I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


F.de Sössürün dilçilik təlimi



Yüklə 405,13 Kb.
səhifə18/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   63
muhazire

F.de Sössürün dilçilik təlimi

Görkəmli isveçrəli dilçisi F.de Sössür Layprsiqdə təhsil almışdır. 1878-1880-cı illərdə Almaniyada təcrübə keçərkən “Hind–Avropa dillərində saitlərin ilkin sisteminə dair memuar” adlı kitabını nəşr etdirir. Lakin Sössür yaradıcılığında əsl hadisə onun ölümündən sonra 1916-cı ildə nəşr olunmuş “Ümumi dilçilik kursu” əsərinin çapından sonra başlayır. A.Seşe və Ş.Balli tərəfindən nəşr edilən və özlərinin bəzi ideyalarını da verdikləri (məsələn, kədərli məşhur ifadə “dilçiliyin yeganə və həqiqi obyekti dildir, dil özü-özlüyündə, özü üçün araşdırılmalıdır” ifadəsidir ki, sonralar dilçilikdə immanentlik prinsipinin bünövrəsini qoymuşdur).


Sössür yazırdı: “Dil bütün daxili hissələrində nizamlanmış sistemdir, dil ifadə etdiyi obyektdən asılıdır, amma o azaddır və obyektə nisbətdə şərtidir (ixtiyaridir)”. F.de Sössür danışıq və di fəaliyyəti qarşılaşmasını aşağıdakı kimi sxemləşdirir:

Dil fəaliyyəti dil sistem kimi sinxron baxış


(düşünmə, səsləndirmə (langue)
eşitmə, anlama,dərk etmə)

danışıq (parole)


F.de Sössür dil və danışığı fərqləndirmişdir: dil daimi, kollektiv, sosial, potensial, psixidir. Danışıq isə fərdi,dəyişkən, reallaşmış, psixidir.
F.de Sössür sinxron və diaxron yanaşmaları fərqləndirir. Sinxron baxım dilin bir zaman və məkan kəsiyində öyrənilməsi, diaxron baxım isə bir neçə dövrün ardıcıl və qarşılıqlı müqayisəsi ilə öyrənilməsini əhatə edir. Diaxron yanaşma sanki sinxron yanaşmaların ardıcıllığı və ya sinxron yanaşma diaxron yanaşmanın müəyyən bir kəsimidir. Sinxron yanaşma dedikdə dilin müasir dövrü deyil, istənilən dövr hesab edilə bilər. lakin bu zaman tədqiq onunan zaman və məkan digər zaman və məkanlarla müqayisə edilə bilməz. Dil faktları ayrıca şəkildə araşdırılır. Danışığın baş tutması üçün dilin olması vacibdirsə, danışıq da öz növbəsində dilin mövcudluq formasıdır.
F.de Sössür daxili və xarici dilçiliyi fərqləndirir. Daha sonralar bu terminləri dilçilikdə intra- və ekstralinqvistika terminləri ilə əvəz edilmişdir. Sössürə görə daxili dilçilik dilin sistem və strukrur xüsusiyyətlərini öyrənir. Xarici dilçilik isə dilxarici amilləri araşdırır. Sössür bunu şahmat oyunu ilə müqayisə edir: dilin daxili sistemini oyun qaydaları təşkil edirsə, xarici cəhətini oyunda istifadə edilən fiqurların nədən düzəldilməsi təşkil edir.Oyunun baş tutması üçün fiqurların nədən hazırlanmasının əhəmiyyəti yoxdur. Deməli, dil özlüyündə dilçiliyin obyekt ola bilər.
F.de Sössür dil vahidləri arasında sintaqmatik və paradiqmatik əlaqələri fərqləndirir və hər birinin vacibliyini qeyd edirdi.
sintaqmatik

tütün
titrək


tələ
tar

F.de Sössürə görə, “dildə yalnız fərqlər mövcuddur ... dildə ayrıca müsbətüzvləri olmayan fərqlər mövcuddur”. F.de Sössür anlamında dil işarələr üçün vacib olan şey onların fərqli olmasıdır. Yalnız belə olduqda dil öz funksiyasını yerinə yetirə bilər. F.de Sössür anlamında “dil substansiya deyil, formadır”.


F.de Sössürə görə, dil işarələrinin iki tərəfi vardır: səs tərəfi və ya ifadə tərəfi və məna və ya ifadə olunan tərəfi. O, bunu aşağıdakı kimi verir:
A+ğ+a+c

ifadə olunan ifadə edən


F.de Sössürün bəzi tezislərini sadalamaq yerinə düşər: dil işarələr sistemidir, bu sistemin öz daxılı quruluşu vardır. Bu sistemdə məna ilə səs bağlılığı əhəmiyyət kəsb edir.


F.de Sössür dildə qəfil dəyişmələri əngəlləyən səbəbləri belə izah edir:
1. dil işarələrinin ixtiyariliyi
2. dil işarələrinin sayca çoxluğu
3. dil sisteminin mürəkkəbliyi
4. dil kollektivin malıdır.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə