I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə20/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   63
muhazire

Praqa dilçilik məktəbi

Xronoloji baxımdan Praqa dilçilik məktəbi ilk yaranmışdır. 1926-cı ildə çex dilçisi V.fon Mateziusun (1882-1982) və həmin dövrdə Praqada çalışan R.O.Yakobsonun (1896-1982) təşəbbüsü asasında yaranmışdır. Praqa dilçilik cəmiyyəti əsasında yaranan Praqa dilçilik məktəbi tərkibinə görə həqiqətən internasional idi. Məsələn, çex dilçiləri B.Trnka, B.Qavranek, Y.Vaxek, rus dilçiləri N.S.Trubetskoy, R.O.Yakobson, S.O.Karsevski vəb.daxil idilər.


Bu məktəbin alimləri əsasən slavyan və german dilləri ilə məşğul idilər. Onlar dilçilik araşdır­malarında struktur və funksional cəhətləri paralel aparırdılar. Hər bir struktur bütövün funksiyası açılıb göstərilirdi. Ona görə də bu məktəb dilçilik tarixində funksional dilçilik kimi daxil olmuşdur. Struktur dilçiliyin məhək daşını dilin münasibətlər məcmusu olması ideyası təşkil edir. Fonologiya və qrammatika önə çıxır və dilin məna tərəfi ikinci plana keçmiş oldu. Struktur dilçilik dilə yanaşmada atomizmi, fizioloji və psixoloji baxımı rədd edir, dil mexanizminin açılmasında dilxarici amillər kənar edilir, dilin sistem və struktur xüsusiyyətlərindən çıxış edir.
Müasir elmi baxımdan struktur çoxluğa daxil olan elementlərin daxilən bağlılığı əsasında təşkilidirsə, funksiya onların bir-birinə təsirinin yolları, sistem isə struktur və funksiyanın birgə vəhdətidir. Praqalılar funksiya dedikdə dil vahidlərinin yerinə yetirdiyi yükü, vəzifəni başa düşürlər.
1929-cu ildən “Praqa dilçilik məktəbinin tezisləri” dərgisi (bu dərginin8 sayı çıxır və II Cahan müharibəsinin başlaması onun fəaliyyətinə son qoyur), 1935-ci ildən “Sözlük haqqında söz” dərgisini buraxmağa başlayır.
1. Praqalılar atomizmə qarşı sistemlilik və ya relativzmi irəli sürdülər. Bu o deməkdir ki, dil vahidləri sistem kimi götürülür, sistemdə onların bir-birinə münasibətləri açılır. Danışıq aktında müşahidə oluann dil faktları ümumiləşdirilir, onların dil sistemində qarşılaşma yarada bilməsi ön plana çəkilir. Deməli, danışıq aktı individual (fərdi) proses olmaqla yanaşı onun hansı dil səviyyələrinə söykənməsi də əsas götürülür.
2. Substansializmin əvəzinə strukturalistlər formalizmi və ya funksionalizmi irəli sürürlər. Bu təlimin məğzi ondadır ki, dil formadır, danışıq isə substansiyadır. Deməli, dil vahidləri invariant, danışıq vahidləri isə variantlardır. Dilə bu cür ikili yanaşma dilin konkret realizə formasını nəzərdən qaçırır və dil üçün vacib olan səslənməni və dinləməni kənara atır. Beləliklə, ikili yanaşma dilin mahiyyətini tam açmır.
Formanı məzmunsuz, məzmunu isə formasız təsəvvür etmək çətindir. Dilçiliyə gətirilən sıfır morfem anlayışı da köməyə çatmır. Dildə bütün münasibətlər müəyyən substansiyalara söykənməlidir. Dil riyazi simvoloka deyildir, ona görə də dilin maddi tərəfini inkar edənlər dilin mahiyyətini düzgün dərk eləmirlər. X+Y riyaziyyatçı üçün iki həddin toplanması deməkdir. Riyaziyyatdan xəbəri olmayanlar üçün onlar simvolikadan başqa bir şey deyildir. /i+t/ Azərbaycan dilində sadəcə simvolların toplusu deyil, o həm də bu dildə real denotatı bildirən bir işarədir. Bu dili bilməyənlər üçün isə bu mənası aydın olmayan səslər ardıcıllığıdır.
Strukturalistlər üçün maddi cəhətdən oxşarlıq və ya eynilik rol oynamır. Əsas məsələ mənanın fərqləndirilməsidir. F.de Sössür dildə maddi varlığın əhəmiyyətsiz olduğunu sübut etmək üçün dil sistemini şahmat oyunu ilə müqayisə edirdi. Hər bir oyun məqamında əvvəl hansı gedişlərin edilməsi və fiqurların nədən düzəldilməsinin oyun üçün heç bir əhəmiyyət kəsb etmir. Əsas məsələ fiqurların bir-birindən fərqlənməs və onların taxta üzərindəki düzülüş mövqeyidir.
Praqalıların ən görkəmli nümayəndəsi N.S.Trubeskoy dilin fonetik layını dərindən təhlil edərək oppozisiyalar (qarşılaşmalar) nəzəriyyəsini işləyib hazırlamış, fonologiyanı fonetikadan ayırmağa çalışmış, birincini humanitar elm, ikinciniisə təbiət elmi kimi əsaslandırmağa çalışmışdır.
N.S.Trubeskoyla razılaşdıqda danışıqda meydana çıxan bir sıra hadisələri izah etmək mümkün deyildir. Məsələn, rus dilində /o/ saitinin diftonqvari tələffüzü rus dilinin ədəbi tələffüzü baxımdan normativ sayılır, halbuki rus dilinin fonoloji sistemi üçün bu əlamət relevant sayılmır. Çünki rus dilində saitlərin diftonqoid – qeyri-diftonqoid qarşılaşması yoxdur. Başqa bir misal, Azərbaycan dilində söz və morfemin mütləq sonluqda /r/ sonor samitinin karlaşması müşahidə edilir. Azərbaycan dilinin fonoloji sistemində sonorların kar/cingiltiliyi qarşılaşması yoxdur. Lakin /r/ sonor samitinin karlaşması Azərbaycan dilinin ədəbi tələffüzü üçün tam normaldır. Beləliklə, elə hadisələr var ki, onlar fonoloji sistemə aid deyi, sırf fonetik xarakter daşıyır, lakin onlarsız fonologiya keçinə bilməz. Bütün bunlar fonetika və fonologiyanın kəskin fərqləndirilməsinin əsassız olduğunu göstərir.
Praqalıların üstün istiqamətlərindən biri də kommunikativ vahid olan cümlənin kommunikativ aspektdə öyrənilməsindən ibarətdir. Onlar (V.fon Matezius) hər bircümlədə iki cəhəti xüsusi olaraq qeyd edirdilər. Tema-rema münasibətlərinin, yəni cümlənin aktual üzvlənməsində yeni fikrin məluma qarşı qoyulmasıdır ki, bu da cümləyə funksional yanaşmanın nəticəsidir. Aktual üzvlənmə, yəni tema və remaya üzvlənməsi cümlənin funksional perspektivinin müəyyən edilməsi idi. Tema söyləmin elə bir sintaktik fonudur ki, bu fon söyləmin rematik hissəsinin üzə çıxmasına, qabarmasına xidmət edir. Prinsip etibarilə tema həmişə özündən əvvəlki kontekstə və dil situasiyasına tuşlanır, onunla əlaqəlidir, ondan doğur. Cümlənin məntiqi-qrammatik səviyyəsində onun tematik məlum sayılır. Belə ki, bu məlumluq həm informasiyanı ötürənə, həm də informasiyanı qəbul edənə - adresata eyni zamanda aid olur. Tema həm danışanın, həm də dinləyənin bilik bazasırıd. Rema isə əksinə məlumatın əsas nüvəsini və canını təşkil edir. Söyləmdə nə deyildiyinin təmsilçisi olan rema danışıq fəaliyyəti zamanı müəyyən dərəcədə aktuallaşmağa, xüsusi olaraq nəzərə çatdırmağa məruz qalır.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə