Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
1   2   3   4   5   6   7   8
pedoqogika

Sparta tərbiyə sistemi
:
Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox 
hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Putarx yazirdi ki,”yeni doğulan uşaqları ağsaqallar 
nəzərdən keşiridi.Əgər uşaq möhkəm və ahəngdar quruluşda olardısa onu tərbiyə üçün atasına qaytarar, 
zəəif və eybəcər uşqları Tayqet yanındakı uçurumdan atardılar.Spartalılar 7 yaşa qədər ailədə məşhur 
dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyəsini öz üzərinə götürdü.bu 
tərbiyə 3 mərhələni əhatə edirdi: 
a)7 yaşından 14 yaşınadək; 
b)14 yaşından 20 yaşınadək; 
c)20 yaşından 30 yaşınadək; 
Dövlət tərbiyə müəsissəsi olan məktəbə aqellam deyilirdi. Bu məktəblərin rəhbərliyinə hakimiyyətə 
məlum olan adamlar təyin olunurdu ki, onlarada pedanom deyilirdi. 
Birinci mərhələdə uşaqlar pedanomun- tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar. Onlar birlikdə 
yaşayır birlikdə oxuyur yazırdılar. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki, oğlanların bədəni 
möhkəmləndirilir, habelə onlara soyuğa aclığa, ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Tərbiyənin 
ikinci mərhələsində uşaqların savad təliminə musiqi nəğmə məşğələləri də əlavə edilirdi. Gənclərin əxlaqi 
siyasi-tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.12 yaşına 
çatmışların fiziki tərbiyəsi dahada sərtləşdirlirdi. Tərbiyə prosesində cəza tətbiq olunsada bu rəmzi 
xarakter daşıyırdı. Məsəlçün günahkarın baş barmağını dişləyirdilər. 14 yaşlı oğlanları eyrənə müəyyən 
vətəndaşlıq hüququna malik icma üzvunə qəbul edirdilər. Eyrənlər pedanomları köməkçiləri idilər və bir il 
ərzində spartalıların hərbi dəstələrinə sınaq keçirdilər. Spartada tərbiyə ənənələri daha şox avtoritar 
xarakter daşıyırdı sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə isə kifayət qədər diqqət 
yetirilmirdi. Spartada mükəmməl şəxsiyyət dedikdə fiziki cəhətdən möhkəm döyüşçü nəzərdə tutulurdu. 
Afina tərbiyə sistemi Spartadakından əsaslı sürətdə fərqli idi. Afinada uşaqlar 7 yaşa qədər ailədə təhsil 
alırdılar. Bundan sonra oğlan uşaqları məktəbə gedir, qızlar isə tərbiyələrini ailədə davam etdirirərək, ev işlərinə 
alışdırılırdılar. 
Afinada uşaqlar 7 yaşdan 13-14 yaşa qədər qrammatik və kifara-musiqi məktəblərində təlim alırdılar. Bu 
iki məktəbdə təlim ya məvazi surətdə, yaxud da əvvəlcə qrammatik, sonra isə kifara məktəbində aparılırdı və 
pullu olurdu. Aşağı təbəqənin (demosun) uşaqları orada müstəsna halda oxuya bilirdilər. Uşaqları didaskal-


müəllim oxudurdu. Qrammatika məktəblərində oxu yazı hesab öyrədilir əlifba təlimi hərf- heca üsulu ilə 
aparılırdı. Yazı mum şəkilmiş taxta üzərində aparılırdı. Kifara məktəbində uşaqlara musqi, nəğmə, bədii qiraət 
öyrədilirdi. Elmi bilik elementlərini özündə birləçdirən ədəbi və musiqi təhsili verilirdi. Oğlanlar 13-14 
yaşlarında palestra adlanan məktəblərdə oxumağa davam edir, fiziki təmrinlərlə ciddi məşğul olurdular.Onlara 5 
bacarıq- qaçmaq, hoppanmaq, güləşmək, ox atmaq, üzmək öyrədilirdi.” İdeal vətəndaşlıq məktəbini”- kifara 
(musiqi) və palestranı (gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi –gimnasi (sonralar gimnaziya) hesab 
olunurdu.
B.e.ə V-IV əsrlərdə Afinada 3 belə gimnasi var idi: akademiya, likey, kinosarq. Bu məktəblər humanitar 
istiqamətli idi. 

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə