I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Yazının əsas inkişaf mərhələləri



Yüklə 405,13 Kb.
səhifə63/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
muhazire

Yazının əsas inkişaf mərhələləri.
Yazının sələfi kimi, bir tərəfdən, mnemonik işarələr (oymalar, naxışlar və s.), digər tərəfdən, piktoqrafiya olmuşdur. Piktoqrafiyada məlumatın ayrı-ayrı predmetlərin şəkilləri vasitəsilə ötürül­məsində istifadə edilir. Piktoqramlarda həyan səhnələri (ov, yürüş), predmetlər, varlıqlar təsvir edilir. Piktoqramlar əlifba, yəni müəyyən işarələr dəsti ilə əlaqəli deyil, buna görə onlar oxu və yazı ilə əlaqəli deyillər, onlar vasitəsilə predmet və situasiyaları ötürmək üçün dəqiq təsvir etmək lazımdır.
Abstrakt təfəkkür və anlayışların inkişafı nəticəsində daha mütərəqqi yazı formasına ehtiyac yaradır. Artıq piktoqrafiya bu tələblərə tab gətirmir və beləliklə ideoqrafiya yaranır. İdeoqrafiya, yəni “məfhumi yazı” həyatı faktları birbaşa deyil, insanın şüurunda yaranan anlayışların yazıda verilməsini təmin edir. Piktoqrafiyadan ideoqrafiyaya keçid əyaniliyə malik olmayan və şəkli təsvirə gəlmə­yənlərin qrafik təsviri ehtiyacından yaranmışdır. Məsələn, piktoqrafik yazıda göz şəkli insan görmə orqanının bildirirsə, ideoqrafik yazıda isə /görmək, ayıqlıq/ anlamına uyğun gəlir. Ayaq şəkli artıq ayaq mənasında deyil, getmək mənasında istifadə edilir. Şəkil artıq məcazi mənada çıxış edir və bununla da şərti xarakter alır. Yazı ikonikliyini itirir və simvolik, rəmzi xarakter alır. İdeoqramma loqoqramma çevrilir, yəni işarə təkcə məhum üçün deyil, söz və ya sözlərin assosiativ sırası üçün işlədilir. Yazının sürətləndirilməsinə, daha mürəkkəb məzmunun verilməsinə, daha uzun mətnlərin verilməsinə olan ehtiyac rəsmlərin şərti işarələrə - heroqliflərə çevrilməsini şərtləndirmiş oldu.
Yazının ən mütərəqqi növü fonoqrafik yazı hesab edilir. Artıq yazı dili qrammatik quruluş formasında deyil, fonetik cilddə verir. Fonoqrafik yazı yazının sözlər işarəsindən səs kompleksləri işarəsinə çevirmiş oldu. Fonoqrafik yazı sistemində sillaboqramlar, diakritik işarələr, konsonant yazı npvləri fərqləndirilir.

3. Intibah dövrü dilçiliyi


XIV-XVI əsrlər Avropa ölkələrində intibah dövrü hesab edilir. Bu dövrün əsas əlaməti antik mədəni irsə olan humanist münasibət idi. İntibah dövr dilçiliyinin əsas xüsusiyyətləri qədim yunan və laın mətnləri üzərində aparılan işlərlə müəyyən edilir. İntibah dövrü feodalizmdən kapitalizmə keçid dövrü idi. A.A.Reformatskiyə görə, bu dövr dilçilik qarşısında 3 əsas məsələ qaldırır: 1) milli dillərin yaranması və inkişafı, 2) beynəlxalq miqyaslı müxtəlif dillərin öyrənilməsi və mənimsənilməsi, 3) antik və orta dövr dilçiliyinə münasibətin dəyişməsi.
İntibah dövründə dil məsələləri ilə ilk maraqlanan Aligeri Dante olmuşdur. O, ilk dfə olaraq öz “İlahi komediya”sını ölü latın dilində deyil, canlı italyan dilində qələmə almışdır. Əsərlərinin italyan dilində qələmə alan Dante həm də dil məsələlərinə toxunmuşdur. Dante hesab edirdi ki, dil ikitərəfli təbiətə malikdir, səslənmədə təzahür edən hissi tərəf və bi şeyi ifadə etmək qabiliyyətində təzahür edən şüuru tərəfi. O, dilin nominativ funksiyasından da bəhs etmişdir. Ədəbi dil məsələsini qaldıran müəllif milli ədəbi dilinmüdafiəsinə qalxır və xalq dilinin latın dilindən nəcibliyini də təbliğ edir.
İntibah dövründə əsas cəhət orta əsrlərdən fərqli olaraq ayrı-ayrı canlı dillərin qrammatikası üzərində işlər aparılırdı. İntibah dövrü qrammatikləri arasında P.Rameni də qeyd etmək lazımdır. O, Aristotelin sxolastikasına qarşı çıxış etmiş və yunan, latın və fransız dillərinin qrammatikasını yazmışdır. 1653-cü ildə İngiltərənin Oksford Universitetinin həndəsə professoru Uollisin “İngilis dilinin qrammatikası” kitabını misal göstərmək olar.
1696-cı ildə H.V.Ludolfun latın dilində yazdığı “Rus dilinin qrammatikası” əsəri də həmin dövrün məhsuludur. M.V.Lomonosovun 1755-ci ildə yazdığı “Rusiya qrammatikası” əsəri də intibah dövrünün sanballı əsərlərindən sayılır.

17. Rasionalizm. Ümumi məntiqi qrammatika.


İntibah dövrünün əsas fəlsəfi cərəyanlarından biri rasionalizmdir. Rasionalizm ağlın, şüurun, idrakın, zəkanın qüdrətinə inanır, faktlara isə o qədərdə əhəmiyyət vermirdi. Rasionalizm dilçilikdə özünü rasional və universal qrammatikaların yaradılmasında və süni beynəlxalq dillərin yaradıl­masında göstərir. Rasionalistlərə görə, idrak hər şeyə qadirdir, dil şüurla əlaqədardır, şüur isə məntiqi qanunlarla bağlıdır. İlk rasionalist qrammatika 1660-cı ildə Fransada Por-Royal qadın monastrında A.Arno vəK.Lanslo tərəfindən hazırlanmış qrammatika kitabıdır. Əsər dilçilikdə müxtəlif adlarla adlandırılır: “Ümumi rasional qrammatika”, “Universal qrammatika”, “Por-Royal qram­mati­kası” və s. Daha çox təfəkkür qanunlarına əsaslanmasına baxmayaraq bu əsərin qrammatikanın nəzəri məsələləri üçün ciddi əhəmiyyəti olmuşdur. A.Arno filosof və məntiqçi, K.Lanslo isə qrammatik və filoloq idi. Por-Royal qrammatikasının müəllifləri təkcədil faktlarını təsvir etməklə kifayətlənmir, həm də onların mahiyyətinə varmağa çalışırdılar. Onlar öz qarşılarına aşağıdakı məqsədləri qoymuşdular: dilin nə olduğunu aydınlaşdırmaq, ən müxtəlif dil hadisələrini təsvir etmək, dil mexanizminin hərəkətinin əsaslı qaydalarını yaratmaq.
Por-Royal qrammatikası iki hissədən ibarətdir. 6 fəsildən ibarət I hissədə səslər, hərflər, vurğu və heca tədqiq edilir. Sonuncu fəsildə hər hansı dil tiöinə aid olan dilin öyrənilməsi metodundan bəhs edilir. II hissə 24 fəsildən ibarətdir. 23 fəsil morfologiya məsələlərinə, yalnız 1 fəsil (24) sintaksisə və ya sözlərin konstruksiyalarda birləşməsinə həsr edilmişdir. Qrammatika müəllifləri göstərirlər ki, filosofların fikrincə, ağlımız üç hərəkət icra edə bilər: məfhu, hökm və nəticə. Onlar da cümlə haqqında konsepsiyalarınınbu üç məntiqi kateqoriya əsasında qururlar. Sintaksis bölməsində iki və üç üzvlü vahidlərdən bəhs edilir. İkiüzvlü cümlə subyekt və predikatdan, üçüzvlü cümlə isə subyekt, atribut və bağlamadan ibarətdir. Onların qrammatikasında ilk dəfə olaraq budaq cümlələrindən bəhs edilir. Müəlliflər qrammatikanı nitq sənəti adlandırırdılar. Qrammatika danışmaq sənətidir. Por-Royal qrammatikasında fonetka məsələlərinə də ciddi fikir verilmişdir. Onlar səslərlə hərfləriƏ saitlərlə samitləri fərqləndirmişlər. Rasional qrammatikaya görə dillər öz fundamental cəhətlərinə görə universallığına heç bir şübhə olmayan məntiqi sxemlərdə birləşən, uyğunlaşan hansı bir universal dil sxemininsə müxtəlif şəkil dəyişmələridir.

22. Əlifba, qrafika və əlifbanın növləri


Yazının təyinatı qrafik işarələr vasitəsilə səsli danışıqda yaranan informasiyaların zaman baxımından qorunmasında və uzaq məsafələrə ötürməkdən ibarətdir. Yazı şifahi danışığa münasibətdə ikincidir, yəni o, törəmədir. Dillə danışıq bir-birini tamamladığı kimi yazıda daiki cəhət vəhdət təşkil edir: yazı işarələri və onlardan istifadə qaydaları. Bu iki cəhət birlikdə yazı sistemini formalaşdırır. Yazı işarələrinin, hərflərin, rəqəmlərin, hərfaltı, hərfüstü cizgilərin toplusu yazı inventarını təşkil edir. Yazıda istifadə olunan əsas vahid qrafem adlandırılır. Qrafemlər mətn daxilində daima təkrarlanır. Əslində qrafem fonemin yazıda qarşılığıdır. Yazıda istifadə olunan qrafemlər müəyyən standart ardıcıllıqla verilir ki, buna da əlifba deyilir. Qrafem də fonem kimi öz variantlarında çıxış edir. Ərəb yazısında yerindən asılı olaraq qrafem 4 cür yazılması, böyük və kiçik qrafemlərin yazılması, tərkibinə görə qrafemlər sadə və mürəkkəb olması, çap və əlyazma formaları və s. Konkret mətndə biz qraflarla, yəni qrafemlərin ayrı-ayrı təmsilçiləri iə rastlaşırıq. Qraf qrafemə, fonun fonemə, morfum morfemə aid olduğu kimi aiddir. Qrafemi variantları kimi alloqrafemlər çıxış edir. Alloqrafemlər arasında üslubi (çar və əlyazması formaları), fakültətiv (rus dilində - g, ¶), mövqe, məsələn yunan dilində siqma sözün başlanğıc və ortasında /Ơ/ və sonunda /ς/.
Qrafemlər fikrin maddi qabığını təşkil edən fonemlərin yazıdakı qarşılığıdır. Qrafika yazı sistemində ayrı-ayrı qrafemləri və onların kombinasiyalarının (birləşmələrini) fonoloji cəhətdən relevant vahidlərlə uyğunluğunu tənzimləyən qaydalar sistemidir.
Orfoqrafiya dilin mənalı vahidlərinin, hər şeydən əvvəl morfem və sözlərin, o cümlədən söz birləşmələrinin və cümlələrin yazılı tərtibinin düzgün yazılış qaydalarından ibarətdir. Yazıda aşağıdakı prinsiplərdən istifadə edilir:
1. Fonetik prinsip, yəni necə eşidilirsə. Elə də yazılır. Məsələn, Azərbaycan dilinin yazı sistemində fonetik prinsip üstünlük təşkil edir. Ana, ata, mən, sən, qələm və s.
2. Morfoloji prinsip. Bu prinsipə görə, morfoloji eyniyyət qorunub saxlanılır. Təlləffüz olunmasından asılı olmayaraq, sözün yazılışında morfem üyniyyəti dəyişməz qalır. Məsələn, rus dilində vod, voda, vodyanoy və s. Moskva – maskva
3. fərqləndirici prinsip. Məsələn, rus dilndə миръ – sakitlik, əmin-amanlıq, müharibənin olmaması, мiръ kainat mənasını ifadə etməkdə istifadə edilir.
4. ənənəvi prinsip. Bu prinsipə görə real tələffüzə yğun gəlməyə, lakin möhkəmlənmiş ənənələrə rəğmən yazılan yazı prinsipidir. Məsələn, rus dilində qorox, moloko sözləriinin ilk hecalarında /a/ kimi tələffüz üdilməsinə baxmayaraq - qarox, malako – onlar o qrafemi ilə yazılır.
Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə