I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dil sistemi vahidlərinin tərkibinin təyin edilməsi



Yüklə 405,13 Kb.
səhifə17/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   63
muhazire

Dil sistemi vahidlərinin tərkibinin təyin edilməsi

İlkin obyekt keyfiyyətində söyləm götürülür. Daha sonra o, üzvlənməyə məruz qalır. Əldə olun­muş seqmentlər identifikasiya (eyniləşdirmə) proseduru vasitəsilə siniflərdə birləşdirilir və dil sistemi va­hidləri kimi çıxış edirlər. Y.S.Maslovun dil sistemi vahidlərinin aşkar edilməsi prosedurunu nəzər­dən keçirək:


söyləm
aktual cümlə /söyləm cümlə modeli
sözformasi söz / leksem
morf morfem
fon fonem

Funksional və onlara uyğun formal əlamətləri nəzərə almaqla aktual, konkret cümlələr, danışıq vahidi olan söyləmlərə ayrılır. Cümlələr də öz növbəsində sintaqmlara bölünə bilər. L.V.Şerba sin­taq­mı danışıq zamanı yaranan intonasiya-məna vahidi adlandırırdı. Daha sonra sözlər (daha dəqiq de­sək, onların danışıqdakı təmsilçiləri lekslər və ya söz formaları) qyrılır. Sonda minimal mənalı vahidlər – morfemlər (danışıqda onların təmsilçiləri morflar) ayrılır. Bu mərhələdə A.Martinenin adlan­dırdığı il­kin üzvlənmə başa çatır. Bu mərhələdə dilin ikitərəfli (forma və məna planına malik) vahidləri aşkar edi­lir: sintaqm-leksem-morfem. İkinci üzvlənmədə fonların (danışıqda fonemin təmsilçisi) üzə çıxar­dılmasına xidmət edir. Dil sistemində buna fonem uyğun gəlir.


İ.A.Boduen de Kurtene (1845-1929) və F.de Sössürün (1957-1913) dilçilik təlimləri

Dilçilik elminin əsl mahiyyətinin açıqlanması bu iki nəhəng alimin adı ilə sıx bağlıdır. Onların hər ikisi Laypsiqdə təhsil almışlar və əsas görüşləri gənc qrammatiklərin təsiri altında formalaşmışdır. 19-cu və 20-ci əsrlərin qovuşuğunda təbiət və cəmiyyət elmlərində təbiət cə cəmiyyət obyektlərinin sistem təşkilinin anlaşılması formalaşmağa başlayır. İ.A.Boduen de Kurtenenin linqvistik yaradığılığı da məhz bu dövrə təsadüf edir. Boduan Kazan, Tartu, Krakov, Peterburq, Varşava universitetlərində işləmişdir. 1870-ci ildə etdiyi “Dilçilik və dil haqqında ümumi qeydlər” mühazirəsində yazırdı: “Dil əzələlərin və sinirlərin düzgün hərəkətlərinin eşidilən nəticəsidir”. Dil sözün ən ümumi mənasında insan orqanizminin funksiyalarından biridir. Boduen yaradıcılığının ilkin mərhələsində fərd və xalq psixologiyasının təsiri altında olmuşdur. Lakin o canlı dillərin öyrənilməsinə üstünlük vermişdir. Dildə səslə mənanın, forma ilə məzmunun mövcud əlaqəsini aydın dərk etmişdir. Özü də bunlardan birincisi onu bütün ömrq boyu maraqlandırmışdır. Boduenə görə, dəqiq elmlərdə struktur vahidlər (atom, molekul və s.) olduğu kimi, dildə də struktur vahidlər aşkar edilməlidir. Boduen yaradıcılığında struktur vahidlərin aşkar edilməsi onun yaradıcılığının əsasını təşkil edir.


Boduenin dilçilik görüşlərinin məğzini aşağıdakı müddəalarda ümumiləşdirmək olar:
1. Boduen gənc qrammatiklərin tarixilik prinsipini qəbul etməmişdir. Dilçilik dilin həyatının onun bütün təzahürlərində tədqiq edir, dil hadisələrini əlaqələndirir, onları faktlar şəklində ümumiləşdirir, dilin inkişafı və mövcud olması qanunlarını müəyyən edir və bu zaman fəaliyyət göstərən qüvvələri axtarr.
2. Boduen dinamik və statik dilçiliyi fərqləndirmişdir. Bu məsələdə o, Sössürü 40 il qabaqlaya bilmişdir. Boduenə görə,”hər şeydən əvvəl təmiz dilşünaslığı, öz-özünə olan dilçiliyi fərqləndirmək lazımdır. O dilşünaslığı ki, onun predmeti müəyyən dərəcədə eyni cinsli faktların məcmuyu olan dildir”.
3. Dilçilik elmində fonem nəzəriyyəsinin banisi Boduendir. Fonemin psixoloji və morfoloji izahını da ilk dəfə o vermişdir. Bu izahlara əsaslanan iki məktəbin – Leninqrad və Moskva fonoloji məktəblərinin yaranmasına səbəb olmuşdur.
4. Boduen fonem, morfem, sintaqm, leksem, qrafem,kinem, akusma, kinakem, sıfır morfem anlayışlarını gətirmişdir.
5. Boduen dildə 3 cəhəti fərqləndirmişdir: fonasiya-danışıq, sözlərin deylilişi; audisiya – eşitmə, deyilənin dərk edilməsi; serebrasiya – dilə aid olan hər şeyin qorunması, saxlanılması, götür-qoy edilməsi, təfəkkür.
6. Boduen dilçilikdə psixoloji amilə üstünlük verir. “Mən dilçilikdə o istiqamətin tərəfdarlarındanam ki, onlar hər şeydən əvvəl psixi amili əsas götürürlər”. Lakin Boduen gənc qrammatiklərin fərdi psixologizmindən fərqli olaraq sosioloji psixologizm mövqeyində dayanmış, sosiologiyanı xalqlar psixologiyası ilə eyniləşdirir.
7. Boduen yaradıcılığının əsas qayəsini dilçilik üçün canlı dillərin öyrənilməsinin vacib olması ideyası təşkil edir. Dil hadisələrini dil daşıyıcısına verilən sistemdə araşdırmağın vacibliyini irəli sürür. Boduen dilin küçmişi və gələcək inkişafı arasında əlaqənin sarsılmaz olduğunu qeyd edirdi. Boduen dilə “arxeoloji” yanaşmanı qəbul etmir və əvəzində canlı dilin araşdırılmasını təklif edir. O, diş şəcərəsi anlayışını kəskin tənqid edir.
8.Boduenə görə, dilin mənimsənilməsi fəal, yaradıcı prosesdir. O. dilçilərin diqqətini dil sisteminin fərdi danışıqda baş verən dəyişmələrə yönəldə bilmişdir. “Dil qapalı orqanizm, toxunulmaz ideal deyil, fəaliyyətdə olan alətdir”.



Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə