I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dilin səviyyələri və səviyyələrarası əlaqələr



Yüklə 405,13 Kb.
səhifə14/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   63
muhazire

Dilin səviyyələri və səviyyələrarası əlaqələr.
Sosioloji dilçilik məktəbi. F.de Sössürün əsas dilçilik görüşləri.
(VI-VII mühazirlər)

  1. Dilin ifadə planı və məzmun planına dair

Bu gün əksər dilçilər dilin ikitərəfli xarakterini qəbul edirlər. Hələ V.fon Humboldtun dövründə dilin səs və fikri əlaqələndirdiyini qeyd edirdilər. Müasir alimlər fikirlər dünyasını, insanın qazandığı təyat təcrübəsini, biliklərini dilin məzmun tərəfi, onun ifadə edən (reprezentasiya) səs vasitələrini dilin ifadə planı adlandırırlar. F.de Sösürün və L.Hyelmslevin ardınca həm ifadə, həm də məna tərəfində substansiya (mahiyyət) və formanı (struktur) fərqləndirirlər. Müvafiq olaraq məzmun substansiyası və məzmun forması, ifadənin substansiyası və ifadənin forması barədə bəhs edirlər. Sözün əsl mənasında işarələr sistemi olan dilə məzmun forması və ifadə formaları mənsubdurlar. Əvəzində məzmun substansiyası və ifadə substansiyası dil sistemindən kənarda qalmış olur.
dil
məzmun ifadə

substansiya forma forma substansiya


İfadə planını nəzərdən keçirək. Forma sayəsində dilin səs vahidlərinin formalaşması baş verir. Həmin vahidlər təkcə akustik, fizioloji xüsusiyyətlərinə görə deyil, bir-birinə münasibətə, fərqlərə, fonoloji sistemdə onların yerini səciyyə edən fərqləndirici əlamətlərə görə tanınırlar. Ifa­dənin substansiyası sanki onların yarandığı materiyanı təmsil edir. İfadə substansiyası əhə­miy­yətli şəkildə bütün dillər üçün eynidir: hər bir dil eyni tələffüz imkanlarına, artikulyator məka­nı­na malikdirlər. İstənilən dilin daşıyıcısı praktiki olaraq sonsuz sayda səslər tələffüz etmək imka­nı­na malikdir. Məsələn, saitlər məkanı ən qapalı ön sıra saitindən /i/, ən qapalı /u/ saitinə, və ən açıq /a/ saitinə qədər uzanır. Lakin hər bir dildə vokalik (sait) məkan özünəməxsus tərzdə bölü­nür. Məsələn, rus dilində vokalik zona 6, Azərbaycan dilində 9, alman dilində 16-17 saitə bölünür.


Dilin ifadə planın da olduğu kimi, məzmun planı da özünün təşkiledici forması sayəsində dilin mənalı vahidləri ayrılırlar. Onlar öz aralarında fərqlənirlər və hər biri dil sistemində öz yeri ilə xarakterizə edilir. Onların hər birində dil sistemindən kənarda qalan çoxlu sayda təcrübə sayəsində qazanılmış elementlər, təsəvvürlər və anlayışlar (konseptlər) kristallaşır. Müəyyən dərəcədə müxtəlif dillərin məna məkanları fərqlənirlər. Məsələn, rus dilində rəng adlarını bildirmək üçün 7, ingilis dilində 6, Zimbabvedəki bantu dilləri ailəsinə daxil olan şon dilində 3, niger-konqolez dilləri ailəsinə daxil olan bass dilində 2 sözdən (isti və soyuq rənglər) istifadə edirlər.




  1. Yüklə 405,13 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə