I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri



Yüklə 405,13 Kb.
səhifə6/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
muhazire

2) Çin dilçilik ənənəsi
Asiyada dilçilik elminin inkişafına güclü təsir edə bilən üç sabit və nisbətən müstəqil dilçilik ənənəsi mövcud olmuşdur. Bunlar çin, hind və orta əsrlərdə onlara birləşən ərəb dilçilik ənənələridir. Çin dilinin öyrənilməsinin tarixinin yaşı 2000 ilə yaxındır. Çin dilçilik ənənəsi Yapon və Çinlə həm­sərhəd ölkələrin dilçiliyinə təsir edən yeganə dilçilik elmidir. Onun prinsipləri Cənub-şərqi Asiyanın bəzi dillərinin (xüsusən hecalı dillər üçün) daha əlverişli idi. Lakin çin dilçiliyi dünya dilçiliyindən kənarda qala bilmişdir (bunu həmin dilin “təcridi”, “kök dil” , “amorf” dil olması ilə izah etmək olar). Çin yazı ənənəsi eramızdan əvvəl II minilliyin ortasında yaranmışdır. 1899-cu ildə 13-11-ci əsrlərə aid olan üzərində heroqlilərlə yazılmış sümük və tısbağa çanaqları hələ də öz həllini gözləyir və bu Çin yazı tarixini təftiş etməyə imkan verə bilər.
Çin yazısının əsas vahidi heroqliflərdir. O (heroqliflər) morfemlərin tipik eksponenti kimi çıxış edən, əksər hallarda heca sərhədiilə üst-üstə düşən tonlu hecaya uyğun gəlir. Zaman keçdikcə heroqliflərin təsvirləri sadələşmişdir. Onlardan bəziləri piktoqramlar və ideoqramları, digərləri söz-morfemlərin mənalarına eyham edən (214-də çatan semantik açarlar) komponentləri özündə ehtiva edirlər. Üçüncülər isə təkrar düşünülmə nəticəsində özlərinin ilkin funksiyaları ilə əlaqələrini itir­mişlər. Heroqliflər standart və müxtəli kombinasiyaya girən xətlərdən (28-ə qədər) ibarətdir. İşarələrin ümumi sayı 50 mindir. Müasir yazıda heroqliflərin sayı 4-7 min arasındadır. Çin dilçilərinin əsas obyekti heroqliflər olmuşdur. Çində heroqliflərin öyrənilməsində üç istiqamət – qədim sözlərin izah edilməsi, strukturların öyrənilməsi və heroqliflərin etimologiyası (funksional fonetika – eramızın 5-ci əsrindən başlayaraq). Leksikoqrafiyada fəal inkişaf etdirilmişdir.İlk lüğətlər arasında “Şi Cjou nyan” lüğətini misal göstərmək olar. Çin dilçiliyində fonetika Hindistandan özü ilə birlikdə səsli danışığa maraq gətirən buddizmin təsiri altında olmuşdur. Çin dilçiləri 11-19-cu əsrlərdə dilin təsvirində əsas prinsip kimi heca quruluşuna əməl edirlər. Onlar əsas fonetik təsvir vasitəsi kimi ayrıca səsi deyil, heca onun daxilində isə inisial (başlanğıc samit), və final və yaxud rifmanı (hecanın qalan hissəi) ayırırlar. Mancuriya sülaləsi dövründə 1716-cı ildə Mey İnçzonun kitabına əsaslanan rəsmi standart lüğət hazırlanmışdır. Li Quandi 1726-cı ildə rəsmi fonetik lüğət hazırlayır. 1711-ci ildə 444 cilddən ibarət bu və ya digər heroqliflərin birləşməsinə həsr edilmiş kitab çapdan çıxır. Çin dillərinin dialektlərinin təsnifatına 16-18-ci əsrlərdə xüsusi diqqət yetirilmişdir. 19-cu əsrin 90-cı illərində ənənəvi fonetikasına (heca sərhədindən kənara çıxmayan) özünü tükədir. 1892-ci ildə çin dili üçün hərfi yazının tərtibinə başlanır. Çin sözünün səslərə üzvlənməsi müzakirə edilir və 1958-ci ildən ÇXR-da latın əlifbası əsasında əlifba yaradılır. 26 qrafemdən ibarət həmin əlifba teleqraf sistemində istifadə edilir. Hərfi yazı sisteminə keçidin sona çatmasına maneə olan əsas səbəb çin dilinin çoxlu dialektlərə parçalanmasıdır. Buna görə də dilçilərin əsas səyləri heroqliflərin təsvirinin sadələşdirilməsinə yönəlmişdir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə