rasuba­zar şəhərinin Arğın kəndində anadan olmuşdur. İlk qə­ləm təcrü­bələrini Bəkir Sidqi Bavbek imzası ilə çap etdirən Bə­kir daha sonra ancaq Bəkir Sidqi Çobanzadə imzasından istifa­də etmiş, kitablarında və məqalələrində öz adını “Bəkir Çoban­za­də”, “B. Ço­banzadə” şəklində göstərmişdir.


Bəkir Çobanzadənin atasının adı Əbdülvahabdır. Xalq ara­­sında ona Qurd Vahab, Əbdülvahab Bavbek, yaxud sadə­cə olaraq Bavbek akay (ağa) deyilmişdir. Anasının adı Zaidə və ya Zaydabaydır. Böyük ehtimala görə, bu, Səidə, yaxud Zahidə adının təhrifə uğramış şəklidir. Bəkirin Züleyxa adlı bir bacısı olmuş­dur. O, bolşeviklər tərəfindən millətçi-burjua ziyalısı ki­mi gül­lələnən bir müəllimlə ailə həyatı qurmuş, iki oğlunun biri sovet-alman cəbhəsində həlak olmuş, digərini almanlar Kı­rım­da öldürmüşlər.
Bəkir ilk təhsilini Qarasubazarda xeyriyyə cə­miy­yə­tinin açdığı Rüştiyyə məktəbində al­mış, 1904-1908 və ya 1905-1909-cu illərdə burada oxumuşdur. Mək­təbi əla qiymət­lər­lə başa vur­duğuna görə təhsilini davam etdir­mək üçün xeyriy­yə cəmiyyəti tərəfindən İstanbula göndərilmiş, ­1909-1914-cü il­lərdə İstanbul sultanisində (litsey) oxumuşdur. Təhsil dövrün­də internatda qal­­mış, xeyriyyə cəmiyyətindən təqaüd almışdır.
Bəkir Çobanzadə 1915-ci ildə İstanbul Darülfünununun (universitet) ədəbiyyat fakültəsinə daxil olmuş, macar mənşəli müəllimi Lipot Mosonyinin təşviqi ilə Macarıstana getmişdir. Bir müddət macarca öyrəndikdən sonra 1916-cı ildə Buda­peştdəki Peter Pazmani Universitetinin fəlsəfə fakültəsinə da­xil ol­muşdur. Burada məşhur şərqşünaslardan İq­­nas Qoldziher və Qyula Nemetin dərslərini dinləmişdir. Universiteti bitirdikdən son­ra Bəkir Çobanzadə Şərqşünaslıq Akademiyasında işə qəbul edil­miş, burada akademik İ.Kunoşun rəhbərliyi altında “ Qıp­çaq­ların Codex Cumanicus yazılı abidələri və türk dillərin­də tə­ləf­füzün təməl problemləri” mövzusunda dissertasiya yazmış, onu 1919-cu ildə Peter Pazmani Universitetində türk filolo­gi­ya­­sı, ərəb və macar ədəbiyatları tarixi indeksi üzrə müdafiə et­mişdir.
Bundan sonra bir müddət universitetdə müəllim işləyən B. Çobanzadə Lozan Universitetinə işə dəvət edilmişdir. Lo­zan­da dörd ay qaldıqdan sonra 1920-ci ildə əvvəlcə İstanbu­la, ora­dan Ağməscidə gəlmiş, burada müəllim məktəbində tatar di­li və ədəbiyyatı müəllimi olmuşdur. Daha sonra Ağməsciddə açı­­lan universitetdə türk dillərinin qrammatikası fənnindən dərs de­mişdir. 15 mart 1922-ci ildə Tavriya Universitetində profes­sor olan Bəkir Çobanzadə 1924-cü ildə Kırım Universitetinin rektoru təyin edilmişdir.
Kırımda muxtar respublika qurulduqdan sonra B.Ço­ban­zadə maarif şöbəsinin müdiri, texnikumun müəllimi vəzifələ­rin­də işləmiş, nəhayət, 1924-cü ilin sonunda Bakıya işə dəvət edilmiş, 1937-ci ilə qədər Azərbaycan Dövlət Universitetində türkologiya pro­fessoru vəzifəsini tutmuşdur. 1925-ci ildə şərq fakültəsinin dekanı olmuşdur.
Bəkir Çobanzadə Bakıda fəaliyyət göstərdiyi 14 il ər­zində türk dillərinin eyni bir ana dildən nəşət etdiyini, bəzi fərqlərə baxmayaraq bu dillərin hələ də bir-birinə çox ya­xın ol­duğunu, onları vahid əlifba, vahid orfoqrafiya və orfoepiya qay­­daları altında birləş­dirməyin, unifikasiya etməyin mümkün­lüyünü elmi dəlil­lərlə sü­but etməyə çalışmışdır. Azərbaycanda, Orta Asiyada, Bolqa boyunda, Krımda, Moskvada, Leninqrad­da bu ideyasını usan­madan təbliğ və müdafiə etmişdir.
B.Çobanzadə dahi Mahmud Kaşğaridən və böyük Mir­zə Kazımbəydən sonra türk filologiyası sahəsində ən ünlü alim­lərdən biri­­dir. Onun 1915-ci ildən başlayaraq həyatı­nın so­nuna qədər dil tarixi, müqayisəli dilçilik, qrammatika, dia­lek­to­lo­giya, ədə­biy­yatşünaslıq, pe­daqogika, metodika, əlifba, im­la və digər sahələrdə qə­­lə­mə aldığı ki­tab­ları və məqa­lə­lə­ri bugün də öz ak­tuallığını və əhə­miyyəti­ni itir­mə­miş­dir.
.
Bəkir Çobanzadənin faciəli həyatı və zəngin elmi yaradı­cı­­­lığı son on­illiklərdə ki­fayət qədər araşdırılmış, bəzi əsərləri la­­­­tın əlif­ba­sı ilə təkrar çap edil­miş, seçilmiş əsərlərinin çox­cild­liyi nəşr olunmuşdur. Bu sahədə görülən işlər indi də davam et­di­rilir, alimin dilçilik görüşləri haqqında dissertasiyalar, elmi əsərlər yazılır, elmi irsi tədqiq olunur. Alimin elmi əsərlərinin ümumi sayı tam olmayan məlunata görə 300-dən çoxdur. Bun­la­rın arasında “Türk-tatar lisaniyyatına mədxəl”, “Kırım tatar dilinin elmi sərfi”, “Türk dili və ədəbiyyatını okutuv (tədris) üsulu” (I-II cildlər), “Kumıq dili və ədəbiyyatı haqqında ilkin qeydlər”, “Türk-tatar dialektologiyası”, “Dini islahat və mədəni inqilab”, “Türk dili” (I kurs üçün), “Son dövr Kırım tatar ədə­biy­yatı”, “Kırım tatar ədəbiyyatında qurultayçılıq və milliyyət­çilik”, “Türk qrameri”, “Dil və imla metodikası məsələləri”, “Türk dilinin metodikası”, “Müxtəsər üslubiyyat”, “Türk dili və ədəbiyyatı” kitabları, habelə əlyazma halında qalan “Kitabi-Dədəm Qorqud”un ədəbi-linqvistik təhlili”, “İbn Mühənnanın türk qrammatikası” kitabları, Kırımda, Azərbaycanda, Özbə­kis­tanda və başqa respublikalarda çıxan qəzet və jurnallarda dərc olu­n­muş onlarca məqaləsi, çıxışı, müsahibəsi, polemikası, ali məktəblərdə və universitetlərdə oxuduğu mühazirələr və kurs­lar onun necə bö­yük bir alim olduğunu göstərir. Xüsusilə latın əlifbası­nın qəbulu, türk dillərində ortaq orfoqrafiya, lek­si­ko­lo­gi­ya və ter­minologiya ilə bağlı məsələlərdə Bəkir Çoban­za­də­nin möv­qeyi axıradək dəyişmədi. Bakıda 1926-cı ildə çağ­rı­lan ümumittifaq türkoloji konfransda unifikasiya problemi ali­min ən çox müdafiə elədiyi, uğrunda mübarizə apardığı mə­sələ idi. O, konfransdan sonra da öz prinsiplərinə sadiq qaldı. Təbii ki, bolşeviklər də bunu görür, Bəkir Çobanzadənin məqsə­dini ba­şa düşürdülər. Onlar mədəni inqilab adı altında türk xalqla­rı­nı bir-birindən uzaqlaşdırmaq, par­çalamaq, hər ləhcəni ayrı ədəbi dil halına gə­tirmək, türk xalq­larının həmrəyliyinə, bir-birini başa düşməsinə mane ol­maq üçün dəridən-qabıqdan çıxırdılar. Nəti­cə­də onlar qalib gəl­dilər. Təkcə Bəkir Çobanzadəni deyil, bü­tün türk ellə­rindəki zi­yalıları, milli düşüncəli adamları 1937-ci ildə zəmi ki­mi biçdi­lər. Bunun üçün xüsusi şablonlar, trafaret­lər də hazır­lanmışdı.
Çobanzadəyə qarşı hücumlar 1929-cu ildən etibarən baş­la­mışdı. Şanlı bolşeviklərdən K.Ələkbərli və H.Zeynallı siyasi şantaja əl ataraq onu pantürkizmdə, hətta müsavatçılıqda gü­nah­landırırdılar. Halbuki Çobanzadə Bakıya gələndə burada si­yasi müsavatçılıq yox idi. 1930-cu ildə tatarların Rumı­niyada çıxardıqları “Əməl” jurnalında bir neçə şeirinin çap edilməsi B. Çobanzadəyə qarşı kampaniyanı daha da qızışdırdı. 28 yanvar 1937-ci ildə o, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat institutundan çıxarıldı. Həmin ilin yayında isti­rahət üçün getdiyi Kislovodsk şəhərinin “Qornyak” sanatoriya­sında həbs edildi. Ona qarşı irəli sürülən iddialar bunlar idi:
-SSRİ-ni parçalamaq, türk respublikalarını vahid bir döv­lət halında birləşdirmək istəyi;
-əksinqilabçı pantürkist təşkilatın üzvü kimi sovet dövlə­ti­nə və kommunist partiyasına qarşı mübarizə aparmaq;
-Azərbaycanda, Özbəkistanda, Dağıstanda və Kırımda si­lahlı üsyan, sabotaj və terrorçuluq fəaliyyəti içində olmaq;
-beynəlxalq imperializmin agenti olmaq, Türkiyə və Ru­mıniya lehinə casusluq etmək və s.
Bundan sonrası artıq sırf texniki məsələ idi. 1937-ci ilin 12 sen­tyabrında troykanın cəmisi 20 dəqiqə davam edən məh­kə­məsi onu edama məhkum etdi və böyük ehtimalla ertəsi gün hökm yerinə yetirildi. Ancaq 1938-ci ilin dekabrında Çobanza­dəni və bir qrup azərbaycanlı ziyalını Sibirdə görənlər olmuş­dur. Bəkir Çobanzadənin həmin il Sibirdə sürgündə öldüyü və ya öldürüldüyü, yaxud 1939-cu ildə Xaçmazda güllələndiyi ba­rədə versiyalar da var. 1957-ci ildə dünyadakı ən “obyektiv və hu­­manist ədalət məhkəməsi” olan sovet məhkəməsi ölümündən 20 il sonra Bəkir Ço­banzadəyə bəraət verdi.
Bəkir Çobanzadə böyük bir alim olmaqla yanaşı həm də is­tedadlı ədib, şair və yazıçı, publisist idi. Bəkir Çobanzadənin “Anan harada?” adlı ilk şeiri 1913-cü ildə İstanbulda nəşr olunan “Yaş tatar yazıları” məcmuə­sin­də çap olunmuşdur. O, Budapeştdə 1919-20-ci il­lər­də qə­­lə­mə al­dığı şeirlərini xüsusi bir dəftərə yazmış və onu “Qaval səs­lə­ri” adlandırmışdır. Bəzi şeirlərini İstanbulda ya­şayan ya­xın qo­humu Həmdi Atamana göndərmiş, çox az bir qis­mini isə müx­təlif jur­nallarda, o cümlədən “Göy ki­tab”­da və “Kırım şe­irləri” antologiyasında dərc etdirmişdir.
Bəkir Çobanzadənin sağlığında “Bo­ran” adlı kiçik bir şeir ki­ta­bı çap olunmuşdur (Ağməscid, 1928, 55 s.). O, buradakı şe­ir­­­lə­rini “Şair” və “Həyat” adlı iki hissə ha­lında vermişdir. Bun­dan sonra uzun müddət heç bir şe­ir ki­ta­bı çıxmamışdır. 1955-ci ildə Abdulla Battal Taymas tərəfindən hazırlanan “Kırımlı Bə­kir Çobanzadənin şeirləri” adlı kitabda şairin bəzi şeirləri veril­mişdir.
1971-ci ildə Daş­kənddə Qafur Qu­lam adına ədə­biyyat və sənət nəşriy­ya­tının buraxdığı bir kitabda iki şairin şeirləri top­lanmışdır. Əş­rəf Şə­mi­zadənin tərtib etdiyi “Bəkir Çoban­zadə” qismində B. Ço­ban­zadənin 14 şeiri, Şa­­mil Ələd­di­nin tərtib et­diyi “Abdul­la Lə­tif­zadə” qismində isə A.Lətif­za­dənin 11 şeiri ve­rilmişdir. Bu ki­­çik kitab adı və əsər­lə­ri üzün müd­dət qadağan edilmiş iki ta­tar şairinin üzə çıxarıl­ması baxı­mından çox əla­mətdardır. Son dövrdə onun Kırımda da bir çox şeiri çap edil­miş­dir.
Şairin ən yaxşı, ən əhatəli kitabı İsmayıl Otar tərə­findən tərtib edilən “Kı­rımlı türk şair və bilgini Bəkir Sidqi Ço­ban­za­də” kitabıdır. 1999-cu ildə İstan­bulda çapdan çıxan bu kitabda onun ge­­niş bioqrafiya­sı, ha­zırda əldə olan bütün şeirləri və he­kayə­lə­ri həm tatarca, həm də türkcə tər­cü­mələri ilə birlikdə ve­ril­miş­dir.
Hazırda Bəkir Çobanzadənin elm aləminə cəmisi 84 şeiri mə­lum­dur.
Bəkir Çobanzadənin Şeirlərinin demək olar ki, ha­mısında Kırıma, yurda duyulan sonsuz sevgi və niskil, tatar­ların acınacaqlı durumu öz əksini tapır. Burada ayrıca məhəb­bət və təbiət şeirləri olsa da, bunlar hamısı Kırım, tatar, yurd mo­tivləri ilə iç-içədir
Şair bu şeirlərində çox pessimistdir. Tatar xalqının əsarət altında inləməsi, milli zülm və istismar onu son dərəcə üzür. O, “Yox millətimin xətti bu imzalar içində” deyən azərbaycanlı həmkarı Məhəmməd Ha­di kimi ah-vay edir:
Millətlər yarışı başlandı çoxdan,
Hər xalqın var orda ayğırı, atı,
Zavallı tatarın duyulmur səsi,
Zavallı tatarın yox orda adı.
Tatar xalqının mənəvi deqradasiyası, çağdaş mədəniyyət­dən uzaq qalması, süstlüyü və ətaləti Bəkir Çobanzadəni bəd­binliyə sürükləyir:
Tataram, sapsarı xalqımın bəti,
Qanı lap su olmuş, çürümüş əti.

Dinc tatar çölünə ətalət yağır,


qan gərəkdir, qan!
Burda hamı qoyun, dovşan, ya sığır,
hanı bir aslan?
.
Şairin “Zavallı türk” şeirinə də eyni duyğular hakimdir:
Sən ey zavallı türk, ey bəxtsiz millət,
Gün gələr, ulduzun parlayar, əlbət.

Keçmişi deməyim, gözlərim dolar,


Tarixi açmayım, qəlbim qovrular.

Şair tez-tez xəyala dalır, Çingizi, Batu xanı, Teymuru ar­zulayır, uzaqdan nazlı tatar qız­la­rı ilə or­du halında nizamla gə­lən atlıları görür, ancaq bu atlı­lar gəlib çıx­­maq bilmir ki, bilmir. O zaman “gəlsələr, qoy qəb­ri­­min ətrafına dolansınlar” deyir:


Siz o zaman igidlərə söyləyin,
Məzarımı dolansınlar, baxaram!
O qızları mən gözlədim, mən sevdim,
Dolansınlar, bəlkə birdən qalxaram.

Onun şeirlərində türk-tatar xalqlarının, çərkəslərin timsa­lında mil­li taleyi bizimlə bir olan Qafqazın müsəlman xalqları­nın birliyi vurğulanır. (O, ərəblərə, farslara rəğbət bəs­lə­mir və bu­nu giz­lətmir). Çobanzadə bu birlik uğrunda ölməyə ha­zırdır:
Bu sözlərim çox açıq,
Anlar onu balacıq,
Yaxınıyam hər kəsin,
Türkün, tatar, çərkəsin.
Türkün, tatar, çərkəsin.

Kədərli xalq, böyük xalq!


Ciyərləri körük xalq!
Sizdən doğdum, sizdənəm,
Tarlanızda bir dənəm.
Tarlanızda bir dənəm!

Qayğı, sevinc toyumda,


Yalançı yox soyumda,
Buyursanız ölərəm,
Bir igidcə ölümlə,
Bir igidcə ölümlə!...

.
Bəkir Çobanzadənin şeirlərində “türkü” və “mahnı” moti­vi də xeyli qabarıqdır. Bu söz­lər (tatarca hər ikisi “cır/yır”) şai­rin şeirlərində 41 dəfə işlənmişdir. Türkü/mahnı tatarın yol və ömür yol­daşıdır. Onun sevinci də, qəmi də onlardadır.
Bəkir Çobanzadə eyni zamanda Azərbaycanın həm klassik şair və yazıçılarının, həm də XX əsrin 20-30-cu illərinin gənc yazıçılarının əsərlərinin dilini araşdırmış, bu gün də öz əhəmiyyətini itirməyən diqqətəlayiq nəticələr əldə etmişdir. B. Çobanzadənin bədii dil haqqında fikirləri əsas etibarilə onun "Xətainin dili və ədəbi yaradıcılığı haqqında" tədqiqatında, "Füzuli və onun yeri", "Mirzə Fətəli Axundovda azəri ləhcəsi", "Simurqun hekayələri", "Yazıçılarımızın dili haqqında " məqalələrində öz əksini tapmışdır.
B.Çobanzadə 1935-ci ildə tamamladığı "Xətainin dili və ədəbi yaradıcılığı haqqında" tədqiqatında Xətai əsərlərinin dil və üslub xüsusiyyətlərini diqqətlə araşdırmış, Azərbaycan ədəbi dilinin inkişafında Xətainin rolunu yüksək qiymətləndirmişdir. Araşdırmasını Xətai divanının Britaniya və Ərdəbil nüsxələri əsasında aparan tədqiqatçı Xətaini öz şeirlərində Azərbaycan türk dilini daha geniş və daha zəngin şəkildə işlədən, dilin müəyyən dialektoloji xüsusiyyətlərinə də yer verən bir şair kimi səciyyələndirir. B.Çobanzadənin gəldiyi nəticəyə görə, XVI əsrdə Xətainin ədəbi yaradıcılığı ilə Azərbaycan türk ədəbi dilində müəyyən və əhəmiyyətli dəyişiklik baş verir ki, bunun da nəticəsində ədəbi dil köhnə və əsasən türkcə fellər üzərində qurulmuş klassik ədəbi dildən uzaqlaşaraq, nisbətən məhdud dairədə olsa da, canlı danışıq dili üzərində inkişaf edir. O, Xətainin bədii dilini ədəbi dil tarixində müəyyən bir mərhələnin başlanğıcı kimi dəyərləndirir: "Xətainin əsərlərində işlətdiyi dil bu sahədə müəyyən mərhələnin başlanğıcı olub, bu zamandan etibarən İran Azərbaycanı türk ləhcəsi və çox mümkün ki, bu ləhcənin müəyyən şivəsi (məsələn, Təbriz şivəsi) ümum Azərbaycanın ədəbi dili əsasını təşkil edir. Bu vəziyyət təxmini olaraq XVIII miladi əsrə, yəni Molla Pənah Vaqif və Molla Vəli Vidadi kibi Qafqaz Azərbaycanı şairlərinin meydana çıxmasına qədər davam edir" (1, 317). B. Çobanzadə "Füzuli və onun yeri " (1925) məqaləsində Füzulinin bədii

dili haqqında qiymətli fikirlər söyləmişdir. Onun Füzulinin dili haqqında mülahizələri Füzuli lirikasının görkəmli tədqiqatçısı M. Quluzadənin də diqqətini cəlb etmişdir: "Prof. B. Çobanzadə M. Füzulinin bədii dil, forma sahəsində Azərbaycan şe'rinə gətirdiyi yeniliklərdən danışaraq onun XVI əsrə qədər yazılı ədəbiyyatda olmayan xalq sözləri işlətdiyini, ifadəsinin həm sadə, açıq, həm də qüvvətli və təsirli olduğunu, Azərbaycan bədii dilinin inkişafındakı mühüm rolunu da yüksək qiymətləndirmişdir" (2, 108).


B. Çobanzadəyə görə, Füzulinin dilində ərəb və fars sözlərinin nisbəti nə qədər çox olsa da ( "yüzdə doqsanı varmaqla bərabər" ) , onun dili yenə də sadədir. O, Füzuli dilinin sadəliyini şərtləndirən bir neçə səbəb göstərir ki, bunlardan bəzilərinə diqqət yetirmək vacibdir. B. Çobanzadə qeyd edir ki, Füzuli ərəb, fars sözlərinin qulağımıza ən çox alışıq, hafizəmizə tanış, zövqümüzə yaxın olanlarını işlətmişdir. Müəllifə görə, Füzuli bu cəhətdən digər klassik şairlərdən fərqlənir: "Ərəbi, farsi sözlərini digər klassik şairlər, hətta Tövfiq Fikrət və Hamid kimi qamuslar və lüğətlərdən toplamayıb, çox vəqt o vəqtdəki münəvvər təbəqənin ağzından almışdır ki, bu surətdə ondakı ərəbcə və farsca təbirlərin yarısından ziyadəsi bu gün bilxassə cənub türk xalqlarının ağzında işlənməkdə və lüğətlərində qullanılmaqdadır" (3, 372). B. Çobanzadə Füzulinin özünə qədər ədəbiyyata gətirilməmiş xalq sözlərini işlətməsini onun bədii dilinin sadəliyini şərtləndirən mühüm bir faktor kimi nəzərə çarpdırır: "Qullandığı türkcə sözlər, az olmaqla bərabər, digər şairlərdə olduğu kimi yalnız fellər olmayıb bunlar arasında bir çox da Füzuliyə qədər ədəbiyyata çıxmamış xalq sözləri də vardır" (3, 372). Məqaləsinə ingilis şərqşünası E.Gibbdən gətirdiyi "Füzuli Şərqin yetişdirdiyi ən səmimi, ən həssas şairdir" epiqrafı ilə başlayan B. Çobanzadə bütünlükdə Füzuli sənətinə yüksək dəyər verərək onun yerini bütün Yaxın Şərqin yetişdirdiyi "ölməz böyüklər" sırasında görür və öz fikirlərini "İstiqbal Füzuli kimi səmimi şairlərindir" cümləsi ilə yekunlaşdırır. B. Çobanzadənin "Mirzə Fətəli Axundovda azəri ləhcəsi" ( 1928) adlı məqaləsində böyük sənətkarın dram və nəsr əsərlərinin bəzi dil xüsusiyyətləri araşdırılır. M. F. Axundzadənin dilini XIX əsrin ortalarında türk xalqları ədəbiyyatında yeni bir dil kimi səciyyələndirən müəllif belə hesab edir ki, onun dili Azərbaycan ədəbi dilinin xalqa yaxınlaşmasına çox böyük təsir göstərmişdir. O, Mirzə Fətəlinin dilini bəzi digər türk xalqlarının ədəbi dilləri ilə müqayisə edərək yazır: "Türkiyədə bu kibi dil ilə heç bir mühərrir və yaxud şair olmamışdır - desək yanılmayız. Şünasi-Kamal, hətta Məhəmməd Əmin dilləri xalqa doğru getməklə bərabər, hənuz xalqın qulağına yetişməmişdir. Mirzə Fətəlinin dili isə əsas etibarilə xalq ağzından alınmış və azəri ədəbi dilinin xalqa yaxınlaşmasına çox böyük təsir bağışlamışdır" (4,306). B.Çobanzadə məqalənin əvvəlində Mirzə Fətəli Axundzadə dilinin tədqiqi məsələsinə də toxunmuşdur. Onun yazdığına görə, ilk dəfə Karl Foy "Azərbaycan dili tədqiqi" ( "Azerbayganische Studien" ) adı ilə 1903- 1904- cü illərdə Berlində nəşr etdirdiyi əsərinin ikinci hissəsində "Aldanmış kəvakib"in dilini müəyyən dərəcədə araşdırmışdır (4, 306-307). B. Çobanzadəyə görə, "mühərririn, ədib və yaxud şairin dilinə iki nöqtədən baxmaq, yanaşmaq mümkündür: həyəcani və ifadəvi (
Yüklə 128,77 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə