I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Dilin strukturu. Dil sistem kimi. Dil işarələrinin səciyyəvi xüsusiyyəti



Yüklə 405,13 Kb.
səhifə12/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   63
muhazire

Dilin strukturu. Dil sistem kimi. Dil işarələrinin səciyyəvi xüsusiyyəti
V mühazirə

Dil insanı həyatda, bütün fəaliyyət dairələrində, düşüncələrində, planlarında müşayiət edir. Müasir insan “homo sapiens” (dərrakəli insan) olmaqla bərabər, həm də “homo lokvens”, yəni (danışan insan)-dır. M.Haydergerə görə, “dil insanı yaradır”, M.Baxtinə görə isə “dil və söz insan həyatında hər şeydir”. Dilə verillən çoxsaylı təriflər içərisində “dil insanların ünsiyyət vasitəsidir və dil işarələr sistemidir” geniş yayılmış və hərtərəflidir. Bu tərifdə birinci tərəf dilin nəyə xidmət etdiyini, ikinci tərəfində isə o (dil) özlüyündə nəyi təmsil etdiyindən bəhs edir.


Dil insanların ünsiyyətə girmək məqsədilə istifadə etdikləri (dünyadakı situasiyalar, öz fikirləri, hisləri, yaşantıları, planları, niyyətləri və s.haqqında) rəngarəng işarələri sistemindən biridir. İşarələr adlandırdıqları və işarə etdikləri predmetləri əvəz edirlər. İşarə informasiyanın ötürülməsində istifadə edilən maddi obyektdir. İşarə sistemlərini öyrənən elmi semiotika adlandırırlar.
Semiotika haqqında ilk fikirlərə sofistlərdə (miladdan əvvəl V əsr) və Platonda (428-384) rast gəlinir. Platon “Kratil” danışığın mahiyyətini açır. Sofistlər isə forma ilə məna arasındakı əlaqənin aydın dərk edirdilər. Semiotikanın çiçəklənməsi dövrü kimi Q.Laybnisin, Y.herderin,V.fon Humboldtun yaradıcılığını göstərirlər. XIX əsrdən sonra dilçilikdə semiotika problemləri gündəmə gəlir.Semiotikanın əsas pronsipləri amerikan alimi Ç.S.Pirs tərəfindən işlənib hazırlanmışdır. Lakin semiotikanın nəzəri əsaslarının metodlarının sahmana salınması Ç.U.Morrissin “İşarə, dil və davranış” əsərində öz əksini tapmışdır.
Hər bir işarə konkret işarə situasiyası “semiozis” çərçivəsində bu və ya digər predmet, hadisə, fakt, vəziyyətlə özünün denotatı kimi aiddir. Semiotikada nəyinsə işarə keyfiyyətində fəaliyyət prosesinə semiozis deyilir.
Semiozis prosesinin strukturu 3 tərkibdən ibarətdir:

  1. işarə vasitəsi – işarə kimi çıxış edən obyekt və ya hadisə;

  2. desiqnat – işarənin işarə etdiyi, ifadə etdiyi nəsnə;

  3. interpretator və ya istifadəçi – işarədən istifadə edən.

Bunlara istinadən Ç.Morris semiotikada 3 aspekti fərqləndirməyi təklif edirdi: sintaktika, semantika və praqmatika. Sintaktika dil işarələri arasındakı əlaqələri, semantika işarələrin mənasını, praqmatika isə işarə və ondan istifadə edənlər arasındanı münasibətləri öyrənir. Ç.Morrisə görə, dil bu terminin tam semiotik mənasında işlədilməsi sintaktik, semantik və praqmatik qaydalarla müəyyən edilən işarələr sisteminin istənilən subyektlərarası məcmusudur.
Ç.Pirs işarələrin 3 növünü qeyd edir: ikonik (obyektin inikas etdirilməsi), indeksal və sim­vollar. İkonik işarələr işarə edənlə işarə olunanın faktiki oxşarlığıdır. Pirs ikonik işarələr arasında surət (obraz) və diaqramları fərqləndirir. Obraza aid insan və onun rəsmi, fotosu və s. Diaqram­la­ra aid isə həndəsi fiqurları misal göstərmək olar. İndekslərə real gerçəklikdə işarə edənlə işarə olu­nanın arasındakı yaxınlıq münasibətləri göstərmək olar. Məsələn, tüstü odun, hərarət – xəstələnməyin, üz dərisinin qızarması –utanqaclığın və s. Tipik indeksial işarələrə şəxs və işarə əvəzliklərini göstərmək olar. Simvollar əsl işarələrdir və işarə edənlə işarə olunanın arasındakı ixtiyari münasibətlərə əsaslanır. Məsələn, sfetoforun işıqlarının rənfləri, xəritədə faydalı qazıntıların işarəcikləri və s.
İkonik və indekslər ümumilikdə təbii işarələr adlandırırlar, çünki onlara işarə edənlə işarə olunan arasında əlaqə təbii,qeyri-ixtiyari, motivləşmiş olur. Simvollar isə şərti, konvensional (razılaşdırılmış) işarələrdir.
Lakin qeyd etmək lazımdır ki, müasir semiotokada 3 deyil 7 aspekt fərqləndirilir. Bunlar aşağıdakılardır:
-semantika – işarənin formasının mənaya münasibəti;
- denotatika – işarənin işarə olunan predmetə münasibəti;
-morfetika – işarələrin formal-struktur xüsusiyyətləri;
-sintaktika – işarə sistemində işarələrin bir-birinə münasibəti;
-sintaqmatika – kommunikasiya mətnində işarələrin qarşılıqlı münasibətləri;
- evolyutika (təkamül) – işarənin mənşəyi və tarixi inkişafı;
-praqmatika – “işarə və istifadəçinin” münasibətləri.
Semiotika elminin bölmələri bunlardır:
Biosemiotika – təbii işarələrə əsaslanan sistemləri öyrənir, orqanizmin varlığı üçün bioloji cəhətdən relevant və heyvanların kommunikasiyasından çıxış edən;
Etnosemiotika – antropologiya və etnoqrafiyaya, sosial, fəlsəfə və ədəbiyyata istiqamətlənmiş cərəyanları əhatə edir;
Linqvosemiotika – təbii dili öyrənən və onun işarələr sistemini müşayiət edən, o cümlədən süni dillər;
Abstakt semiotika – işarə sistemlərinin məntiqi-riyazi nəzəriyyəsinin işlənib hazırlanması.
Bundan başqa, mədəniyyət semiotikası, incəsənət semiotikası, tibbi semiotika və s. fərqlndirilir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə