I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Hind dilçilik ənənəsi daxilində isə inisial () kimi heca quruluşuna əməl edirlər. Onlar əsas fonetik təsvir vasitəsi kimi ayrıc



Yüklə 405,13 Kb.
səhifə7/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   63
muhazire

Hind dilçilik ənənəsi daxilində isə inisial () kimi heca quruluşuna əməl edirlər. Onlar əsas fonetik təsvir vasitəsi kimi ayrıc
Özünəməxsus və son dərəcə sabit digər dilçilik ənənələri qədim Hindistanta təşəkkül tapmışdır. Hind dilçiliyinin 2500 yaxın yaşının olduğu göstərilir. Ehtiyac zərurətindən yaranan hind dilçiliyi (hindlilərin müqəddəs saydıqları dini-fəlsəfi məzmunlu vedaların düzgün tələffüzünü qorumaq və artıq anlaşılmaz olmuş yerlərini izah etmək və qədim hindlilərin vahid ədəbi dili olan sanskritin normalaş­dı­rıl­masına duyulan ehtiyacdan yaranmışdır) digər ölkələrdə də dilçiliyin inkişafına güclü təsir etmişdir. Deməli, qədim hind dilçiliyi hindlilərin ədəbi dili olan sanskritlə xal kütləsinin dili olan prakrit arasında artan fərqlərin aradan qaldırmaq istəyindən yaranmışdır. Müqəddəs vedaların (4 veda vardır: Riq veda (himnlər məcmuəsi), Sama veda (şerlər vedası), Yacur veda (qurban vedası), Atharva veda (ovsun, cadu vedası) dili olan sanskrit xalq üçün anlaşılmaz dilə çevrilirdi. Bundan başqa, sanskriti prakritin təsirindən də qorumaq lazım idi. Bu amillər hind dilçiliyinin yaranmasına təkan vermişdir.
Qədim hind dilçiliyinin tədqiqat obyektini eramızdan 1500 il əvvəl yaranməş dini-fəlsəfi kitabələr təşkil edirdilər. İlk hind qrammatikaları pratişakya adlanırdı. Onlar Veda dilinin düzgün tələffüz edilməsi üçün qaydalar məcmuəsi idilər. Qədin hindlilər sırf dil məsələlərinə həsr edilmiş vedanqlar da yaratmışlar. 4-cür vedanq vardır: şikşa (fonetika və tələffüz qaydaları), vyakarana (qrammatika məsələlərini izah edir), nirukta (leksika və etimologiya məsələlərini tədqiq edir), çxanda (poeziya nəzəriyyəsi problemlərini araşdırır).
İlk hind qrammatikası Jaska tərəfindən vedaların dilinin dair kitab sayılır. Müəllif həmin əsərdə öz sələflərinin tədqiqatlarının ümumiləşdirir. İlk dəfə sözlərin nitq hissələrinə (4 nitq hissəsi – ad, feil, önlük və ədat) görə təsnifini Jaska vermişdir.Lakin hind dilçiliyininən görkəmli nümayəndəsi Panini hesab edilir. Eramızdan əvvəl IV əsrdə (bəzi mənbələrdə isə onun eramızdan əvvəl VII-II əsr arasında yaşadığı göstərilir) yaşamış və “Aştadhyan” (Səkkiz kitab) adlanan qrammatika kitabını tərtib etmişdir. Onun əsəri səkkiz kitab və ya sək­kiz hissədən ibarətdir və hər fəsil bölmələrə, bölmələr isə ayrı-ayrı qaydalara bölünür. Onun qrammatikasında 3996 sutra (qayda) vardır. Bu qaydalar vasitəsilə o, müqəddəs nəğmələrin dilinin tam təsvirini verə bilir. Panini dili bir sistem kimi başa düşür və nitq hissələrinin bir-birindən ayırırdı. O, 6 nitq hissəsi barədə məlumat verir. O, söz əsası, kök, şəkilçi, daxili fleksiya, intonasiya, vurğu haq­qında məlumat verir. Panini qrammatikasında Hindistanda möv­cud olan dialekt fərqlərinə diqqət yetirir. Onun qrammatikasında fonetika mühüm yer tutur. Onlar səsləri samit, sait və frikatlar deyə üç yerə ayırırlar. Samitlər də öz növbəsində kipləşən və novlu olmaqla iki yerə ayrılırdı. Onlar səs birləşmələrindən, vurğu və intonasiyadan bəhs etmişlər. Onlar səslərin fizioloji təsvirinə (diş yuvaqları, alveollar, dodaqları, dişləri) üstünlük verirdilər. Hind alimləri səslərin tələffüz məxrəcini dəqiq təsvir edirdilər. Onlar müxtəlif mövqelərdə baş verən səs dəyişmələrindən dəbəhs edirlər.
Hind dilçiləri morfologiyanın 3 hissədən ibarət olduğunu qeyd edirdilər: 1) nitq hissələrinin təsviri, 2) söz yaradıcılığı, 3) sözlərin dəyişməsi (hallanması və təsrifi). Hind alimləri əsasən 4 nitq hissəsindən: ad, feil, önlük və ədatdan bəhs edirlər. Onlar nitq hissələr ilə cümlə üzvlərini fərqləndurə bilmişdilər. Onlar ismin 7 halından – adlıq, təsirlik, alət, yönlük, ablativ, yiyəlik və yerlik bəhs edirlər.
Hind alimləri söz təlimnə də diqqət yetirirlər. Onlar sözün 3 hissədən ibarət olduğunu göstərirlər: kök, suffiks, şəkilçi. Onlar sanskrit dilində sözlərin kök və əsasdan ibarət olduğunu qeyd etmişlər. Onlar kökün 3 növünü də - ilkin, törəmə və düzəltmə qeyd etmişlər.
Hindistanda başlanğıcını Bxavrtriharinin (bizim eranın 5-6-cı əsrlər) “Söz və cümlə barədə” yaradıcılığından götürən linqvofəlsəfi ideyalar da geniş yayılmışdır. Bu metəfəkkir Braxmanı əvvəli və sonu olmayan ali gerçəkliklə Sözlə eyniləşdirir. O sözün inkişaf yolunda 3 mərhələdən keçdiyini qeyd edir: bölünməz və görünməz mərhələ, aralıq (söz mental varlıqdır və zaman ardıcıllığına malikdir), təmsil, təqdim (tələffüz edilə, səsli danışıq) mərhələsi.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə