Horizontal (üfüqi) quyular



Yüklə 9,84 Kb.
tarix06.02.2018
ölçüsü9,84 Kb.

Horizontal (üfüqi) quyular

Bəzi mütəxəssislər horizontal (üfüqi) quyuların tətbiqini yataqların neftverimini artıran proqressiv üsullar cərgəsinə aid edirlər. Bu onunla əlaqələndirilir ki, yataqların son neftvermə əmsalının səviyyəsini əsaslandırarkən bu üsulun imkanları nəzərdə tutulmur.

Dünya neft-qazçıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə effektivliyini artırmaq üçün horizontal (üfüqi) quyuların imkanlarından geniş istifadə edilir. Son illərdə bu üsulla qazılmış quyuların istismarı bir qayda olaraq layihə sənədlərində də öz əksini tapır. Horizontal (üfüqi) quyular yeni kəşf edilmiş mədənlərlə yanaşı, uzun müddət işlənilən yataqların reabilitasiyası üçün də istifadə edilir.

Qeyd etmək lazımdır ki, dəniz akvatoriyasında yerləşən yataqların işlənilməsində bu qazıma üsulunun əhəmiyyəti daha böyükdür. Belə ki, onların tətbiqi nəticəsində özüllərin sayının azalmasına nail olunur.



Şəkil III.13. Horizontal (üfüqi) quyunun sxematik görünüşü.


Horizontal (üfüqi) quyuların ənənəvi istifadə edilən şaquli quyulara nisbətən bir sıra imkanları mövcuddur:

  • quyu gövdəsinin vəziyyətinin geoloji fəzada dəyişdirilməsi nəticəsində drenaj zonalarının əsaslı surətdə artırılması;

  • layda mayenin (neftin) axım istiqamətinin dəyişilməsi;

  • məhsuldar layın həcmində neftliliyin (sululuğun) paylanmasından asılı olaraq onun tavanının (dabanının) iki və ya bir neçə dəfə kəsilməsi, şək.III.14.a;

  • ekran tipli qırılmalar ilə məhdudlaşan yatağın qonşu bloklarının eyni vaxtda işlənilməyə cəlb edilməsi, şək.III.14.b;

  • zəif sementləşmiş kollektorlarda işlənilmə prosesində baş verən qum tıxacı əmələ gəlməsinin intensivliyinin xeyli azalması.

Şəkil III.14 Horizontal (üfüqi) quyunun funksional imkanları


Onlar aşağıdakılardır:

  • yataqda kifayət miqdarda qalıq neft ehtiyatı;

  • kəsilişi qeyri-bircinsliliyi ilə səciyyələnən (bölünmə əmsalı böyük olan) laylar;

  • kollektorların kiçik keçiriciliyi ( kkeç < 0,1 mkm2);

  • işlənilməyə cəlb olunmayan və ya zəif drenaj olunan zonaların mövcudluğu;

  • neftlərin yüksək özlülüyü (µ > 10 mPa·s);

  • yatağın qeyri-aktiv təbii rejimi;

  • layın effektiv qalınlığı 3 m-dən az olmadıqda.

ƏDƏBİYYAT


B.Ə.Bağırov- Neft-qaz mədən geologiyası- bakı-2011


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə