Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
1   2   3   4   5   6   7   8
pedoqogika

1)
 
Saraylarda kahinlər və yaxud ən yüksək imtiyazlı adamlar üçün olan məktəblər
2)
 
Xırda məmurlar hazırlayan məktəblər 
Qədim türklər uşaqlarını 3 inam üzərində tərbiyə edirdilər: təbiət qüvvələrinə inam; at kultu; Göy tanrıya 
inam.
Uşaqlar kiçik yaşlarından ailədə əməyə alışdırılırdı. Uşaqların təlim- tərbiyə alması üçün xüsusi müəsisələr 
yox idi. Hər kəs öz peşəsini övladına öyrədirdi. Milli peşələrə xüsusi diqqət yetirilirdi. Hətta bunun üçün xüsusi 
təlimatda hazırlanmışdı. Bu təlimata görə peşə öyrətməkdə vicdansızlığa, əliəyriliyə, yalançılığa yol verənlər 
xəbərdarlıq, töhmət, müvəqqəti və yaxud ömürlük öz sənəti ilə məşöul olmaöı qadaöan etmək kimi cəzalar 
verilirdi.Türk dilli xalqların islamiyyətdən öncə Orxon əlifbası və ya Göytürk əlifba və yazısı da 
olmuşdur.Qədim türk əlifbası türk xalqalarının, təbii ki, həm də Azərbaycan-Türk xalqının əcdadlarının yaratdığı 
ilk əsl sistemli milli əlifbasıdır. 
İslamiyyətdə tərbiyə. 
 
Müsəlmanlar qədim mədəniyyətə malik xalqlarla yaxınlaşdıqca islam dünya mədəniyyətinin 
nailiyyətlərinə yaradıcı mövqedən yanaşaraq həyatın bütün sahələrində böyük nailiyyətlər əldə etdi. İslam dinin 


yaratdığı mədəniyyətdə elmə və elmi axtarışlara böyük əhəmiyyət verilirdi. Orta əsrlərdə islam mədəniyyəti 
Avropa mədəniyyətini xeyli keşmiçdi. Bu məsələdən bəhs edən tanınmış fəlsəfə tarixçisi Z.Məəmədov yazırdı; 
“Orta əsrlərdə Qərb ölkələrində - xristian aləmində din ictimai şüurun digər formaları üzərində hakim kəsildiyi, 
fəlsəfə “ sxolastikanın kənizinə” çevrildiyi bir vaxtda müsəlman Şərqində yüksək səviyyəli elmi fəlsəfi təlimlər 
vardı” Qərbdə dünyəvi elmlərin qadağan edildiyi, yalnız dini elmlərin öyrənildiyi bir dövrdə Şərq intibahı Qərbə 
ciddi təsir göstərmişdir. Ungilis Şərqşünası alimi U.M.Uott “Orta əsr Avropasına islamın təsiri” kitabında bu 
mərhələyə yüksək qiynət verərək yazırdı ki, Şərq alimlərinin tədqiqtları olnmasaydı, Avropada elm və fəlsəfə 
belə sürətlə inkişaf edə bilməzdi. 
Məhəmməd Peyğəmbərin (ə.s) və onun ilk varisləri olan dörd xəlifənin- Əbubəkrin (632-634 illər), 
Ömərin (634-644) Osmanın və Həzrəti Əlinin (ə) (656-661) hakimiyyəti dövründə islamın yayıldığı ərazilərdə 
elə bir mədəniyyət sistemi yaranmışdı ki, burada hər şey ilahiyyat, siyasət, hüquq məişət, elm, ıxlaq din və 
incəsənət qarşılıqlı əlaqədə idi. 
Məscidlər də islamın ilk dövrlərində meydana çıxan təlim-təbiyə mərkəzləri idilər.Məscid həm ibadət yeri, 
həm bilik alınan yer, həm də müsafirxanə,həm də bir qəraragah idi.Məscidərin nəzdində “məktəb” və ya”kuttab” 
adı altında ibtidai təhsil mərkəzləri icad edilməsinə səbəb oldu.Məscidlərdə tələbələrin öyrənmələri üçün 
müəllimin etrafına toplandıqları yer Həlqə adlanırdı.Tədris üsuluna da Həlqeyi-tədris deyilirdi.Həlqədə 20 nəfərə 
qədər adam olurdu. 
“Məktəb” ərəbcə “ketb” kökündən əmələ gəlmişdir. Mənası “yazmaq” deməkdir.VIII-IX əsrlərdə 
Azərbaycanda məktəblər tədricən yayılmağa başladı.Zərdüşt və Alban məktəbləri yerinə İslam təmayüllü 
məktəblər açılır.Mövcud Əlifbaların yerinə ərəb əlifbası və yazısı daxil olurdu.Məktəblər əsasən ibtidai təhsil 
veriridiş Yazı və oxu müəllimi ayri idi. 
İslam təlim və tərbiyəsinin əsas məqsədi kamil bir insan yetişdirməkdir.Elə bir insan ki,təkcə vətənində 
deyil, dünyanın harasında olur olsun, yüksək insani keyfiyyətlərə malik olsun.İslamda uşağın tərbiyəsi 
baxımından onun inkişafı iki dövrə yrılır: 
1)tədbiri dövr; 
2)tətbiqi dövr; 
Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qədər olan dövrü əhatə edir.Tətbiqi dövr doöuşdan olümə 
qədər olan dövrdür.Doğuşdan sonrakı mərhələni beş əsas dövrə- uşaqlıq,yeniyetməlik, cavanlıq,yetkinlik və 
qocalıq dövrlərinə bölmək olar.Məhəmməd Peyğəmbər (s)insanın kamilləşmə prosesini üç mərhələyə 7-7 yaş 
dərəcələrinə ayırmış və demışdi:övlad öz həyatının birinci 7 ilində şah, ikinci 7 ilində nökər,müti üçüncü 7 ilində 
məsləhətçi, məsul şəxs hesab olunur.Hz. Məhəmməd buyurur:”Qoy sənin övladın yeddi il oynasın, sonrakı yeddi 
ili də ədəb öyrənsin, tərbiyə alsın və sonra özünün müşavirin və yoldaşın hesab et.” 
F

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə