I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


XX. Hindi (ameridin) dilləri



Yüklə 405,13 Kb.
səhifə60/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
muhazire

XX. Hindi (ameridin) dilləri
a) Şimali Amerika dil ailələri – 1) alkokonk (menomin, delavar, yurok, mikmak,foks, kri, ociba, illinoys, çeyen, massaçuset, mogikan), 2) irokez dilləri – çeroki, tuskorora, seneka, oneyda, quron, 3) siu dilləri – krou, hidatsa, dakota, ofo, biloksa, tutelo, 4) qalf – natçez, tunika, çikasav, çoktav, muskoqi, 5) Na-dne dilləri – xaqda, tilingit, navaxo, tanana, tolovo, xupa, mattole, 6) Mosan dilləri – vakaş (kvakiutul, nutka), saliş dilləri (çexalis, skomiş, kalispel, bella, kula), 7) Penutiant dilləri – tsimşian, çinuk, takelma, klamat, miuok, zuni, 8) Hokaltek dilləri – (karok, şasta, yana, çimariko, pomo, salina),
b) mərkəzi Amerika dilləri ailəsi – 1) Yuto-altay dilləri – nautal, şoşon, hopi,luisen, papaqo, kopa, kayovo, piro, teva, 2) Maya-kiçe – mam, kekçi, kiçe, maya, iksil, tseltal, toxolabal, çol, huastek, 3) otomanq dilləri – pame, otomi, popolok, miştek, tpik, sapotek, 4) miskito-mataqal – miskito, sumo, mataqalp, 5) çibçan dilləri - karake, rama, qetar, quaqmi, çibça,
v) cənubi Amerikanın dil ailələri - 1) tipi-quarani – tupi, qurani, yuruna, tuapari,2) keçumara – keçua, aqmara, 3) aravak – çamikuro, çipaya, itene, uanyam, quana, 4) Araukan dilləri – mapuçe, pikunçe, peuiçei, 5) Pano-takana dilləri – çakobo, kaşibo, pano, takana, çama, 6) Je dilləri – kanela, suya, şavante, kainqanq, botokud, 7) Karib dilləri – vayyana, pemon, çayma, yaruma, 8) alakauf vəb. dillər.
Dillərin tipoloji təsnifatı
Dillərin tipoloji təsnifatı geneoloji təsnifatla müqayisədə sonra yaranmışdır. Dillərdə sözlərin materiyasında “maddi qabığında” oxşarlıq və ya fəqlilik olmaqla yanaşı, onlar arasında struktur oxşarlıq və fərqlilik təkcə dil materialında deyil, həmin maddi strukturların təşkililik prinsipində də müşahidə edilir. Tipoloji təsnifatda dillərin qrammatik quruluşundan, daha dəqiq desək, söz struk­turunda morfemlərin yerləşmə xüsusiyyətlərindən çıxış etmək lazımdır. Buna görə də bəzən tipoloji təsnifata morfoloji təsnifatda deyilir. Məsələn, Azərbaycan dilində /iyirmi üç/, rus dilində /dvarçat tri/ və ya alınma sözlərdə /biinsaf/ /becpoşadnıy/ sözlərinin struktur oxşarlığı.
Paradoksallıq ondan ibarətdir ki, “dil tipi” məsələsi ilk dəfə romantizmdə baş qaldırmışdır. Romantizm yalnız ədəbi istiqamət yox, həm də dünyagörüşüdür ki, onun da əsas mahiyyəti feodal dünyagörüşünü əvəzləyən “yeni” mədəniyyət qurucularına aiddir. Romantiklərə görə, “xalqın ruhu” miflərdə, incəsənətdə, ədəbiyyatda və dildə təzahür edə bilər. Buradadn da təbii nəticə hasil olur: “xalqın ruhu” onun dili vasitəsilə dərk edilə bilər. Dillərin tipoloji təsnifatını ilk dəfə F.Şlegel vermişdir. O, 1809-cu ildə yazdığı “Hidlilərin dili və hikməti haqqında” kitabında bu barədə bəhs etmişdir. F.Şlegel sanskrit dilini yunan, latın, habelə türk dilləri ilə müqayisə edərək belə nəticəyə gəlir: 1) bütün dilər iki böyük qrupa ayrılır: flektiv və affiksal (şəkilçili), 2) istənilən dil eyni tipdə doğulur və qalır, 3) flektiv dillərə zənginlik, uzunömürlülük, dayanıqlıq xasdır, lakin affiksal dillərdə “yaranışdan canlı inkişaf qüsuru vardır” və onlara “kasadlıq, qıtlıq və sünilik məxsusdur”.
F.Şlegel flektiv dillərdə affikslərin olmasını çətinliklə qəbul edirdi, həmin dillərdə qrammatik formaların yaranmasını daxili fleksiya kimi izah edirdi, bunula da o, həmin “ideal dil tiplərini” romantiklərin “rəngarənglikdə vəhdət” formuluna qovuşdurmağa can atırdı. Onun qardaşı A.V.Şlegel qardaşının tipoloji təsnifatını yenidən işləyib mükəmməlləşdirə bildi. 1818-ci ildə yazdığı “Provansal dil və ədəbiyyata dair qeydlər” əsərində 3 dil tipini fərqləndirir: 1) flektiv, 2) affiksləşən, 3) amorf. Bundan başqa, bütün flektiv dillərdə qrammatik quruluşun iki növünü mümkünlüyündən bəhs edir: sintetik və analitik. Bu məsələdə A.Şlegel tam haqlı idi. Çünki dil tipini müəyyən edərkən leksikadan deyil, qrammatik quruluşdan çıxış etmək lazımdır. Lakin o bəzi məsələlərdə yanlışlığa yol verirdi: 1) flektiv dillərdə bütün qrammatika daxili fleksiya ilə bitmir, əksər flektiv dillərin qrammatikasının əsasında affiksasiya mühüm yer tutduğu halda, daxili fleksiya cüzi yer titir, 2) çin dili kimi dilləri amorf hesab etmək düzgün deyildir, “dil formadan kənarda mövcud ola bilməz”, 3) onlar dillər arasında diskriminasiyaya, ayrı-seçkiliyə yol verirdilər. Romantiklər irqçi olmaslarda bu sonradan irqçilərə əl-qol açmağa imkan vermiş oldu.
XIX əsrdə V.fon Humboldt dil tiplərinin bərabərhüquqluğunu etiraf edir və 4 dil tipini fərqləndirir: flektiv, aqlütinativ, təcridi və ya amorf, inkorporativ və ya polisintetik.
XX əsrdə etnolinqvistikanın banisi E.Sepir bu konsepsiyaya yeni nəfəs gətirir: morfoloji strukturun təsvirində kök, derivasion xalis reyasiyon (əlaqələr sözün özündə deyil, söz sırası, köməkçi sözlər, intonasiya vasitəsilə ifadə olunur) və qarışıq relyasion (sözün mənasında leksik məna ilə yanaşı, əlaqələr mənası da vardır) anlayışlar (morfemlər) arasındakı münasibətlərin xarakterini nəzərə almaq lazımdır. Bundan başqa, münasibətlərin ifadəsinin qrammatik üsulları da fərqləndirilir - təcridi, aqlütinasiya, fuzuya, simvolozasiya və sintetikləşmənin dərəcəsi – analitik, sintetik və polisintetik.
Josef Qrinberq bu konsepsiyaya yeni görünüş verir və kəmiyyət indeksləri anlayışını daxil edir. Məsələn, əgər 100 sözlü (W) mətndə 100-dən 200-ə qərdər morf (M) aşkar edilirsə, yəni M/W sintezinin indeksi müəyyən edilir. Morf-söz nisbətində morflar sözlərdən sayca çoxdursa, deməli dil sintetikdir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə