Ənənəvi və interaktiv təlim metodları



Yüklə 56,92 Kb.

tarix11.10.2017
ölçüsü56,92 Kb.
növüDərs


 

- 1 - 


Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər.  

Nuralı Zərbalı oğlu Çələbiyev 

pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

AMİ-nin Şəki filialı 

(050)430-26-65 və n_chelebiyev@mail.ru 

Açar sözlər: ənənəvi təlim, interaktiv təlim, təlim metodları, dərs tipləri, innovasiya,  

                       texnologiya. 



Ключевые слова:традиционное обучение, интерактивное обучение, методы  

                        обучения, типы урока, инновация, технология 



Key words: traditional training, interactive training, teaching methods, the types of  

                     lessons, innovation, technology. 

Müasir  dövrdə  informasiya  –kommunikasiya  texnologiyalarının  sürətlə  inkişaf  etməsi 

müxtəlif elm sahələrinə  aid  biliklərin həcminin və onların  mənbələrinin  artmasına,  cəmiyyətdə 

informasiya  partlayışına  səbəb  olmuş,  bu  biliklərin  qeyri-  ənənəvi  təlim  metodları  əsasında 

mənimsədilməsi istiqamətində tədqiqatlar genişlənmişdir.  

“Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”nda  təhsil  

sisteminin  institutsional  əsaslarının  inkişaf  etdirilməsi,  innovativ  təlim  metodları  və 

texnologiyalarının  tətbiqinin  genişləndirilməsi  yolu  ilə  səriştəyə  əsaslanan  şəxsiyyət  və 

nəticəyönümlü təhsil modelinin  yaradılması strateji hədəf kimi qarşıya qoyulmuşdur. 

Sinif-dərs  sisteminin  meydana  gəldiyi  XVII  əsrdən  sonrakı  yüzilliklər  ərzində  əyani-

illüstrativ  təlim,  proqramlaşdırılmış  təlim,  problemli  təlim,    alqoritmləşdirilmiş  təlim, 

differensiallaşdırılmış təlim və s. kimi müxtəlif  təlim tipləri meydana gəlsə də, onların heç biri 

pedaqoji praktikada tam vətəndaşlıq  hüququ qazana bilməmiş, bəziləri isə öz didaktik dəyərini 

çoxdan itirmişdir.  

Milli  təhsil  sistemində  həyata  keçirilməkdə  olan  innovasiya  prosesləri  təlim-tərbiyənin 

məqsədi,  məzmunu  və  metodlarına,  müəllimlə  şagirdlərin  birgə  fəaliyyətinin  təşkilinə  yeni 

yanaşmalarla müşayət olunur. Təhsilin məzmununda innovasiya prosesləri öz mahiyyəti etibarı 

ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi pedaqoji təcrübənin 

öyrənilməsi,  ümumiləşdirilməsi  və  genişləndirilməsi,  b)  pedaqogika-psixologiya  elmlərinin 

naliyyətlərinin pedaqoji praktikaya tətbiqi problemlərinin həllini nəzərdə tutur. 

Əsrlər boyu cəmiyyətin sosial sifarişini yerinə  yetirən məktəb təhsili çox geniş təkamül 

yolu keçmiş, təlimin çoxsaylı ümumdidaktik  metodları formalaşmışdır. 1930-cu illərdən sonra 

təlimin  illüstrativ-əyani,  evristik,  tədqiqatçılıq,  reproduktiv,  praktik,  problemli  axtarış,  sözə 

əsaslanan,  müstəqil  iş,  məntiqi,  şagirdlərin  təlim-idrak  fəaliyyətinin  stimullaşdırılması  və 

motivləşdirilməsi,  nəzarət  və  özünənəzarət  və  s.  kimi  onlarla  metodlar  sistemi  yaradılmışdır. 




 

- 2 - 


Ənənəvi  pedaqogikada  50-dən  artıq  təlim  metodu  və  hər  bir  metoda  aid  çoxsaylı  priyomlar 

mövcuddur. Onların  təsnifatında perspeptiv, idarəedici, məntiqi, qnostik və kibernetik olmaqla 

beş  əsas  yanaşma  və  təsnifat  meyarlarından  istifadə  olunur.  Ənənəvi  təlim  metodlarının  hər 

birində şagirdlərin və müəllimlərin fəaliyyətinin xarakteri konkret olaraq müəyyənləşdirilmişdir. 

Bu  cəhətdən  görkəmli  rus  didaktları  İ.Y.Lerner  və  M.N.Skatkinin  beş  əsas  qrupda 

cəmləşdirdikləri  (informativ-reseptiv,  reproduktiv,  problemli  şərh,  evristik,  tədqiqatçılıq)  təlim 

metodları  geniş  yayılmışdır.  Ənənəvi  təlim  daha  çox  özünün  imperativ  xarakteri-uşaqların 

şəxsiyyət xüsisyyətlərinin, təlabatları nəzərə alınmadan həyata keçirilən pedaqoji təsirə əsaslanır. 

Belə yanaşmada təlim motivlərinə və ya  digər fəaliyyət növlərinə diqqət yetirilmir, uşağın özünə 

işə dəyişdirilmə, müəllimin tələblərinə tabe edilmə obyekti kimi baxılır. (2, s.45) 

Mövcud  təlim  metodlarının  şagirdlərin  idrak  fəaliyyətinin  motivləşməsinin  təşkilində, 

biliklərin,  bacarıq  və  vərdişlərin  mənimsənilməsi  prosesində  gücsüzlüyü  ötən  əsrin  60-cı  

illərində ənənəvi təlim metodlarına yeni, dialektik yanaşmanın əsasını qoydu, və “inkişafetdirici 

təlim” konsepsiyasının meydana gəlməsi ilə nəticələndi.  

Təlimin  nəticələri  yalnız  o  halda  səmərəli  hesab  edilə  bilər  ki,  öyrətmə  metodları  

şagirdlərin  təfəkkürünün,  dərketmə  imkanlarının  genişlənməsini  və  biliklərin  mənimsənilməsi 

prosesinə  fəal  qoşulmasını  təmin  edə  bilsin.  Bu  tələblər  nəzərə  alınmaqla  dərsdə  elə  optimal 

təlim  metodlarına    istinad  edilməlidir  ki,  onlar  öz-özlüyündə  yeni  biliklərin  müstəqil 

mənimsənilməsinə, produktiv və  yaradıcı  təfəkkürün fəallaşdırılmasına təminat  yaratmış  olsun. 

Məhz fəal, interaktiv təlim metodları bu meyarlara tam uyğun gəlir. Fəal  təlim metodları təlim 

prosesinin digər iştirakçıları ilə əməkdaşlıq  şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək 

inkanları  ilə  səciyyələnir.  “Fəal  təlim  metodları”na  əksər  hallarda  sinonim  olaraq  “interaktiv 

təlim”  metodları  da  deyilir.  “İnteraktivlik”  termini  dialoqu,    qarşılıqlı  təsiri  özündə  əks  etdirir. 

“Fəal  təlim  metodları”  bir  sıra  ədəbiyyatlarda    “problemli-dialoji”,  “problemli”,  “evristik” 

metodlar  kimi  də  səciyyələndirilir.  Fəal  təlim  dedikdə  şagirdlərin    təlim-idrak  fəaliyyətinin 

təşkili və idarə olunması üsullarının məcmuyu nəzərdə tutulur.  

Fəal təlimin xarakteristikasında özünü göstərən başlıca cəhətlər bunlardır: 

 



fəal  təlim  müəllim  tərəfindən  idraki  problemli situasiyanın  yaradılması, problemin həlli  

prosesində şagirdlərin fəal  tədqiqatçılıq mövqeyinin  stimullaşdırılması, müstəqil “kəşf”, 

“ixtira”  və  şagirdlər  üçün  yeni  olan  biliklərin  mənimsənilməsi  şəraitinin  yaradılmasını 

təmin edir; 

 

fəal təlim metodları şagirdlərdə intellektual baxımdan gərgin  situasiyanın yaradılmasını, 



informasiyanın  hazır  deyil,  ziddiyyətli  və  natamam  şəkildə  təqdim  edilməsi  ilə 

səciyyələnir; 




 

- 3 - 


 

fəal  təlimdə  təlim  tapşırıqları,  həll  üçün  təqdim  edilən  problem  cəlbedici,  maraqlı, 



şagirdlərin  dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq baxımından asan olması 

ilə fərqlənir; 

 

fəal  təlim  şagirdlərin  öz  qabiliyyətlərini  reallaşdırmağa  imkan  yaradır,  dialoqa  və  birgə 



fəaliyyətdə əməkdaşlığa əsaslanır. 

 



fəal  təlimdə  yaradılan  əməkdaşlıq  mühiti  və  işgüzar  müzakirələr  alınmış  informasiyanı 

sintez  etməyə  kömək  edir,  dərketməni  stimullaşdırır  və  təlimin  nəticəyönümlüyünə  

etibarlı təminat yaradır. 

Müasir  təlim  texnologiyalar  İnternet  resuslarından  məqsədyönlü  istifadəyə  geniş 

meydan  açır.  İnternet  resursları  təlimin  əyaniliyinə,  rahatlığa,  mobilliyə  zəmanət  verir,  təlim 

üçün    zəruri  olan    əlavə  informasiya  mənbələrini  seçməyə  meydan  açır.  Aparılmış  elmi 

tədqiqatların  nəticəsi  sübut  edir  ki,  qrup  şəklində  təlim  fərdi  təlimlə  müqayisədə  daha  yüksək 

nəticələr  əldə  etməyə  imkan  yaradır.  Birgə  iş  şagirdlərin  qabiliyyətlərinin  inkişafına  etibarlı 

təminat verir. Fəal və interaktiv təlimdə təlim diskusiyalarının təşkili, səmərəli istiqamətləndirici, 

təhrikedici suallar şagirdləri yeni bilikləri müstəqil fəaliyyət əsasında əldə etməyə yönəldir. Fəal 

təlimdə fasilitativ yanaşma idraki və yaradıcılıq təlabatlarının tam təmin edilməsinə, şagirdlərin 

özünü  reallaşdırma  imkanlarının  genişlənməsinə  yol  açır.  Müəllim  tərəfindən  şagirdlərin 

fəaliyyətinin stimullaşdrılması, “yaxşı” və “pis” cavablandırma zamanı fərdi qiymətləndirmədən 

imtina edilməsi onların öz qüvvələrinə inamını və çalışqanlıq əzmini artırir. Hər bir şagird təlim 

prosesinin  digər  iştirakçıları  ilə  birgə  fəal  əməkdaşlığa  qoşularaq  daha  səmərəli  çalışmaqla 

kollektiv  zəka”  məhsulu  olan  həll  yolunun  tapılmasına  öz  töhfəsini  vermək  üçün    səylərini 

səfərbər edir. 

 Fəal  təlimdə  şagird-tədqiqatçı,  müəllim  –fasilitator  kimi  çıxış  etməli,  şagirdlərin  idrak 

fəallığı  tədqiqatçılıq  xarakteri  kəsb  etməli,  onların  biliklərin  mənimsənilməsi  prosesində 

bərabərhüquqlu  subyekt  rolunda  iştirakı  təmin  olunmalıdır.  Müəllim  planlı  və  məqsədyönlü 

şəkildə  siniflə  əməkdaşlıq  edərək  problemli  situasiyaları  təşkil  etməli,  şagirdlər    qarşısında 

tədqiqat  xarakterli  məsələlər  qoymaqla,  onların  həllinə  metodik  kömək  göstərməli,  şagirdləri 

biliklərin müstəqil əldə edilməsi yoluna istiqamətləndirməlidir. 

 



fəal təlimdə müəllimin fasilitator kimi fəaliyyəti şagirdləri fəallaşdırmaq üçün  təlim 

diskusiyalarının, dialoji  qarşılıqlı  təsirdə  açıq  mübahisə və mühakimələrin,  məntiqi 

ümumiləşdirmələrin və yaradıcı təxəyyülün inkişafına stimul yaradır; 

 



fəal  təlimdə  qeyri-standart,  strukturlaşmamış  dərs  tiplərinə  -dərs-işgüzar  oyunlar, 

yarış dərsləri, fantaziya dərsləri, dialoq dərlər, dərs-rollu oyunlar, dərs –konfranslar, 

inteqral  dərslər  və  s.  kimi    təşkilati-didaktik  strukturlara  geniş  instinad  imkanları 

mövcuddur; 




 

- 4 - 


 

fəal  və  inteqrativ  təlim  məntiqi  düşünmə,  tənqidi  təfəkkür,  yaradıcı  yanaşma  və 



yaradıcı  tətbiqetmə  kimi  idrak  fəaliyyəti  əməliyyatlarıın  inkişafının  motivləşməsinə 

stimul yaradır. 

Fəal  təlimdə  şagirdlərin  fəal  idrak  mövqeyinin  saxlanılması  üçün  psixoloji  dəstək 

göstərilməli,  sinifdə  hörmət  və  inam    mühiti  daim  saxlanılmalı,  müəllim  tərəfindən  şagirdlərin 

stimullaşdırılması  diqqət  mərkəzində  saxlanılmlıdır.  Fəal  əməkdaşlıq  və  birgə  iş  vərdişlərinin 

inkişaf etdirilməsi yolu ilə sosial birgəfəaliyət və birgə yaşayış  qaydalarının mənimsənilməsinə  

təminat  verilməlidir.    Bizim  fikrimizcə,  interaktiv  metodların  psixoloji  konsepsiyası  sistemli 

təhlil  olunduqda,  onun  başlıca  pradiqması  –şəxsiyyət  yönümlü  təlim  prinsipi  olmalıdır.    (3, 



s.289) 

Ənənəvi  təlimdə  əsas  sima  olan  təhsilverən  (trener,  müəllim)  özündən  təlim 

informasiyanı  buraxan  “filtr”,  interaktiv  təlimdə  isə    köməkçi,  informasiya  mənbələrindən  biri 

rolunu  oynayır.    Ənənəvi  təlimdə  müəllimin  başlıca  vəzifəsi  şagirdləri  təlim  prosesinə  cəlb 

etməkdən və təlim fəaliyyətinin təşkilinə kömək etməkdən ibarətdir. (6, s.169) Ənənəvi təlimlə 

müqayisədə interaktiv təlimdə aparıcı ilə qarşılıqlı təsir dəyişir: onun fəallığı öz yerini şagirdlərə 

güzəştə  getməli  olur,  aparıcının  əsas  vəzifəsi  şagirdlərin  təşəbbüsü  üçün  şərait  yaratmaqdan 

ibarətdir.  Fəallıq,  təşəbbüskarlıq  və  birgə  fəaliyyətdə  əməkdaşlıq  interaktiv  təlim  metodlarını 

səciyyələndirən əsas cəhətdir. Burada şagirdlərin fəallığının fiziki (danışmaq, yazmaq, dinləmək, 

rəsm  etmək),  idraki  (müəllimin  şərhinə  əlavə  və  düzəlişlər  etmək,  problemin  həllini  müstəqil 

tapmaq və s.) və sosial (sual vermək, suallara cavab vermək, fikir mübadiləsi və s.) formaları bir-

biri ilə sinxron şəkildə əlaqələnmiş olur.  

Məşhur İsveçrə psixoloqu Jan Piaje qeyd edirdi ki, biz uşağı “düzgün cavablar” əsasında 

təlim edərkən onun özünün axtarmaq və tapmaq imkanlarını məhdudlaşdırmış oluruq”. 

 Ənənəvi təlimin interaktiv təlimlə müqayisə eədərkən onların hər ikisinin müəyyən üstün 

cəhətlərini və nöqsanlarını müəyyən edə bilərik. 

Ənənəvi  təlimin  başlıca  nöqsanları  nəzəri  təmayülün  üstün  olması,  şagirdlərin 

passivliyi, metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının əsasən hazır şəkildə 

verilməsi, fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq reqlamentləşdirilməsindən 

ibarətdir. 



İnteraktiv təlimin başlıca nöqsanlarına isə vaxtın reqlamentləşdirilməsinin çətinliyini  

müəllimdən  dərsə  hazırlıq  üçün  böyük  əmək  tələb  olunmasını,  dəqiq  planlaşdırmanın 

mürəkkəbliyini və s. aid etmək olar. 

Məlumdur  ki,    ümumtəhsil  məktəblərində  vahid  məqsədə-  şagirdlərin  bilik,  bacarıq  və 

vərdişləri  mənimsəmələrinə  xidmət  edən  çoxsaylı  təlim  metodlarından  və  müxtəlif  dərs 



 

- 5 - 


tiplərindən  istifadə    olunur.  Müasir  dövrdə  yeniliklərin,  yaxud  dəbdə  olduğu  kimi  deyilsə 

innovasiyaların dərsin strukturuna daxil olması faktı reallığa çevrilmişdir.  

Ümumiyyətlə, təlim modelləri passiv, aktiv  interaktiv olmaqla üç əsas qrupa ayrılır. 

Passiv  təlim  və  ya  ekstraaktiv  təlim  modelinin  əsas  xüsusiyyəti  öyrənənlərin  deyil,  öyrədici 

mühitin fəallığının üstün olmasından ibarətdir. Bu, o deməkdir ki, şagirdlər təlim materiallarını 

bir-biri ilə ünsiyyətdə  olmadan, heç bir yaradıcı məsələni həll etmədən müəllimin  nitqindən və  

dərslikdəki  mətnlərdən  öyrənirlər.  Belə  modelə  nümunə  olaraq  məktəb  mühazirəsi  şəklində 

aparılan  ənənəvi dərs formalarını misal göstərmək. Ənənəvi dərs modeli uzun illərdir ki, tətbiq 

olunsa  da,  dərsə  verilən  ən  yeni  tələblər  belə  onun  strukturunda    uşaqların  fəallığını  təlim  edə 

bilməmişdir. Aktiv və ya interaktiv metodlar isə bundan fərqli olaraq şagirdlərin müstəqilliyini 

və  idrak fəallığını  stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli adətən yaradıcı xarakterli 

ev  tapşırıqlarının  yerinə  yetirilməsi  və  şagird-müəllim  münasibətləri  sistemində  ünsiyyətin 

zəruriliyinin təmin olunması tələbi ilə şərtlənir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki, 

şagirdlər  öyrənmə  subyekti  kimi  yalnız  özləri  üçün  çalışır,  onlar  müəllimdən  başqa  prosesin 

digər iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola  bilmirlər. 

Beləliklə,  qeyd  etmək  olar  ki,  bu  metod  özünün  birtərəfli  istiqaməti,  xüsusən  müstəqil  

fəaliyyət,  özünütəhsil, özünütərbiyə, özünü inkişaf texnologiyaları  üçün  yetərli olsa da, qrupda 

təcrübə mübadiləsi və qarşılıqlı təsir bacarıqlarının inkişafını təmin edə bilmir. 

İnteraktiv  təlimdə  qrupda  iştirakçıların  sayı  artanda,  bu  və  ya  digər  dərəcədə 

kütləviləşəndə  təlimin  intensivliyi,  hər  bir  iştirakçının  faydalı  iş    əmsalı”  aşağı  düşür,  

“Rengelman  effekti”  özünü  göstərir.  Kiçik  qruplarda  iş  prosesində  rəqabət  mühiti  hökm 

sürdüyündən qrup üzvlərinin bir-birinə münasibətinin psixoloji məziyyələri də dəyişir, əlaçılarla 

geridə qalan şagirdlərin münasibətlərində dəyişmələr yaranır. (3,s.275) 

İnteraktiv təlimdə “qiymətləndirmə vahiməsi” iştirakçıları təqib edir, narahatçılıq hissləri 

güclənir. İnteraktiv təlim modeli öz qarşısına bütün iştirakçıların bir-biri ilə fəal qarşılığı təsirdə 

konfort  öyrənmə  şəraitinin  yardılması  məqsədini  qoyur.  Müəllimlərin  dərslərdə  məhz  bu 

modeldən  istifadə  etməsi  təlimə  innovativ  məzmun  gətirir.  İnteraktiv  təlimin  təşkili  həyat 

situasiyalarının modelləşdirmək, rollu oyunlardan istifadə, stuasiyanın təhlili əsasında problemin 

birlikdə,  əməkdaşlıq  şəraitində  həllinin  üstünlüyü  ilə  seçilir,  informasiya  axınının  şüura  təsiri 

nəticəsində onun fəallığına artırılmasına təkan verir, problemin həlli “kollektiv zəka”nın məhsulu 

kimi dəyərləndirilir.  

Aydındır ki, interaktiv dərslər öz strukturu ilə ənənəvi dərslərdən xeyli fərqləndiyi üçün 

onun  təşkili  müəllimdən  peşəkarlıq  və  yaradıcı  fəallıq  tələb  edir.  Ona  görə  də,  belə  dərslərin 

strukturuna onun qeyri-adi və maraqlı olması üçün yalnız interaktiv təlim modelinin elementləri-

interaktiv texnologiyalar, yəni konkret interaktiv metod və priyomlar daxil edilməlidir. İnteraktiv 



 

- 6 - 


təlim  və  onun  əsasında  duran  interaktiv  texnologiyalar  öyrənmə  subyekti  olan  şagirdin  daim 

öyrədici  sistemin  fəal  avtonom  elementi  rolunda  çıxış  etməsini  tələb  edir.İnteraktiv  təlim 

informasiyanın  passiv  rejimində  deyil,  fəal,  problemli  stuasiya  rejimində  mənimsənilməsini 

təmin edir ki, bu da interaktiv dioloji ünsiyyətə, əqli inkişafa yol açır.  

 

 

Ədəbiyyat: 



1.

 

Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası.  B.,  “Təhsil” 



jurnalı, 2013, N-10, səh.4-16 

2.

 



Амонашвили  Ш.А.  В  школу  –с  шести  лет./  Педагогический  поиск.,  М., 

«Педагогика», 1989, 560 стр. 

3.

 

Əlizadə Ə.Ə., Əlizadə H.Ə.Yeni pedaqoji təfəkkür: psixopedaqogiyaya giriş. B., ADPU, 



2008, 479 səh. 

4.

 



Жук А.И., Кошель Н.Н.Активные методы обучения в системе повышения kвалифи-  

кации педагогов М., «Аверсэв»,2004, 244 стр. 

5.

 

Григальчик  Е.К.,  Губаревич  Д.И.Обучаем  иначе.  Стратегия  активного  обучения. 



Минск, 2003, 148 стр. 

6.

 



Педагогика.  Педагогические  теории,  системы,  технологии.  (Под  ред. 

С.А.Смирнова. М., «Академия», 2003, 512 стр. 

7.

 

 Щуркова  Н.Е.  Педагогическая  технология.  М.,  «Педагогическое  общество 



России»,    2002, 224 стр. 

 

       Традиционные и интерактивные методы обучения: сравниния и параллели. 



Резюме: 

В статье на основе сравнения отмечаются превосходство и нехватка традиционного 

и  интерактивного  метода  обучения.  Интерактивный  метод  обучения  придаёт  особое 

значение  в  организации  мотивации  и  управлении  познавательной  деятельности  и 

понимании учеников. 

Traditional and interactive teaching methods: comparison and parallels. 

                                              Summary 

The  positive  and  negative  sides  of  traditional  and  interactive  methods  of  teaching  wish 

comparison  are  noted  in  this  article.  Interactive  methods  have  a  great  role  in  development  of 

students’ mental activity and comprehension, organization of motivation 



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə