1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir



Yüklə 0,9 Mb.
səhifə1/48
tarix08.06.2022
ölçüsü0,9 Mb.
#89052
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   48
Azərbaycan dili ve nitq medeniyyeti (1)


1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir:
A) əşya və hadisələrin adlarını bildirmək
B) əşyaları rənglərlə təsvir etmək
C) hadisələrin qarşısını almaq
D) əl–qol hərəkətləri yaratmaq
E) idarə və təşkilatlarda münasibətləri tənzimləmək
2. Ünsiyyət vasitəsi olan dilə köməkçi vasitə kimi götürülə bilər:
A) cestlər
B) mütaliə
C) mətbuat
D) idman hərəkətləri
E) ifadəli oxu
3. Heca yazısı nəyi ifadə edir?
A) sözün ayrı – ayrı hissələrini
B) əşyanın şəklini
C) ancaq sait səsləri
D) sözü
E) bütöv fikri
4. Şəkildəki səməni bahar anlayışı ifadə edirsə, bu yazının hansı növünə aiddir?
A) ideoqrafik
B) fonoqrafik
C) şəkli
D) pikroqrafik
E) sillabik
5. Aşağıdakı əlifbalardan birinin yaradıcısı türklər olmuşdur:
A) Orxon – Yenisey əlifbasının
B) latın əlifbasının
C) yunan əlifbasının
D) ərəb əlifbasının
E) kiril əlifbasının
6. Bəstəkar olmaqla bərabər, həm də dilçiliyin lüğətçilik sahəsində də fəaliyyət göstərən sənətkarı müəyyən edin.
A) Üzeyir Hacıbəyli
B) Fikrət Əmirov
C) Niyazi
D) Müslüm Maqomayev
E) Qara Qarayev
7. Şəki bölgəsinin yerli – məhəlli danışığını dilçiliyin hansı sahəsi öyrənir?
A) dialektologiya
B) fonetika
C) leksikologiya
D) üslubiyyat
E) sintaksis
8. Aşağıdakılardan biri Azərbaycan xalqının varlığı üçün ən əsas amillərdəndir:
A) Azərbaycan dili
B) Azərbaycan əlifbası
C) Azərbaycan nefti
D) Azərbaycan xalq musiqisi
E) Adət-ənənə
9. Azərbaycan dilinin də daxil olduğu qazax, qırğız, tatar, çuvaş, özbək və s. dillər bütövlükdə nə adlanır?
A) Türk dilləri ailəsi
B) Dialekt və şivələr
C) Flektiv dillər qrupu
D) Latın dillər qrupu
E) Kök (amorf) dillər
10. Nə üçün Azərbaycan dili iltisaqi dil adlanır?
A) söz kökünün sabit qaldığı, şəkilçilərin isə kökə əlavə olunduğu üçün
B) ön, iç və son şəkilçi işləndiyi üçün
C) qrammatik quruluşu birinci minillikdə formalaşdığı üçün
D) dövlət dili olduğu üçün
E) sözlərin əksəriyyəti Azərbaycan mənşəli olduğu üçün

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə