Ənənəvi və interaktiv təlim metodları



Yüklə 26,02 Kb.

tarix10.12.2017
ölçüsü26,02 Kb.
növüDərs


 

- 1 - 


Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər.  

Nuralı Zərbalı oğlu Çələbiyev 

pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

AMİ-nin Şəki filialı 

(050)430-26-65 və n_chelebiyev@mail.ru 

Açar sözlər: ənənvi təlim, interaktiv təlim, təlim metodları, dərs tipləri, innovasiya,  

                       texnologiya. 



Ключевые слова:традиционное обучение, интерактивное обучение, методы  

                        обучения, типы урока, инновация, технология 



Key words: traditional training, interactive training, teaching methods, the types of  

                     lessons, innovation, technology. 

Müasir  dövrdə  informasiya–kommunikasiya  texnologiyalarının  sürətlə  inkişaf  etməsi 

müxtəlif  elm  sahələrinə  aid  biliklərin  həcminin  və  onların  mənbələrinin  artmasına    infor-

masiya  partlayışına  səbəb  olmuş,  bu  biliklərin  ənənəvi  təlim  metodları  əsasında 

mənimsədilməsi  istiqamətində  tədqiqatları  genişlənmişdir.  Sinif-dərs  sisteminin  meydana 

gəldiyi  XVII  əsrdən  sonrakı  yüzilliklər  ərzində  əyani-illüstrativ,  proqramlaşdırılmış, 

problemli, alqoritmləşdirilmiş, differensiallaşdırılmış və s. kimi müxtəlif  təlim tipləri meyda-

na gəlsə də, onların heç biri pedaqoji praktikada əbədi vətəndaşlıq  hüququ qazana bilməmiş, 

bəziləri isə öz didaktik dəyərini çoxdan itirmişdir. 

Milli  təhsil  sistemimizdə  həyata  keçirilməkdə  olan  innovasiya  prosesləri  təlim-

tərbiyənin  məqsədi,  məzmunu  və  metodlarına,  müəllimlə  şagirdlərin  birgə  fəaliyyətinin 

təşkilinə  yeni  yanaşmalarla  müşayət  olunur.  Təhsilin  məzmununda  innovasiya  prosesləri  öz 

mahiyyəti etibarı ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi 

pedaqoji  təcrübənin  öyrənilməsi,  ümumiləşdirilməsi  və  genişləndirilməsi,  b)  pedaqogika-

psixologiya  elmlərinin  naliyyətlərinin  pedaqoji  praktikaya  tətbiqi  problemlərinin  həllini 

nəzərdə  tutur.Ənənəvi  pedaqogikada  50-dən  artıq  təlim  metodunun  və  hər  bir  metoda  aid 

çoxsaylı  priyomların  adları  qeyd  olunur  və  onların    təsnifatında  perspektiv,  idarəedici, 

məntiqi,  qnostik  və  kibernetik  olmaqla  beş  əsas  yanaşma  və  təsnifat  meyarlarından  istifadə 

olunur. Mövcud təlim metodlarının şagirdlərin idrak fəaliyyətinin motivləşməsinin təşkilində, 

biliklərin,  bacarıq  və  vərdişlərin  mənimsənilməsi  prosesinin  idarə  edilməsində    gücsüzlüyü 

ötən  əsrin  60-cı    illərində  ənənəi  təlim  metodlarına  yeni,  dialektik  yanaşmanın  əsasını 

qoymuşdur ki, onun da qayəsində şagirdlərə “öyrənməyi öyrətmək” prinsipi dururdu.  

Təlimin  nəticələri  yalnız o halda səmərəli ola bilər ki,  öyrətmə metodları şagirdlərin 

təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi prosesinə 



 

- 2 - 


fəal  qoşulmasını  təmin  edə  bilsin.  Bu  tələblər  nəzərə  alınmaqla  dərsdə  elə  optimal  təlim 

metodlarına  istinad  edilməlidir  ki,  onlar  öz-özlüyündə  yeni  biliklərin  müstəqil  mənimsənil-

məsinə, produktiv və yaradıcı təfəkkürün fəallaşdırılmasına təminat yaratsın.  

Ənənvi  təlimin  başlıca  nöqsanları  nəzəri  təmayülün  üstün  olması,  hafizəyə  əsaslan-

ması, şagirdlərin passivliyi, metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının 

əsasən  hazır  şəkildə  verilməsi,  fərdiləşdirməyə  şəraitin  olmaması,  vaxt  bölgüsünün  dəqiq 

reqlamentləşdirilməsindən ibarətdir. 

Müasir  dövrdə    ümumtəhsil  məktəblərində  vahid  məqsədə-  şagirdlərin  bilik,  bacarıq 

və  vərdişləri  mənimsəmələrinə  xidmət  edən  çoxsaylı  təlim  metodlarından  və  müxtəlif  dərs 

tiplərindən  istifadə    olunur.  Bu    yeniliklərin,  yaxud  dəbdə  olduğu  kimi  deyilsə, 

innovasiyaların dərsin strukturuna daxil olması  faktı  artıq çoxdan  reallığa çevrilmişdir.  Fəal  

təlim  metodları  təlim  prosesinin  digər  iştirakçıları  ilə  əməkdaşlıq    şəraitində  öyrənənlərin 

idrak  fəallığını  təmin  etmək  inkanları  ilə  səciyyələnir.  Fəal  təlimdə  yaradılan  əməkdaşlıq 

mühiti  və  müzakirələr  alınmış  informasiyanı  sintez  etməyə  kömək  edir,  dərketməni 

şərtləndirir  və  təlimin  nəticəyönümlüyünə    etibarlı  təminat  yaradır.  Müasir  texnologiyalar 

internet  resuslarından  məqsədyönlü  istifadəyə  geniş  meydan  açmışdır.  İnternet  təlimin 

əyaniliyinə,  rahatlığa,  mobilliyə  zəmanət  verir,  zəruri      əlavə  informasiya  mənbələrini 

seçməyə  meydan  açır.  Aktiv  və  ya  interaktiv  metodlar  şagirdlərin  müstəqilliyini  və    idrak 

fəallığını    stimullaşdırmağa  imkan  yaradır.  Bu  təlim  modelin  üstünlüyü  adətən  yaradıcı 

xarakterli  ev  tapşırıqlarının  yerinə  yetirilməsi  və  şagird-müəllim  sistemində  ünsiyyətin 

zəruriliyi  ilə  əlaqələndirilə  bilər.  İnteraktiv  təlimin  təşkili  həyat  situasiyalarının 

modelləşdirmək,  rollu  oyunlardan  istifadə,  stuasiyanın  təhlili  əsasında  problemin  birlikdə, 

əməkdaşlıq  şəraitində  həllinin  üstünlüyü  ilə  seçilir,  informasiya  axınının  şüura  təsiri 

nəticəsində  onun  fəallığınin  artırılmasına  təkan  verir,  problemin  həlli  “kollektiv  zəka”nın 

məhsulu kimi dəyərləndirilir.  

Резюме: 

В  статье  на  основе  сравнения  отмечаются  превосходство  и  нехватка 

традиционного  и  интерактивного  метода  обучения.  Интерактивный  метод  обучения 

придаѐт  особое  значение  в  организации  мотивации  и  управлении  познавательной 

деятельности и понимании учеников. 

                                              Summary 

The positive and negative sides of traditional and interactive methods of teaching wish 

comparison are noted in this article. Interactive methods have a great role in development of 

students’ mental activity and comprehension, organization of motivation 




 

- 3 - 


Azərbaycan Müəllimlər İnstitutunda  19-21 noyabr 2013-cü il tarixində 

keçiriləcək “Müəllim hazırlığının müsir problemləri: informasiya, texnologiyalar, 

təhsilin inkişafı” mövzusunda III Beynəlxalq Elmi konfransda iştirak üçün 

MÜRACİƏT   FORMASI 

 

Soyadı, adı, atasının adı:  Çələbiyev Nuralı Zərbalı oğlu________________________ 



Ölkə, şəhər: Azərbaycan Respublikası, Şəki şəhəri____________________________ 

Elmi dərəcə: pedaqogika üzrə fəlsəfə doktoru________________________________ 

İxtisas: psixologiya_____________________________________________________ 

Təmsil etdiyi müəssisə: Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı___________ 

Vəzifə: elmi işlər üzrə direktor müavini, dosent_______________________________ 

Məruzənin mövzusu: Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər 

Məruzənin dili: Azərbaycan dili 

 

 



 

 

 



 

____ 


Məruzənin təqdim olunduğu bölmə: Təhsildə innovativ metodların öyrənilməsi, ____ 

         tədqiqi və tətbiqinin aparıcı istiqamətləri. 

 

 

 



 

____ 


Təqdimat üçün zəruri olan avadanlıq: - 

 

 



 

 

 



____ 

Ünvan: Şəki şəhəri , M.Ə.Rəsulzadə prospekti, 305  

 

 

 



____ 

Telefon: İş:  0442770652  mob: (050) 430-26-65 faks: (02424) 6-09-50____________ 

E-mail: 

n_chelebiyev@mail.ru

 

 

 



 

 

 



 

____ 


Doldurulma tarixi: 23 oktyabr 2013-cü il 

 

 



 

 

 



____ 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə