Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
  1   2   3   4   5   6   7   8
pedoqogika



Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri 
 
 
Plan 
1.
 
Tərbiyənin yaranması və inkişafı. 
2.
 
İbtidai icma quruluşunda tərbiyə sistemi. 
3.
 
Quldarlıq cəmiyyətində tərbiyə və məktəb 
4.
 
Qədim Yunanistanda tərbiyə sistemi 
5.
 
İslamiyyətdə tərbiyə 
6.
 
Azərbaycanda məktəblər. Nizamiyyə mədrəsəsi 
7.
 
Feodalizm cəmiyyətində tərbiyə və məktəb 
8.
 
İntibah dövründə məktəb və pedaqoji fikir tarixi 
Tərbiyə insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəxsiyyətin formalaşması prosesi 
omuşdur. Sözün lüğəti mənası – bəsləyib yetişdirmə, qidalandırma, böyütmə, alışdırma, vərdişetdirmə deməkdir. 
Bu məna tərbiyə prosesinin mahiyyətini, bəsit şəkildə olsa da, düzgün əks etdirir. Həmin anlayışların hər birində 
iki tərəfin fəaliyyəti nəzərdə tutulur: kimsə kimi isə bəsləyib yetişdirir, qidalandırıb böyüdür, kimsə kimi isə 
müəyyən işə, fəaliyyətə, keyfiyyətə alışdırır, vərdiş etdirir. 
Tərbiyə sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökündən əmələ gəlib. Rəbb Allahın 99 adından biri 
olub.Quranda da ALLAH sozündən sonra sonra ən çox (935)işlənən sözdü. Mənası “
tərbiyə edən
” , “
maddi 
mənəvi kamilliyə doğru
yönəldən
”,”
ərsəyə çatdırma”
deməkdir.Şəxsiyyətin təşəkkül tapıb 
formalaşmasında digər amillərlə yanaşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu 
vardır.Peyğəmbərimiz Hz. Məhəmməd (s.a.s)buyururdu ki, “
tərbiyə valideynin öz övladına verdiyi ən 
böyük hədiyyədir
”.Hər bir insan daim tərbiyəyə möhtacdır. Tərbiyənin meydana gəlməsini, onun necə 
təşəkkül etdiyini ilk dəfə Marks və Engels düzgün izah etmişlər. F.Engels “Təbiətin dialektikası” əsərində 
insanın formalaşmasında əməyin əsas amil olduğunu qeyd edərək yazır: “Əmək bütün insan həyatının 
birinci əsas şərtidir, həmdə o dərəcədə belə bir əsas şərtdir ki, biz müəyyən mənada deməliyik: insanın 
özünü əmək yaratmışdır” Deməli tərbiyənin meydana çıxmasında əmək fəaliyyətinə və əmək alətlərinə 
yiyələnmək tələbatı ciddi rol oynamışdır.İngilis filosofu Con Lokk göstərirdi ki, insanlar arasında fərqi 
məhz tərbiyə yaradır.

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə