Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan


eodalizm cəmiyyətində tərbiyə və məktəb



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
1   2   3   4   5   6   7   8
pedoqogika

eodalizm cəmiyyətində tərbiyə və məktəb
– Feodalizm cəmiyyəti üç silkdən – dünya feodalları, 
ruhanilər və kəndlilərdən ibarət idi. Bu dövrdə təhsil dini səciyyə daşıyırdı. Din xadimləri əmək adamlarının 
şüuruna yerimək istəyirilər ki, bu dünyada əzab-əziyyət içində yaşayanlar, o biri dünyada –“həqiqi” dünyada 
firavan yaşayacaqdır. Bununla da onlar insanları tərki-dünyalığa dəvət edirdilər. VII - VIII əsrlərdə ərəblər 
Asiyanın,Afrikanın və Avropanın bir çox ölkələrini istila etmişdilər. Lakin ərəblərin mədəni inkişafı bəzi cəhətə 
görə istila etdikləri bir sıra ölkələrin mədəni səviyyəsindən nisbətən aşağı idi. Buna görə də ərəblər həmin 
ölkələrdən müəyyən mədəniyyət ünsürlərini əxz edirdilər.
Şərqdə də elm və mədəniyyət inkişaf edirdi. IX əsrdə özbək alimi Mahmud-əl-Xorəzmi, XI – XIII əsrlərdə 
Azərbaycanda Bəhmənyar, Mahmud Naxçıvanı, Nizami Gəncəvi, Nəsirəddin Tusi və b. riyaziyyat, astronomiya, 
fəlsəfə, ədəbiyyat və b. sahələrdə böyük işlər görürdülər. Bir sıra ölkələrdə bir sıra ibtidai müsəlman məktəbləri 
və yuxarı tipli məktəblər açılmış – mədrəsələr meydana gəlmişdir. Bu məktəblər əhalisi ərəb dilində danışan 
yaxın Şərq ölkələrində savadın yayılmasına kömək etmişdir. Lakin bir çox ölkələrdə, o cümlədən, Azərbaycanda 
əhaliyə yad olan ərəb dilinin və dini mətnlərin məcburi öyrənilməsi savadın yayılmasını çətinləşdirmiş, bu 
ölkələrin və xalqların sonrakı mədəni inkişafını ləngitmişdir. 
Ərəblər Avropa mədəniyyətinə də öz təsirlərini göstərmişdilər. Onlar Kordovada universitet açmış və 
bunun vasitəsi ilə antik əsərləri Avropaya çatdırmışdılar.
Universitetlərin meydana gəlməsi
– XII – XIII əsrlərdə Qərbi Avropada ölkələr arasında iqtisadi əlaqələr 
tədricən genişlənirdi. Şəhərlər artır, sənətkarlıq inkişaf edirdi. İqtisadi inkişaf dərin və əsaslı bilik tələb edirdi. Bu 
tələb nəticəsində XII əsrdən başlayaraq İtaliyada, Fransada, İngiltərədə, Çexiyada və başqa yerlərdə 
universitetlər bir qayda olaraq şəhərlərdə alimlərin təşəbbüsü ilə əmələ gəlmiş və özünü müstəqil idarə etmək 
hüququna malik olmuşdur.
Ruhanilər bu vəziyyətlə razılaşa bilməyib, universitetləri öz təsiri altına almağa çalışmış və hətta özləri 
universitetlər üzərində möhkəmlədir və nəticədə universitetin ilahiyyat fakultəsi genişlənir. 

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə