Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
1   2   3   4   5   6   7   8
pedoqogika

Şumer-akkad 
mədəniyyəti qədim Şərq mədəniyyətinin bir nümunəsidir. Şərqin isə mədəniyyət beşiyi 
olması şübhəsizdir. Elə bu səbəbdəndir ki, R.Vinter haqlı olaraq yazır: “Şübhəsiz ki, Şərq yəni bütün Ön Asiya, 
uzun müddət orjinal sayılmış, Avropa isə onun üzünü köşürmüş şagirddir.” B.e.ə III minillikdən əvvəl yaranan 
və b.e 100-cü ilinə qədər bir-birini əvəz edən dövlətlər (Şumer, Akkad, Babil və.s) kifayət qədər sabit və davamlı 
mədəniyyətə malik idilər. Amerikan alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki, tarix 
Şumerden başlanır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə məxsusdur. Qədim şumerlər
hindlilər, elamlar piktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq üçün istifadə etmişlər. 
Məktəblər təhsil verməklə yanaşı, həm də dəfətərxana funksiyasını yerinə yetiridilər.S.Kramerin yazdığını görə, 
Çumer məktəbi mixi yazının meydana gəlməsi nəticəsində təzahür edir. Şumerdə təhsilin ocağı məktəb idi. 
Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən ibarət idi. Bu məktəblərdə mirzələr harzılanırdı. 
Məktəbdə mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şagirdlər şumer-akkad dillərini yaxşı bilməli, 
ədəbi əsərlərin üzünü köşürməyi bacarmalı idi. Onlara eyni zamanda ilahiyyat, coğrafiya, nəbatət, zoologiya, 
mineralogiya, qrammatika ilə bağlı savad verilirdi. Məktəb “kitabələr evi” adlanırdı. Məktəbə “kitabələr evinin” 
atası- müəllim başçılıq edirdi.Şərq xalqlarının ictamai pedaqoji və fəlsəfi fikrinin inkişafında dünya ədəbiyatının 
ilk şah əsəri sayılan “Bilqamis”dastanı mühüm yer tutur.Dastan b.e.ə III minillikdə qədim Şumer dilində şifahi 
şəkildə yaranmış, II minillikdə akkad dilind gil lövhələrə köçürülmüşdü.
Qədim Misirdə
məktəb təhsili ilə bağlı ilk məlumatlar b.e.ə III minilliyə təsadüf edir. Qədim Misirdə 
məktəb və tərbiyə işi uşağı, yeniyetməni, gənci həyata hazırlamağa, onları yaşlılar aləminə daxil etməyə 
yönəlmişdi. Min illər boyu Nil vadisində şəxsiyyətin müəyyən psixoloji tipi formalaşmışdı. Öz fikrini müxtəsər 
söyləyən, taleyin məhrumiyyətlərinə və əzabalarına dözməyi bacaran insan misirlilərin idealı hesab edilirdi. Bu 
ideal insanların əsas kriteriyalarından biri də onların yaxşı təlim alması və tərbiyəli olması hesab olunurdu.
Qədim Misir yazısı b.e.ə IV minilliyin sonunda meydana gəlmişdir. Misir yazı növü piktoqrafik – yəni, şəkli yazı 
adlanırdı. Heca bildirən işarələr vasitəsilə cümlələr tərtib olunurdu. Bu yazı işarələri hələ qədimdə heroqlif, yəni 
müqəddəs işarələr adlandırılmışdı. Qədim misirlilər heroqlifləri da, ağac, dəri, heyvan sümükləri üzərində 
yazırdılar. Sonralar papirus əsas yazı materialına şevrildi. Bu ağacın enli yarpaqları bir-birinə calanırdı və onun 
uzunluğu 45 metrə çatırdı. Daş, ağac, dəri, üzərində yazı zamanı heç bir dəyişiklik olmasada, papirusların 
üzərində heroqliflərin çəkli xeyli dəyişirdi. Bu 
heratik
yazı adlanırdı. Heratika vasitəsilə ədəbi və elmi əsərlər 
tərtib olunurdu. Burada yüksək təhsil verən müəsisələr də var idi buna Həyat məktəbi deyilirdi.Tədris 
müəsisələrində 
kanalların 
çəkilməsi, 
məbədlərin, 
pramidaların 
tikintisi, 
məhsulun 
miqdraının 
müəyyənləşdirilməsi üçün hesablama işləri aparmaq, xüsusilə Nilin daşmasını proqnozlaşdırmaq məqsədi ilə 
istifadə edilən astronomik hesablamalar üçün zəruri olan biliklər öyrədilirdi. Qədim Misirdə təhsilə yiyələnmək 
çoxlu zəhmət tələb edirdi. Misirdə ilk məktəb b.e.ə III minillikdə fironların yanında yaranmışdır ki, burada da 
gələcək mirzələr təhsil alırdı. Sonralar məbədələrdə, b.e.ə II minillikdə isə iri dövlət müəssislərinin nəzdində 
məktəblər təşkil olundu. Hakim qrupların inhisarında olan məktəblər iki cür idi:

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə