I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


İskəndəriyyə dilçilik məktəbi



Yüklə 405,13 Kb.
səhifə9/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   63
muhazire

İskəndəriyyə dilçilik məktəbi. Yunan dilçiliyinin ikinci dövrü, qrammatika dövrü İskəndəriyyə məktəbinin adı ilə bağlıdır. İskəndəriyyə qrammatiklərinin ən parlaq nümayəndəsi Samofrakiyalı Aristarx (e.ə. 200-150-ci illər) idi. Onun şagirdi frakiyalı Dionisi və Appoloni Diskolun oğlu Heridianın dilçilik xidmətləri böyükdür. İskəndəriyyə məktəbinin yaranmasında III əsrdə II Ptolomey tərəfindən əsası qoyulan İskəndəriyyə kitabxanası mühüm rol oynamışdır. Bu məktəb eramızın 642-ci ilində ərəblərin İskəndəriyyəni zəbt edib viran etdiklərinə qədər fəaliyyət göstərmişdir.
İskəndəriyyə qrammatikasında morfologiya bölməsi daha ətraflı araşdırılırdı. Onlar nitq hissələrinin sayını 8-ə çatdırırlar: adlar, feil, feli sifət, artikl, əvəzlik, önlük, zərf, bağlayıcı. Onlar fonetikanə hərflər haqqında elm hesab edirdilər. Fonetikan ən zəif inkişaf etdiyi bi məktəbdə səslər sait, samit və yarımsaitlərə ayırırdı. Onlar hərf və səsi eyniləşdirirdilər. Yunan dilində 24 səsin, onlardan 7-nin sait, 17-nin samin olduğunu göstərə bilmişlər. Onlar sözə rabitəli nitqin ən kiçik mənalı vahidi kimi yanaşırdılar. İskəndəriyyəlilər sintaksis məsələlərinə də diqqət yetirmişlər.
Ərəb dilçili ənənələri
Orta əsrlərdə dilçiliyin mərkəzi xəlifəliyə keçir. VII-XII əsrlərdə xəlifəlik möhkəmlənir və bu səbəb­dən də dilçilik elmi o dövrdə Dəclə və Fərat çaylarının arasında yerləşən Bəsrə və Kufə şəhər­lərində xüsusi bir inkişaf mərhələsinə aədəm basır. Ərəb dilçiliyi müqəddəs “Qurani-Kərimin” yazıl­dığı klassik ərəb dilinin şərh edilərək ümumxalq malına çevrilməsi ehtiyacından yaranmışdır. Ərəb dilçiliyi dini dil olan ərəb dilini külli miqdarda olan ərəb dialektlərinin təsirindən qorumaq zərurə­tin­dən yaranmışdır. Ərəb dilçiliyində ərəb dilinin fonetik, leksik, qrammatik quruluşlarının təd­qiqinə çalı­şırdı. Ərəb dilçiliyi termini şərti xarakter daşıyır. Çünki bu məktəbin nümayəndələri başqa millətlərin nümayəndələridir. Ərəb dilinin qrammatikasını yaradan Sibaveyhi milliyətcə fars, leksi­koqraflar Əbu-Əbeyda milliyyətcə fars, Saqan hindli, ərəb üslubiyyatının yaradıcısı isə türk Xətib Təbrizi idi.
İnkişaf dövründə ərəb dilçiliyi əvvəlcə Bəsrə və Kufə (VII-VIII əsrlər) şəhərlərində, daha sonra IX-X əsrlərdə Bəsrə və VIII əsrdə salınmı və paytaxt elan edilən Bağdad şəhərində mərkəzləşmişdir. Bəsrə və Kufə dilçilik məktəbləri arasında qızğın mübahisələr aparılırdı. Onlar arasında sintaksis və söz yaradıcılığına, qrammatikanın əsas vahidinə münasibətdə (bəsrəlilər sözü, kufəlilər isə predikativ söz birləşməsini qrammatikanın əsas vahidi hesab edirdilər) fikir ayrılığı olmuşdur.
Dilin yaranması ilə bağlı ərəb alimləri 3 versiya irəli sürmüşlər: 1) dil Allah tərəfindən Adəmə veril­mişdir, 2) dil bəşəriyyətin baniləri olan patriarx qocalar arasında əldə edilmiş razılıq əsasında yaradılmışdır, 3) dil Allah tərəfindən Adəmə azacıq söz şəklində verilmiş, lakin sonralar insanlar tərəfindən inkişaf etdirilmişdir. Qeyd edək ki, dilin yaranması fəlsəfi problemi ərəb dilçiliyində əsas yetdə dayanmır, onlar öz diqqətlərini fonetika, qrammatika, leksikologiya problemlərinin araşdı­rıl­masına yönəltmişlər. Sibaveyhi “Əl Kitab” əsərində ərəb dilinin qramatik sistemini təhlil edir. Onun bu əsərini öz aralarında rəqabət aparan Bəsrə və Kufə alimləri qəbul edirdilər. Ərəb dili flektiv dil olduğundan onun faktlarını sistemə salmaq tədqiqatçılar üçün çətin idi. Ərəb dilində söz kökləri samit­lərdən ibarətdir, samitlərin arasına saitlər əlavə edilir. Saitlər də ədat və şəkilçilər kimi əlavə qrammatik mənalar ifadə edirlər. Bu xüsusiyyət özünü həm söz yaradıcılığında, həm də sözlərin qrammatik dəyişməsində özünü göstərir. Buna görə də sözün dəyişməsində bütün fonetik tərkib iştirak edir. Hər iki məktəb ərəb dilini təhlil və təsvirində ümumi prinsiplər irəli sürürlər ki, onlar dili 3 sahədə təsvir etməyə imkan verir: nəhv (genişləndirmə haqqında təlim), sərf (dəyişiklər haqqında təlim), təcvid (səslərin tələffüzü haqqında təlim). Hind və yunan dilçiliklərində olduğu kimi, ərəb dilçiləri də fonetikaya fikir vermişlər, lakin onlar hərf və səsləri ciddi surətdə fərqləndirməmişlər. Onlar səslərin təsnifində fizioloji cəhətə üstünlük vermişlər. Məs.Sibaveyhinin qrammatikasında danı­şıq səsləri əmələgəlmə yerinə görə16 qrupa ayrılmışdır. Ərəblər söz tərkibinin fonetik təhlilində uğurlar qazana bilmişdilər. Onlar söz köklərinin bu tiplərini müəyyən edə bilmişdilər: üç samitli düzgün köklər, dörd hərfli köklər; cüt köklər, həmzəli köklər, “vav” və ya “yay” hərfləri ilə başlayan köklər; boş köklər; naqis köklər; düzgün olmayan köklər, eyni zamanda həm boş, həm də həmzəli köklər və s.
Ərəb dilçiliyinin əlamətdar cəhətlərindən biridə bu idi ki, o yalnız ərəb dilinin tədqiq edilməsi ilə bitmirdi. Müqayisəli dilçiliyin ilk nümayəndəsi olan Mahmud ibn Əl-Hüseyn ibn Məhəmməd Əl-Qaşqarlı türk dilərinin əksəriyyətindən külli miqdarda söz və ifadə toplamışdı. M.Qaşqarlı 1072-1083-cü illərdə çoxcildli “Divani-lüğat-it Türk” adlı əsər yazmışdır. Əsərin müəllif tərəfindən yazılan əlyazması bizə gəlib çatmamışdır. Elm aləminə məlum olan və İstanbul kitabxanasında saxlanılan nüsxəsi 1266-cı ildə Azərbaycan alimi Məhəmməd Əssami tərəfindən üzü köçürülən nüsxəsidir. Onun lüğəti müəllifin sağığında nəşr edilməmişdir. Əsər 1912-1915-ci illərdə İstanbulda Kilisli Rifət tərəfindən nəşr edilmişdir. “Divani-lüğat-it Türk” lüğətinə (ərəb dilində onların izahilə birlikdə) tayfa mənsubiyyəti göstərilməklə sözlər, türk tayfalarının səpələnmə arealı haqqında məlumatlar, onların tarixi, etniqrafiyası, poeziyası və folkloru, türk dilinin tarixi fonetikası və qrammatikası, ən köhnə türk dünyasının mənzərəsi haqqında məlumatlar daxil edilmişdir.
M.Qaşqarlı türk və ərəb dillərinin müxtəlifdil sistemlərinə aid olduqlarını aşkar etmiş, affikslərin variantlarını dəqiq fərqləndirə bilmiş, səs və hər arasındakı fərqi sezə bilmiş, sözün çoxmənalılığını dərk edə bilmiş, omonimləri çoxmənalılıqdan fərqləndirə bilmiş, ahəng qanunu haqqında müəyyən fikirlər söyləmiş, sözlərin bəzilərinin etimologiyasıni aça bilmiş, türk və ərəb dillərinin bərabər hüquqlara malik olmaları məsələsini qaldıra bilmişdir. M.Qaşqarlı müqayisəli dilçiliyin banisi hesab edilir. M.Qaşqarlının elmi yaradıcılığının əsas özəllikləri bunlardır:
1. türk dillərinin, terkdilli tayfaların yayılma arealını müəyyən edə bilmiş;
2. türk dillərinin percpektivini müəyyən etmək məqsədilə türk dillərinin fonetik və qrammatik xüsusiyyətlərini müəyyən edə bilmişdir”
3. dil faktını dəqiq izah etmək üçün faktın tayfalararası, bir tayfanın və ya onun bir hissəsinin danışığında olduğunu, toponimik və ya etnoqrafik mahiyyətli olduğunun fərqinə vermışdır;
4. faktların müqayisəsindən yaralanmışdır;
5. sadəcə tutuşdurmadan deyil, hər bir dil vahidini müqayisə edərkən fonetik qanunauyğunluğun olub-olmamasını qeyd etmişdir;
6.sözün foneti quruluşunun dəqiqliyini təyin etmək üçün dilin daxili quruluşunu əsas götürmüş (məs. türk dillərində 3 samitin yanaşı gələ bilməməsi);
7.səs dəyişmələrinin söz büşında ortasında və sonunda fərqli mahiyyətli olduğunu aça bilmişdir;
8. fonetik hadisələr (assimilyasiya, dissimilyasiya,ahəng qanunu və s.) bəhs etmişdir;
9. dil faktlarının şərhində tarixi amillərə də fikir vermişdir.
Məşhur “Divani-lüğat-it Türk” əsəriylə yaşadığı dövrə və ondan əvvəlki dönəmlərin bəzi qaran­lıq səhifələrinə işıq salmış, türkcəni ərəbcəyə qarşı qoymuş ilk türkoloq, hərtərəfli bilim adamı M.Qaşqarlı türk coğrafiyasının hər guşəsini özünə vətən seçmiş böyük dil bilginimizdir: “Türkün, Türkmənin, Oğuzun, Çigilin,Yagmanın, Qırğızın dilini və qafiyələrini tamamilə zehnim­də nəqş et­dim. Bu barədə o qə­dər irəli getdim ki, hər tayfanın ləhcəsi, məncə, ən mükəm­məl surətdə əldə edilmiş oldu. Türk dili ilə ərəb dilinin yanaşı birlikdə getdikləri bilinsin deyə .." "Türk lüğətinin divanı" mənasını verən Qaşqarlının bu əsərinə sadəcə bir sözlük kimi yanaşmaq düzgün deyildir. İslamın gəlişindən sonra Türk ədəbiyyatını, tarixini, coğrafiyasını, folklorunu, mifo­lo­giyasını işıqlandıran ensiklopedik bir əsərdir. Əsərdə türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssıq-Qul gölü, Balasaqun dağları, Altay vadisi və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. «Divan»ın sonuna əlavə olunmuş xəritə M.Qaşqarlı dövründə türk xalqlarının yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. M. Qaşqarlının kimliyi, soy-kökü, nə zaman və harada doğulması, harada təhsil alması haqqında birmənalı fikir yoxdur. Tarixi qaynaqlarda bununla ilgili bilgilər olmasa da, tədqiqatçılar haqlı olaraq onun köklü-nəcabətli bir ailədən çıxdığını yazır. Əlbəttə, özünü türkcə ən gözəl danışan və anladan, ən yaxşı təhsil alan şəxs kimi öyən və türk coğrafiyasını addım-addım gəzib əvəzsiz materiallar toplayan bir şəxs sıradan biri ola bilməzdi. Onun türkcəyə dərindən bələd olması, dövrün yazı dillərini, ləhcə fərqlərini dərindən bilməsi, Türk dililə necə qürur duyduğu əsərindən açıqca bəlli olur. Əsərdə atasının Barsaqanlı, başqa bir yerdə bu adın da Əfrasiyabın oğlunun adından gəldiyini yazan müəllifin harada doğulması haqqında birmənalı fikir yoxdur. Qırğız rəvayətlərinə görə, Mahmud bugün Qırğızıstan torpaqlarında bulunan Tanrı dağlarının quzeyindəki Barsaqanda doğulmuşdur. Lakin əsərdə Qaşqar ətrafındakı Adıgey, Qası, Opal kimi oykonimləri öz eli sayması, Qaşqarın təbiətinə valeh olduğunu göstərməsi onun bir kültür mərkəzi olan Qaşqayda doğulması fikrini formalaşdırmışdır. O zaman Qaşqar, önəmli bir elm və kültür mərkəzi idi. Hazırda, çinlilərin hakimiyyəti altında olan Doğu Türküstan sınırları içərisindədir. Bununla yanaşı, əsərdə “bizim eldə bir kənd adı” ifadəsilə onun Qaşqar şəhərindən 45 km. aralıda yerləşən Opal kəndində doğulduğunu yazanlar da vardır. Məsələn, Jean Paul Roux “Histoire des Turcs” (1984) əsə­rin­də onun Isıqöl yaxınlığındaki Bars Qulda doğulduğunu yazır. Mahmud Qaşqarlının 1008-ci ildə doğul­duğu məlumdur. O, ilk təhsilini də gənclik illərini keçirdiyi Opalda Həmidiyyə və Saciyyə mədrəsələrində almışdır. Əsərin əvvəlində ata adının Hüseyn, bu ada Hamir Tegin deyildiyini (Əmir Təkin- Barsgan əmri Hüseyn bin Məhəmməd Zəng Tigin), baba adının isə Məhəmməd olduğunu qeyd edir. Tədqiqatçılara görə, M.Qaşqarlı Şərq Qaraxanlı xanədanı nəslindəndir, bu soy Buddizmdən imtina edib İslam dinini seçən (932) ilk Türk xaqanı Abdulkərim Satuq Buğra Xana gedib çıxır. Əslində isə Türklərin təhtəl-şüurunda, dini dünyagörüşündə buddizm deyil, tək tanrıçılq hakim olmuşdur. M.Qaşqarlının anasının adı Qaraxan­lının tanınmış alimlərindən olan Xoca Seyfəddin Büzürgüvarın qızı Bubi Rəbiədir. M.Qaşqarlı­nın ailə həyatı çox uğursuz olmuşdur. Babası Qaraxanlı hökmdarı Məhəmməd Buğra Xan hakimiyyəti oğlu Hüseynə, yəni Mahmudun atasına verərkən ailədə narazılıq olmuş, babasının ikinci yoldaşı və tərəfdarları tərəfindən qətlə yetirilmiş, xoşbəxtlikdən Mahmud bu dəhşətli olaydan sağ çıxmışdır. Yakup Deliömeroğluya görə, Batı Qaraxanlı Xaqanlarından Buğra Xan Məhəmməd Yağan Təkin (Bogra Yagan Tégin)’in torunu və Şahzadə Hüseyn Əmir Təkinin oğludur. Yağan Təkin, 18 aylıq qısa Xaqanlıq dönəminden sonra taxtı öz istəyi ilə Qaşqarlı Mahmudun babası Hüseyn Əmir Təkinə (Husayn Çağrı Tégin) təhvil vermək istəmiştir”. O, ögey qardaşı İbrahim və tərəfdarlarından fərqli olaraq taxt-tac uğrunda mübarizə aparmamış, görünür, həmin qanlı olaylardan sonra ölkəni tərk edərək bütün həyatını türk dili, ədəbiyyat, tarix, mədəniyyət məsələlərinə həst etmişdir. 1057-ci ildə 49 yaşında Sarp Muq keçidi ilə (Pamir dağları) ölkə sərhədlərini aşıb Türküstan bölgəsini addım-addım gəzərək eşitdiyi sözləri, onomastik vahidləri və s. qələmə almış, Türk birlikləri arasında yaşamağa başlamışdır. Ömrünün 15 ildən çoxunu türk dilinə aid məlzəmələr toplamağa həsr etmiş M.Qaşqarlı 1072-ci ildə Bağdada gəlmiş və əsərini burda tamamlamış və bu qiymətli əsəri Xəlifə Müqtədi Biamrullaha hədiyyə etmişdir. Bu məlumata əsərin ilk sətirlərində rast gəlinir. Lakin diğər araşdırmalarda Q.Mahmudun 1043-cü ildə Qaşqardan ayrılaraq Bağdada gəldiyi qeyd olunur. Əsərini 1072-ci ildə Bağdadda yazmaya başladığı və 1077-ci ildə bu əsərin Xəlifənin oğlu Ebül-Qasım Abdullaha ərməğan edildiyi qeyd olunur. Əlbəttə, burada əsərin kimə hədiyyə edilməsi mübahisə doğurmur. Söhbət türkcə yazılmış bir əsərin çox nüfuzlu taxt–tac sahibinə (təmənnasız) hədiyyəsindən gedir. Təbii ki, Qaşqarlının amacı bu qiymətli əsərin müqabilində var-dövlətə sahiblik olmamış, məqsəd türkcəni ərəblər arasında yaymaq olmuşdur. Əsərin ərəbcə yazılmasına səbəb də bu niyyətdən qaynaqlanmışdır. Bir yandan Qaraxanlılar dövləti, bir yandan Səlcuq imperiyası, bir yandan da ərəblərin zəifləməsi ilə Azərbaycanda yaranan güclü dövlətçilik ölkə sınırlarından kənarda da Türkcəyə tələbatı gücləndirməkdə idi. Onun Türkcəyə bu qədər bağlı olmasının ən əsas səbəblərindən biri də dini inancı ilə bağlı olmuşdur. Müqəddəs kitabımızda Türklər haqqında keçən ayələr M.Qaşqarlıdakı vətənsevərliyi,Türk dilinə olan məhəbbəti daha da alovlandır­mış­dır. Bu barədə “Divan-i Lüğat-it Türk” əsərində yazır: "And içərək söyləyirəm, mən Buxara­nı, sözünə etibarlı imamları­nın birindən və başqa tərəfindən Nisaburlu bir imamdan eşitdim. İkisi də sənədləri ilə bildirirlər ki, Yalvacımız (Peyğəmbər), qiyamət bəlgələrinə, axır za­man qarışıqlıq­larını və Oğuz türkləri­nin ortaya çıxacaqlarını söylədiyi sırada Türk dilini öy­rə­nin, çünki onlar üçün uzun sürəcək hegemon­luq vardır” buyurmuşdu.Bu söz doğru­sa sorğuları özlərinin üzərinə ol­sun. Türk dilini öyrən­mək çox lazımlı bir iş olar. Bu doğru deyilsə ağıl bunu əmr edər... ". Tarixi qay­naq­larda bu şəxsin ölümü ilə bağlı məlumat olmasa da, yerli sakinlərin fikrinə görə, 1080-cı ildə doğulduğu yurda - Qaşqar elinə qayıtmış, Opal kəndində yaşamış, burada açdığı Mahmudiyyə mədrəsəsində 10 il müdər­rislik etdikdən sonra 97 yaşında dünyasını dəyişmişdir. Bu barədə birmənalı fikir yoxdur. Əksər tədqiqatçılar M.Qaşqarlının 1105-ci ildə vəfat etdiyini yazır. Onun divanı haq­da çox sonra­lar bir çox elm adamları söz açsa da, ancaq bir müd­dət unudul­muş, sonralar İstanbul­da Əli Emirinin (1857-1923) əlinə keçən Savinin nüsxəsi Sədrəzəm Talat Pa­şa­nın (1874-1921) vasitə­çiliyi ilə Kilisli Rüfatin (1873-1953) nəzarətilə çap olunmuş, dər­hal bütün dünya türkoloq­ları­nın marağına səbəb olmuşdur. Kitab uyğurcaya 1978-ci ildə tərcümə edilmişdir. “Divan”ın Azərbay­can dilinə tərcüməsi və nəşri ideyası 1930-cu illərdə yaransa da, ancaq bu ideyanı o zaman reallaş­dırmaq mümkün olmamışdır. Dəyərli uzmanımız Ramiz Əsgər 2006-cı ildə bu məşhur əsəri Azərbay­can dilinə tərcümə və nəşr etdirmişdir. Doqquz mindən artıq sözü əhatə edən dörd cildlik bu əsərin tərcüməsi millətimiz üçün çox böyük hadisədir. Ramiz Əsgərin tərcüməsi Türkiyənin keçmiş prezidenti S.Dəmirəlin yardımı ilə nəşr edilib və “Divan”a ön söz yazmaq da bu böyük dövlət xadiminə nəsib olub. Bu əsərin Türk xalqlarının birliyi baxımından da çox ciddi siyasi-ideoloji əhəmiyyəti vardır.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə