I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dilin birtərəfli və ikitərəfli vahidləri



Yüklə 405,13 Kb.
səhifə15/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   63
muhazire

Dilin birtərəfli və ikitərəfli vahidləri

Məna planının vahidləri və ifadə planının vahidləri birtərəfli vahidlərdir. Buna görə də onlar işarələr kimi çıxış etmirlər. Onların qovuşması ikitərəfli vahidlərdə, yəni morfem, leksem, söz, sözbirləşməsi baş tutur. Bütün bu dil vahidləri dil sisteminə müəyyən fərqləndirici əlamətlərin daşıyıcısı kimi daxil olurlar. Dilçilikdə bu vahidlərə invariant vahidlər deyirlər. Dildə üç növ vahidlr fərqləndirilir:
- birtərəfli məna vahidləri (buraya semantik və praqmatik mənalar daxildir);
- birtərəfli səs vahidləri (buraya qeyri-hecalı dillərdə fonemlər və hecalı dillərdə sillabemlər (hecalar) daxildir);
- ikitərəfli dil vahidləri (lüğətə daxil olan nominativ vahidlər (söz), və qrammatik vahidlər (dilin qrammatik və morfoloji komponentləri (kök və şəkilçi morfemlər).
Son nəticədə dil sistemi mürəkkəb varlıq kimi üç səviyyəyə bölünür: məna, səs və onları əlaqələndirən qaydalar sistemi.

məna səviyyəsi (stratum)
semantik və praqmatik mənalar

əlaqələndirici səviyyə (stratum)

lüğət qaydaları+sintaktik qaydalar+morfoloji qaydalar



səs səviyyəsi (stratum)

fonem, sillabem, prosodemlər






  1. Dil vahidləri arasında struktur münasibətlər

Dil vahidlərinin inventarlaşdırılması ilə yanaşı bu və ya digər səviyyələrin vahidləri arasında struktur əlaqələrin aşkar edilməsi yerinə yetirilir. Dil vahidləri arasında iki növ əlaqə fərqləndirilir: sintaqmatik və paradiqmatik münasibətlər. Sintaqmatik münasibətlər eyni bir söyləmin tərkib vahidlərini əlaqələndirir. Məsələn, /Həyat sən nə şirinsən, kim səndən doydu getdi//. R.O.Yakobsona görə, bu cür əlaqələr kombinator münasibətlərdir. Sintaqmatik əlaqələr dil vahidlərinin xətti ardıcıllıqda birləşmələrinin əsasında dayanırlar.
Paradiqmatik münasibətlər bir söyləmin vahidi ilə digər bir söyləmin vahidi arasında əlaqəni müəyyən edirlər. Həmin vahidlər bir-birini əvəz etməyə qadirdirlər. Məsələn, /Döyüş başlandı// (hücum, müharibə və s.). Paradirmatik münasibətlər sinif (klaslar) əmələ gətirirlər. Məsələn, mən, sən, o, biz, siz, onlar. Paradiqmatik münasibətlərdə seçim (ya-ya prinsipi) özünü göstərir. Eyni paradiqmə daxil olan dilvahidləri adətən eyni bir nitq hissəsinə aid edilir.




  1. Yüklə 405,13 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə