Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan


“Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəxsiyyətin formalaşması



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
1   2   3   4   5   6   7   8
pedoqogika

“Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəxsiyyətin formalaşması, 
inkişafı, davranışı prosesidir.” 
“Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə 
gənc nəslə aşılanmasıdır.” 
Bu günə qədər insanın mənşəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi konsepsiyalar arasında 
təkamül-bioloji 
(Ş.Leturno,S.Simpson ,A.Espinas) və 
psixoloji
(P.Monro) nəzəriyyə mühüm yer 
tutur.Təkamül-bioloji nəzəriyyənin nümayəndələri insanların ibtidai icma dövründəki tərbiyəvi fəaliyyəti 
ali heyvanların öz balalrına göstərdikləri instinktiv qayğıya bənzədir.Tərbiyənin şüurlu səciyyəsini inkar 
edir və onu qeyri-mütəşəkkil, kortəbii bir hadisə hesab edirlər. P.Monro tərbiyənin meydana çıxmasının
yalnız uşaqların böyükləri şüursuz şəkildə təqlidində görürdü. O, bununla bağlı yazırdı: “İbtidai insan üçün 
yalnız yaşadığı zaman mövcuddur. Onun şüurnda keçmiş və gələcək anlayışları demək olarki yoxdur. 
Tərbiyə isə yalnız ətraf mühitlə uyğunlaşmaqdan ibarətdir.” İbtidai icma dövründə tərbiyə xüsusi fəaliyyət 
növü kimi meydana gəlmişdir.Həmin dövrdə uşağın tərbiyəsi onun bəslənməsindən və böyüdülməsindən, 
habele yaşlı nəslin təcrübəsinin böyüyən gənc nəslə verilməsindən ibarət idi. Getdikcə tərbiyə insanların 
fiziki, əqli, mənəvi, emosional baxımdam böyüməsi və inkişafı kimi meydana gəlirdi. İbtidai insanların 
tərbiyəsi kortəbii və sistemsiz səciyyə daşıyırdı. Bütün uşaqlar qrup və ya kollektiv şəkildə birgə tərbiyə 
olunurdular. Getdikcə tərbiyənin mütəşəkkil formalarının ünsürləri meydana gəldi. Tərbiyə işi 9 yaşdan 
başlayaraq 11 yaşadək davam edirdi. Uşaqlar yaşlıların ictimai həyat fəaliyyətində yaxından iştirak 
etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbiyə olunur və onlardan öyrənirdilər.Bununla da, uşaqlar 
əmək fəaliyyətinə, kollektiv əməyə hazırlanırdılar.Erkən ibtidai icma dövründə tərbiyyənin səviyyəsi çox 
aşağı idi.İcmanın kiçik yaşlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranış sərbəstliyi verilirdi, bununla 
yanaşı inlarla sərt cəzalar da tətbiq olunurdu.İbtidai icma dövrünün sonunda tərbiyənin kollektiv ənənələri 
uşaq və yeniyetmələri üçün özünəməxsus “gənclər evinin” meydana gəlməsinə səbəb oldu. Burada başlıca 
forması keçirilən birgə oyun və məşğələlərdən ibarət idi. Qəbilə icmasının sonrakı inkişaf mərhələsində 
gənclərin hərbi tərbiyəsinin əsası qoyuldu. Oğlanlara ox atmaq, nizədən istifadə etmək, at çapmaq vəşs 


kimi bacarıqları əhatə edən hərbi təbiyə verildi.sonralar onlara ilkin bilik vernməklə yanaşı, yazmağı 
öyrətməkdə tərbiyə işinin məzmununa daxil edildi. 

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə