1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir



Yüklə 0,9 Mb.
səhifə6/48
tarix08.06.2022
ölçüsü0,9 Mb.
#89052
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   48
Azərbaycan dili ve nitq medeniyyeti (1)

39. «Aydın nitq» adlanır:
A) əlavə vasitələr olmadan başa düşülən nitq
B) tərcümə yolu ilə çatdırılan nitq
C) Azərbaycan dilində olan nitq
D) alimlərin nitqi
E) sənət adamlarının nitqi
40. Hansı nitq «təmiz nitq» hesab olunur?
A) dialekt və şivə elementləri olmayan nitq
B) terminlərlə zənginləşdirilən nitq
C) neologizmlərdən ibarət olan nitq
D) obrazlı ifadələrlə zəngin olan nitq
E) qısa, yığcam nitq
41. Nitqdə zərb–məsəllərdən, frazeoloci vahidlərdən istifadə edilməsi nə ilə bağlıdır?
A) nitqin zənginliyi ilə
B) nitqin elmiliyi ilə
C) dilin statusu ilə
D) nitqin konkretliyi ilə
E) nitqin ardıcıllığı ilə
42. Biri yazılı ədəbi dil nümunəsi kimi verilə bilər:
A) mühazirələr
B) plakatların dili
C) nitqlər
D) nəğmələr
E) çıxışlar
43. Biri şifahi ədəbi dil nümunəsi kimi verilə bilər:
A) reklamlar
B) bədii əsərlər
C) elmi kitablar
D) mühazirələr
E) publisist kitablar
44. Orfoqrafik və orfoepik normalar nəyin əsasında yaranır?
A) fonetik və qrammatik normaların
B) leksik normanın
C) söz yaradıcılığının
D) şifahi ədəbi dilin
E) üslubların
45. Azərbaycan xalq danışıq dili hansı normaya əsaslanır?
A) qeyri – mükəmməl
B) fonetik
C) qrammatik
D) orfoqrafik
E) leksik
46. Azərbaycan ədəbi dilinin normaları nəyə uyğundur? Səhv olanı müəyyən edin. Dilimizin …
A) xalq danışıq dilinə
B) daxili quruluşuna
C) qrammatikasına
D) fonetikasına
E) leksikasına
47. Hamının əməl etməsi vacibdir, tarixi təkamülün məhsuludur. Söhbət nədən gedir?
A) ədəbi dil normalarından
B) söz yaradıcılığından
C) lüğət fondundan
D) lüğət tərkibindən
E) xalq danışıq dilindən
48. Bir aktyor səhnədə ifa etdiyi rolun dilindən Təbriz dialektinə aid sözlər deyir. Bu zaman ədəbi dilin hansı norması pozulur?
A) leksik
B) orfoepik
C) qrammatik
D) fonetik
E) orfoqrafik

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə