1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir


Hansı sözün tələffüzündə orfoepik norma pozulmuşdur?



Yüklə 0,9 Mb.
səhifə7/48
tarix08.06.2022
ölçüsü0,9 Mb.
#89052
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   48
Azərbaycan dili ve nitq medeniyyeti (1)

49. Hansı sözün tələffüzündə orfoepik norma pozulmuşdur?
A) müəllim
B) həssas
C) təyyarə
D) üfük
E) təmkinnən
50. Cümlədə tamamlıq mübtədadan əvvəl işlənsə, dilin hansı norması pozular?
A) qrammatik
B) leksik
C) orfoepik
D) orfoqrafik
E) fonetik
51. Sabitliyin nisbətən az olduğu, yəni çox dəyişən ədəbi dil norması hansıdır?
A) leksik
B) orfoepik
C) fonetik
D) qrammatik
E) orfoqrafik
52. Qrammatik normaya düzgün əməl etmək üçün mübtədanın, xəbərin, zərfliyin və tamamlığın iştirak etdiyi cümlədə cümlə üzvlərinin sırası necə olmalıdır?
A) mübtəda, tamamlıq, zərflik, xəbər
B) xəbər, tamamlıq, mübtəda, zərflik
C) zərflik, xəbər, mübtəda, tamamlıq
D) tamamlıq, zərflik, xəbər, mübtəda
E) mübtəda, xəbər, tamamlıq, zərflik, xəbər
53. Natiqlik sənətinin əsas tələbləri sırasında verilənlərdən biri səhvdir.
A) auditoriyadan asılı olmayaraq, nitqin yüksək elmli olması
B) mümkün qədər yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq
C) düzgün, dəqiq və gözəl danışmaq
D) nitqə əvvəlcədən hazırplaşmaq, konkret nəticələr çıxarmaq
E) auditoriyanın səviyyəsini, xarakterini nəzərə almaq, onlar üçün anlaşıqlı dildə danışmaq
54. Hansı bənddə nitqin dəqiqliyi pozulmuşdur?
A) İşlərimi bir neçə günə bitirdim.
B) Çay kənddən keçirdi.
C) Qonaqlara yaxşı süfrə açdım.
D) Eşitdiklərim qanımı qaraltdı.
E) Bu oğlan çox ciddidir.
55. Şeirin, nəsrin məlahətlə, emosional ifa edilməsi natiqlik sənətinin hansı sahəsinə aiddir?
A) bədii
B) işgüzar
C) akademik
D) siyasi
E) inzibati – idarə
56. Nöqtələrin yerinə uyğun gələn sözləri müəyyən etməklə cümləni tamamlayın.
…………….. normalarda dəyişmə ləng gedir.
A) fonetik, qrammatik
B) fonetik, leksik
C) leksik, qrammatik
D) leksik, orfoepik
E) orfoqrafik, leksik

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə