Tərbiyənin yaranması və onun müxtəlif tarixi dövrlərdə inkişafının səciyyəvi xüsusiyyətləri Plan


İntibah dövründə məktəb və pedaqoji fikir



Yüklə 297,17 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix01.06.2023
ölçüsü297,17 Kb.
#114869
1   2   3   4   5   6   7   8
pedoqogika

İntibah dövründə məktəb və pedaqoji fikir
. (XIV – XVI əsrlər) XIV – XVI əsrlər Papanın mənəvi 
hökmranlığının qırıldığı, Engelsin təbirincə, bu, elmin kilsəyə qarşı üsyan etdiyi bir dövrdür. İntibah dövründə 


təbiyyat, texniki elmlər sürətlə inkişaf etməyə başlayır. Elmin müxtəlif sahələrində bir sıra ixtiralar və kəşflər 
olur. Qarşıda duran əsas məsələ həyatdan zövq almağı bacaran, gümrah, fiziki cəhətdən inkişaf etmiş, yeni fəal 
insan tərbiyə etmək idi. Belə bir dövrdə humanist pedaqoqlar meydana gəlir. Məs: humanist pedaqoqlardan 
Vittorino da Feltre
(1378 – 1446) İtaliyada təbiətin mənzərəli yerində “Şadlıq evi” adlı məktəb təşkil etmişdir. 
Vittorinonun yazılı əsəri qalmamışdır. Onun şuarı belə imiş: yazmaqdan əməli iş görmək faydalıdır. 
Görkəmli humanistlərdən biri fransız Fransua Rable (1483 – 1553) idi. O, məşhur “Qarqantua və 
Pantaqruel” adlı əsərində orta əsrin sxolastik təlim və tərbiyə sistemini kəskin tənqid etmişdir. Qarqantuanın 
köhnə sxolastik müəllimi hər şeyi şüursuz olaraq ona əzbərlədir. Odur ki, Qarqantua düzgün olmayan təlim 
nəticəsində tamamilə küt bir məxluqa çevrilir. Qarqantuanın atası bu müəllimi qovub yeni humanist müəllim 
çağırır və Qarqantuanın təlimi əyanilik sayəsində tamamilə dəyişir. 
İntibah dövrünün pedaqoji fikir zirvəsini İngiltərənin utopik-sosialisti Tomas Morun (1478 – 1535) “Ən 
gözəl dövlət quruluşu haqqında qızıl kitab və yeni Utopiya adası” adlı əsərində irəli sürdüyü ideyalar təşkil edir.
T.Morun təsvir etdiyi “Utopiya” adasında bütün uşaqlara - oğlanlara da, qızlara da ictimai tərbiyə və 
ibtidai təlim verilir. Təlim ana dilində aparılır. Məktəbdə hesab, həndəsə, astronomiya, musiqi, dialektika, təbiət 
fənləri keçilir. Bədən tərbiyəsinə isə xüsusi diqqət yetirilir. T.Mor əmək tərbiyəsini ilk dəfə irəli sürən 
mütəfəkkirlərdən biridir. 
Beləliklə, feodalizm cəmiyyəti içərisində yaranan və inkişaf edən kapitallizm istehsal üsulu yeni pedaqoji 
fikirlərin və məktəb sisteminin yaranmasına səbəb olurdu.

Yüklə 297,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə