KəRİmova sevda (baki Bİznes ve kooperasiya koleci)



Yüklə 16,97 Kb.
tarix26.05.2023
ölçüsü16,97 Kb.
#113153
referat 6477


KƏRİMOVA SEVDA (BAKİ BİZNES VE KOOPERASİYA KOLECİ)
The Present Prefect Tense Form - İndiki zamanın bitmiş forması

Düzəldilməsi: Bu zaman forması ''to have'' köməkçi felinin indiki zaman qeyri-müəyyən forması (have, has) və əsas felin keçmiş zaman feli sifəti (Participle II) vasitəsi ilə düzəldilir:


Məs: 
I have seen - Mən görmüşəm,
You have seen - Sən görübsən, 
He/ she has seen - O görüb, 
We have seen - Biz görmüşük,
You have seen - Siz görübsünüz,
They have seen - Onlar görüblər,
Bu zaman formasının sual şəklini düzəltmək üçün köməkçi fellə şəxsin yerini dəyişmək lazımdır, inkar formasını düzəltmək üçün isə ''have''dən sonra ''not'' artırmaq lazımdır.
Məs:
Have I seen? I have not seen.
Have you seen? You have not seen.
Has he/she seen? He/ she has not seen.
Have we seen? We have not seen.
Have you seen? You have not seen.
Have they seen? They have not seen.
İşlədilməsi:
1. Yaxın və ya uzaq keçmiş zamanda icra olunmasından aslı olmayaraq icra edilib bitmiş və ya baş vermiş, lakin nəticəsi göz qabağında olan və ya haqqında danışılan və soruşulan hərəkətləri bildirmək üçün istifadə olunur. Burada məqsəd icra olunmuş hərəkətini vaxtını deyil, nəticəsini nəzərə çatdırmaqdır.
Məsələn:
They have built a new school in our village.
(Bu cümlədə məqsəd məktəbin nə vaxt və ya nəqədər vaxta tikilməsi deyil, məqsəd məktəbin tikilməsini nəzərə çatdırmaqdır).
They have delivered the documents we need.
(Bu cümlədə də məqsəd hərəkətin zamanını deyil nəticəsini yəni lazım olan sənədlərin çatdırılmasını məlumat verməkdir).
2. Təkrarən baş verib icra edilib bitmiş hərəkətləri bildirmək üçün. Bu zaman always - həmişə, often – tez-tez, twice – ikidəfə və s. kimi zaman zərfləri işlədilir, məs.:
She has always been very kind to me - O, mənə qarşı həmişə mehriban olub, 
I have talked to you about him many times - Mən sənə onun haqqında dəfələrlə danışmışam,
I have seen the film “Titanic" four times. - Mən Titanik filminə 4 dəfə baxmışam,
We have been in this theatre twice - Biz bu teatrda iki dəfə olmuşuq,
3. İcrası keçmişdə başlanmış müəyyən müddət davam etmiş və hal-hazırda da davam etməkdə olan hərəkətləri bildirmək üçün. Bu halda aşağıdakı sözlərdən istifadə olunur.
a) Hərəkətin davam etmə müddətini bildirmək üçün for sözönü işlədilir, məs.:
She has been very busy for the past three days.
Have taught history at this university for 20 years.
b) hərəkətin başlanğıcını göstərmək üçün since sözü işlədilir.
Since sözü ingilis dilində sözönü başlanğıcı və zərf kimi çıxış edir.
1) Since cümlədə sözönü kimi çıxış etdikdə ondan sonra vaxt bildirən zaman zərfləri işlədilir və dilimizə .... dan (.... dən) bəri sözü vasitəsilə tərcümə edilir, məs.:
I have not met her since Sammary.
2) since mürəkkəb cümlə daxilində bağlayıcı kimi çıxış etdikdə baş cümlə indiki bitmiş zaman formasında, bağlayıcı ilə başlayan budaq cümlə isə keçmiş qeyri-müəyyən zaman formasında işlədilir. Bu bağlayıcı dilimizə ..... dan (..... dən) bəri sözü vasitəsilə tərcümə edilir, məs.:
I have only received two letters from him since I came back from Baku.
He has worked here since he graduated from the university
3) Since zərf kimi çıxış etdikdə o vaxtdan bəri sözləri vasitəsi ilə tərcümə edilir.
I left Shaki in 2006 and I haven’t seen him since.
4. Lately – son zamanlar, bu yaxınlarda və just –indicə zərfləri demək olar ki həmişə indiki zamanın bitmiş forması ilə işlədilir.
I have just written to him.
She has finished this party organization lately.
Qeyd. Just now zərfi ilə həmişə keçmiş qeyri-müəyyən zaman forması işlədilir.
He came just now. I now him just now.
5. Bu zaman forması hələ bitməmiş vaxt müddətində icra olunmuş hərəkəti göstərmək üçün də işlədilir. Bitmiş vaxt today - bugün, this week (month year) – bu həftə ( ay, il) və s. zaman zərfləri və this morning (evening, afternoon) – bu səhər (axşam, günorta) kimi ifadələrlə göstərilir.
He has not received any letter from him this week.
(Burada bitmiş hərəkət elə bir vaxtda icra olunmuşdur ki, o vaxt hələ qurtarmamışdır).
Donna has dreamt about parrot sitting in trees every morning this year. I have seen her this morning.
(Danışan hərəkəti icra olunduğunu xəbər verərkən vaxt saat on ikiyə qədərdir, yəni hələ səhərdir. Ancaq saat onikidən keçmiş olarsa belə halda keçmiş qeyri - müəyyən zaman forması işlədilməlidir).
6. Bu zaman forması adətən aşağıdakı zaman zərfləri ilə işlədilir: never- heç vaxt, ever – hər, yet – hələ, already – artıq, of late – son vaxtlar.
Bu zaman zərflərindən already təsdiq cümlələrdə never, yet inkar cümlələrdə, ever adətən sual cümlələrində işlədilir. Məsələn:
She has done a great deal of work of late.
Have you ever translated medical articles?
The police have not arrested the robbers yet.
I have already finished my dissertation.
7. Bitmiş gələcək hərəkəti göstərmək üçün after, when, as soon as, if, till (until) və s. bağlayıcılarla başlayan zaman və şərt budaq cümlələrində gələcək zaman forması əvəzinə indiki bitmiş zaman forması işlədilir. Məsələn:
We shall start at four o’clock if it has stopped raining by that time.
I shall call you as soon I have finished with the report.
Qeyd: to here, to see, to come, to arrive, to return kimi hissiyat və hərəkət bildirən fellərlə zaman budaq cümlələrində adətən indiki zamanın bitmiş forması deyil, indiki zamanın qeyri-müəyyən forması işlədilir. Ancaq hərəkətin bitməsini vurğulamaq məqsədi güdüldükdə indiki zamanın bitmiş forması işlədilir:
I am sure he will recognize the poem when he hears the first time.
Mən əminəm ki, ilk sərtini eşidən kimi o şeri tanıyacaq.
He will know the poem by heart when he has heard it twice.
O iki dəfə eşidən kimi seiri əzbər öyrənəcək.
8. Where, how və why sual sözləri ilə başlayan cümlələrdə mənadan aslı olaraq ya indiki zamanın bitmiş forması ya da keçmiş zamanın qeyri - müəyyən forması işlədilə bilər.
Where has she gone? O hara gedib ( İndi o burada deyil)
Where did you go? Sən hara getmişdin (Sən indi gayıtmısan)
9. When sual sözü ilə başlayan sual cümlələrində hərəkət keçmişə aiddirsə indiki zamanın bitmiş forması deyil həmişə keçmiş qeyri-müəyyən zaman forması işlədilir.
I have seen her today - Mən onu bugün görmüşəm
When did you see her? – Sən onu nə vaxt görmüsən?
10. İndiki zamanın bitmiş forması danışıq zamanı hərəkətin davam etməsini də bildirə bilər ki, bu cür işlənmə inklusiv işlənmə adlanır. Məzmunca indiki zamanın davam edib bitmiş formasında işlədilməli olan cümlələrdə hərəkət davamedici zaman formalarında işlədilməyən fellərlə ifadə olunarsa, cümlə indiki zamanın
bitmiş formasında işlədilir. Məsələn:
I have known him for many years.
İndiki zamanın bitmiş forması sual şəklində işlənərkən hərəkətin icrasının bitib bitmədiyi soruşulur, məs.:
Have you prepared your work?
Yüklə 16,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə