I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dünyanın linqvistik landşaftı



Yüklə 405,13 Kb.
səhifə2/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
muhazire

Dünyanın linqvistik landşaftı. İnsan bioloji varlıq kimi “Homo sapiens” 100-75min il bundan əvvəl, neandertalların (antropologiyada bu qolu erkən neandertallar adlandırırlar) təkamülünün iki qolundan biri kimi Afrikada formalaşmışdır. Təqribən 50-40 min il bundan əvvəl “Homo sapiens sapiens” (kromanonlar) yaranmışdır. Səsli dilin yaranması bu dövrə aid edilir. Bir faktı da əlavə etmək istərdik ki, dil insan fəaliyyətinin digər növlərilə müqayisədə xeyli əvvəl yaranmışdır. Məsələn, dil ağac üzərində oyma naxışlardan 25 min əvvəl, qayaüstü yazılardan 14 min əvvəl, heyvanların əhilləşdirilməsi və bitkilərin becərilməsindən 10 - 6 min il əvvəl yaranmışdır. Təqribən 6 min il bundan əvvəl piktoqrafik (şəkli), 5 min il əvvəl isə fonoqrafik, yəni səsli yazı yaranmışdır.
Qeyd etdiyimiz kimi, planetimizdə 2.5-6000 civarında dilin olduğu gğstərilir. Dillərin yer kürəsində yayılması da bərabər deyildir. Məsələn, müasir Rusiya ərazisində 150 dil, İndoneziyada 600 dil, Nigeriyada 300 dil, Hindistanda 1652 dil vardır. Dillərin struktur müxtəlifliyi də heyranedicidir. Məsələn, elə dillər var ki, onlarda nə isim, nə də fel dəyişir, amma elə dil də var ki, onda 40 hal vardır. Türk dillərində 12 tərz vardır. Dil var ki, onun fonem inventarı 10 fonemdən, dil var ki fonem inventarı 80 fonemdən ibarətdir. Bir sait fonemdən ibarət olan dil də məlumdur (məsələn - abxaz), 24 sait fonemi olduğu Qafqaz dilləri də vardır. Burun samitləri olmayan dil yoxdur /n/, /m/, lakin burun saitləri təsadüf olunan dillər nadir dillərdəndir. Dilərin taleyinin müxtəlifliyi, onların kommunikativ rollarındakı fərqlər, sosial statusu, hüquqi ranq – bütün bunlar dilin inkişaf fəaliyyətinin gerçəkliklərindəndir. Dil, millət (etnos), vətəndaşlıq, din (inam) və s. kimi kardinal bazis ölçülərində disproporsiya müşahidə edilir: planetimizdə 2.5-6000 dil, 1300 etnos, 220 dövlət, onlardan 200 BMT daxildir. Mövcud dörd xəritədə: dil, etnik, dövlət, din – yalnız dil və xalq xəritəsi nisbətən yaxındırlar. 6000 dildə 600 yazı sistemi, lakin onlardan yalnız 300 real şəkildə yazıdan istifadə edirlər. Dillərin kommunikativ-funksional rəngarəngliyi də cəlbedicidir. Milyonların danışdıgı dillərlə bərabər 10-15 nəfərin danışdığı yuq dili (Krasnoyarsk), 200-400 nəfərin danışdığı kerek dili (Çukotka) və s.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə