I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə1/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   63
muhazire


I mühazirə
Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri..
Yer kürəsində minlərlə dil mövcuddur. Bununla belə biz təkcə “dillər” haqqında deyil, həm də insan “dili”, ayrıca götürülmüş hansısa bir dildən də bəhs edirik. Bu cür hərəkət etməkdə biz tam haqlıyıq, çünki dillər arasındakı böyük fərlərin olmasına baxmayaraq, başlıca məsələdə onlar arasında oxşar məqamlar mövcuddur. Hər bir dil xalqın sərvətidir ki, bununla da o, ictimai-tarixi hadisədir. Hər bir dil insan mədəniyyətinin inkişafının əvəzsis şərtidir. Hər bir fikrin ifadəsinsə səsli (verbal) dildən istifadə edir. Hər bir dil üzvlənir (istənilən dildə normal söyləmlər digər elementlərlə kombinasiyalarda təkrarlanan elementlərə Struktur vahidlərə - fonem, morfem, leksem, sintaqm və s.) bölünür.
Dilləri (mövcud, nə vaxtsa mövcud olmuş, yarana biləcək dilləri) öyrənən elm dilçilik (linq­vistika) adlandırılır. Digər elmlər kimi, dilçilik də insanların praktik tələbatından yaran­mış­dır. Dilçilik elmini müxtəlif təsnifləri mümkündür.
Dilçilik elmini iki yarımqrupa - intralinqvistika və ekstralinqvistikaya (sonuncuya sosio­linq­vistika, etnolinqvistika, psixolinqvistika, koqnitiv dilçilik, praqmadilçilik daxildir) bölmək olar. İntra­linqvistika dili daxildən araşdırmağa üstünlük verir (məsələn, struktur dilçilik). Bəzən intralin­qvistikanı “dili özüözlüyündə” araşdırmaqda təqsirləndirirlər, yəni o, dili araşdırır, lakin onun daşıyıcısının sosioloji, psixoliji, etnoloji xüsusiyyətlərini nəzərə almır.
Digər bir təsnifatda dilçilik - xüsusi, ümumi və tətbiqi dilçiliklərə bölünür. Nəzəri dilçilik daxi­lində ümumi və xüsusi dilçilk fərqləndirilir. Xüsusi dilçilik ayrı-ayrı dillərlə, yaxud da qohum dillərlə məşğul olur. Xüsusi dilçilik sinxron və diaxron ola bilər. Xüsusi dilçiliyin bir növü kimi qohum dilləri müqayisə edərək onların tarixi keşmişinə işıq salan müqayisəli-tarixi dilçiliyi göstərmək olar.
Dilçilik insan dilinin ümumi xüsusiyyətlərilə məşğul olur. O, dilin mahiyyəti, təbiəti, onun mənşəyi problemi, ümumi inkişaf qanunları ilə məşğul olur. Dilçiliyin tərkibində tipoloji dilçilik fərqləndirilir ki, onun da əsas vəzifəsi qohum və qohum olmayan dillər arasında tutuşdur­malarla aparmaqdır. Dilçilik daxilində tipoloji dlçilik ayrılır ki, onun da əsas vəzifəsi dillərin qohumluq əlaqəsindən asılı olmayaraq dilin ümumiqanunauyğunluqlarını üzə çıxartmaqdır. Tipoloji dilçilik dil universalilərini müəyyən edir. Aşağıdakı əlamətlər ünivarsalilər kimi dəyərləndirilir:
1.bütün dillərdə sait və samitlərin olması;
2. bütün dillərdə əsas ünsiyyət vasitəsi kimi cümlələrin (söyləm) olması;
3. bütün dillərdəxüsusi adların olması;
4. əgər dildə kəmiyyətə görə bölgü vardırsa, deməli o, dildə cinsə görə də bölgü mütləqdir və s.
Dlçiliyin əsas vəzifələrindən biri də dilçillik elmini əməliyyat apardığı termin və anlayışların elmi tərifini, şərhini verməkdir.
Tətbiqi dilçilik də öz növbəsində xüsusi, yəni bir dilə aid olan məsələləri, o cümlədən prinsip etibarı ilə bütün dillərə tətbiq edilə bilən məsələləri həll edir. Məsələn, yazının yara­dılması və təkmilləşdirilməsi, əlifbanın tərtibi və təkmilləşdirilməsi, yazı və oxu vərdişlərinin aşılanması, nitq mədəniyyəti, qeyri-ana dillərin öyrənilməsi, avtomatik tərcümənin yaradılması, informasiyanın annotasiyası və referatlaşdırılması, insanın maşınla ünsiyyətinitəmin edən sistemlərin yaradılması və s.
Dil insanlar arasında ən mükəmməl ünsiyyət vasitəsidir. Lakin ünsiyyət təkcə səsli (verbal) formada olmur. Ona görə də dilçilik elmində sözsüz, qeyri-verbal ünsiyyətdən də bəhs edilir.
Dilçilik elmi inkişafıboyu aşağıdakı elmi əsasları işləyib hazırlamışdır:

  • hərtərəfli təhlilə cəhd etmək. Dilə və danışığa sistemli yanaşma nəticəsində buna nail olmaq olar.

  • dilin təhlilinə tarixi yanaşma. Bu zaman dil hadisələri yaranma, mənşə, müasir durumu, gələcək inkişaf perspektivləri təftiş edilir.

  • dil hadisələrinin öyrəniməsində cəmiyyətin ehtiyac və tələblərinin nəzərə alınması. Dil qazanılmış mədəni və elmi irsin qorunması və ötürülməsi ehtiyacından yaranmışdır.

  • Dilin inkişafı, fəaliyyət qanunları və ümumi qaydalar ümumilikdədil haqqında təlimdə deyil, konkret dilin inkişaf və fəaliyyət təlimində öz əksini tapır.

Dilçilik nə vaxt yaranmışdır? Sualına iki cür cavab verilir: birincisi, dilçilik yazının yaranması ilə başlanır, ikinci cavabda isə dilçiliyin XVIII əsrin sonu XIX əsrin başlanğıcı göstərilir (F.Bopp, R.Rask, Y.Qrimm və b. tərəfindən işlənib hazırlanmış müqayisəli-tarixi metod XIX əsr dilçiliyinin əsasimasını qabaqcadan bədirləmişdi. Dilçiliyin bu dövrü tarixilik devizi altında keşmişdir). Dil daima inkişaf edir, deməli o, tarixi inkişafda, hərəkətdə öyrənilməlidir. Göstərilən təlim müqayisəli-tarixi metodla öyrənilmişdir və beləliklə komparativiatika meydana gəldi.
Dilin yaranmasının və fəaliyyətinin sosial şərtlənməsi ideyasının rişələri antik dilçiliyin fəlsəfi dövrünə işləyir ki, burada fransızdilçilərinin xidmətləri xüsusi qeyd edilməlidir (A.Meye və b.).
XX əsrdən başlayaraq (gənc qrammatklər, A.A.Potebnya və onun məktəbi) canlı dilin öyrənilməsinə üstünlük verirdilər. Artıq dil haqqında elmə üzünü danışan insana çevirmiş və dilin təhlilinə psixoloji yanaşma formalaşmışdı. Canlı dilin öyrənilməsi ideyası İ.A.Boduen de Kurtenenin yaradıcılığının əsas qayəsini təşkil etmişdir. O, dilin struktur vahidlərini təyin etməyə cəhd etmiş və beləliklə dilə sistem və struktur yanaşmanın bünövrəsini qoya bilmişdir.
Dilin sistem-struktur müstəvidə öyrənilməsinin əsas qüsuru (F.de Sössür konsepsiyası) – sistem yalnız dilin sinxron durumunda mümkündür, danışıq (nitq) və dil fəaliyyətini şərtləndirən diaxroniya və xarici amillər bu sistemi dağıdır. Dilə bu cür yanaşma nəticəsində strukturalistlər dilin tarixi, psixoloji aspektlərdə araşdırılmasından, dil vahidlərinin mənasından tam imtina etmələrinə səbəb oldu. Bu meylin əleyhinə XX əsrin 60-70-ci illlərində semantika, 80-ci illərində funksionalizm baş qaldırdı. Funksionalizm strukturalizmdən fərqli olaraq, əvvəlki cərəyanların nailiyyətlərindən imtina etməmişvə əksinə onlardan yaralanmışdır. Funksionalizm dildə sistem münasibətlərin təhlilini təyata keçirir və onların danışıqda realizasiyası öyrənilir. Funksionalizmin əsas prinsipi teleolojidir (dilinifadə vasitələrinin məqsədyönlü sistemi kimi anlaşılması).
XX-XXI əsrlərin kəsişməsində koqnitiv dilçilik vüsət almış və bununla da dilçilikdə antroposentrizmin bünövrəsi qoyulmuşur. Koqnitiv dilçiliyin obyekti insan təfəkkürü, düşüncəsi və onunla başlı mental (əqli) proses və durumlardır. Koqnitiv dilçilik bilik və idrak haqqında, insanların fəaliyyət prosesində dünyanın dərki haqqında elmdir.
Linqvistikanın obyekti kimi dil haqqında təsəvvürlər 4 fundamental özül üzərində (buna bəzən dilçilikdə “dörd nəhəng (kit” adlandırırlar Y.N.Karaulov) pərvətiş tapır: dilin inkişafının tarixi şərtliliyi, dil fəaliyyətinin psixoloji təbiəti, dil quruluşunun sistem-struktur əsası, dilin yaranmasıvə fəaliyyətinin sosial cəhətdən şərtlənməsi.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə