NaġLƏ VƏLĠxanli



Yüklə 2,84 Kb.

səhifə1/56
tarix08.09.2018
ölçüsü2,84 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   56



 
NAĠLƏ VƏLĠXANLI 
 
 
 
 
ƏRƏB XĠLAFƏTĠ VƏ 
AZƏRBAYCAN  
 
 
 
 
 
Azərbaycan dövlət nəĢriyyatı 
Bakı - 1993 



 
BBK  9 (S 42) 
 
 
B 50 
 
 
 
 
 
 
 
 
Elmi redaktoru akademik  Ziya Bünyadov 
 
 
Redaktoru   Məlahət Əsədova 
 
 
Rəssamı   Zaur Abbasov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
©AzərnəĢr, 1993 
 
 



 
 
 



 
 
ÖN SÖZ 
Azərbaycan  alimləri  xalqımızın  uzaq  “dünənini”  daha  yaxĢı  görmək  üçün 
geniĢ tədqiqatlar aparır, düzü əyridən, yaxĢını yamandan, haqqı nahaqdan ayırmağa 
çalıĢır,  ulu  babalarımızın  günün-güzəranını  açıqlaya  bilən  əsl  həqiqəti  onların  bu 
gün  yaĢayan  nəvə-nəticələrinə  çatdırmaq  istəyirlər.  Bu  araĢdırmalar  prosesində 
müasir  Azərbaycanın  mövcud  simasında  tariximizin  ayrı-ayrı  mərhələlərinin  öz 
əksini necə tapması məsələsi ətrafında hələ də mübahisələr yaranır, hələ də dilimiz, 
etnik  mənsubiyyətimiz,  soy  kökümüz,  sərhədlərimiz,  tarixin  ayrı-ayrı  dövrlərində 
beynəlxalq  mövqeyimiz,  babalarımızı  bir  əsarətdən  “qurtarıb”  baĢqasına  salan 
“xilaskar”  iĢğalçıya  münasibətimiz  və  s.  haqqında  ixtilaflı  düĢüncələrimiz  var. 
Bizim məqsədimiz heç də bu mübahisələrə giriĢmək və ya onları saf-çürük etmək 
deyil,  dilimizin,  dinimizin,  mədəniyyətimizin,  hətta  özlüyümüzün  bugünkü 
simasının  müəyyənləĢməsində  mühüm  yer  tutan  “ərəb  dövrü”  mərhələsinə  dair 
əsas məlum və qeyri-məlum faktları və məsələləri bir də gözdən keçirmək, onları 
geniĢ  oxucu  kütləsinə  çatdırmaqdır.  Tarixi  yolumuzun  xeyli  hissəsini    tutmuĢ  bu 
dövr  VIII  əsrin  əvvəllərində  Ərəbistan  yarımadasında  yaranmıĢ  müsəlman 
dövlətinin – Xilafətin tarixi ilə sıx bağlıdır. 
QarĢınızdakı  kitabı  vərəqlərkən,  Siz,  o  dövrdən  baĢlayaraq  müsəlman 
dünyasının  daimi  sakininə  çevrilmiĢ  Azərbaycan  xalqının  tarixi  ilə  yanaĢı  qılınc 
gücünə torpaqlarımızı öz böyük məmləkəti tərkibinə qatmıĢ ərəblərin tarixi ilə də 
tanıĢ  olacaqsınız.  Doğrudan  da,  o  dövr  dünyasının  Azərbaycan  qarıĢıq  az  qala 
yarısını  fəth  etmiĢ  ərəblər  kim  idi,  islamdan  əvvəl  onlar  necə  yaĢayırdılar,  necə 
oldu ki, Ərəbistan yarımadasını demək olar heç vaxt tərk etməyən ərəblər birdən-
birə  öz  doğma  hüdudlarını  aĢıb  dünyanı  almaq  fikrinə  düĢdülər,  necə  oldu  ki,  o 
dövrün  iki  qüdrətli  imperiyası  tarixin  səhifələrində  elə  bir  iz  buraxmamıĢ  cənub 
xalqının  əlində  əsir-yesir  oldu,  niyə  Sasanilərin  tabeliyində  olan  müxtəlif  dinli 
Azərbaycan  əhalisi  çox  keçmədən,  demək  olar  müsəlmanlaĢdı.  Ərəb  iĢğalı 
dairəsinə daxil edilmiĢ bəzi qonĢu xalqlar isə öz əvvəlki dinlərində qaldılar? Ərəb 
fütuhatı Azərbaycanın dilinə, dininə, mədəniyyətinə, adət-ənənəsinə, təsərrüfatına, 
Ģəhər və kənd həyatına necə təsir etdi və s. və i.a. 
Bu  və  digər  suallara  cavab  vermək  üçün  biz  orta  əsr  ərəb  mənbələrindən, 
eləcə  də  müxtəlif  dillərdə  yazılmıĢ  elmi  ədəbiyyatdan  istifadə  etmiĢ  (bu  əsərlərin 
siyahısı  kitabın  axırında  təqdim  edilir),  bir  sıra  məsələlərə  isə,  obyektivlikdən 
uzaqlaĢmamaq  Ģərtilə,  yeni  gözlə  baxmağa  çalıĢmıĢıq.  Dediklərimizin  əyaniliyi 
üçün biz, orta əsr ərəb mənbələrindən, o cümlədən hadisələri bilavasitə öz gözləri 
ilə  izləmiĢ  müəlliflərin  əsərlərindən  etdiyimiz  tərcümələri  də  kitaba  salmağı 
məqsədəuyğun hesab etdik.  
“... Ġnsanlar ata-babalarından çox 
öz zəmanələrinə oxĢayırlar” 



 
Əli ibn Əbu Talib 
 
ƏRƏBLƏR, ĠSLAM, ĠLK YÜRÜġLƏR... 
 
VII əsrin ortalarına yaxın qədim Azərbaycan torpağında ağır faciə baĢ verdi; 
Ərəbistan  çöllərindən  əsən  acı  səmum  küləyinin  alovsaçan  nəfəsi  dağları-dərələri 
aĢdı, yandırdığını yandırdı, viran qoyduğunu viran qoydu. ġəhərlər, kəndlər, obalar 
yerlə-yeksan  oldu.  Bol  məhsul  verən  bərəkətli  qara  torpaq  –  al  oldu,  qocalar, 
qadınlar, uĢaqlar qolu bağlı qul oldu. Anaların ahı,  naləsi göylərə  ucaldı.  Səmum 
hər  Ģeyi  külə  döndərmək  istədi,  dini  aldı,  dili  aldı,  əməllərə  qandal  vurdu, 
mənəviyyatı  alçaltdı,  lakin  torpağa,  Vətənə  bağlılıq  hissini  buxovlaya  bilmədi; 
növratımızı pozdusa da, varlığımıza xələl gətirə bilmədi. 
Qoca  dünya  çox  zülmlərin  Ģahidi  olub,  çox  kəsilmiĢ  baĢlar,  çıxarılmıĢ 
gözlər  görüb.  Doğma  müqəddəs  torpağımız  çox  yağıların  izlərini  sinəsində 
saxlayıb,  çoxlarının  gözü  onda  qalıb.  Lakin  azərbaycanlılar  həmiĢə  torpağını 
tapdalayan ayaqları kəsmiĢ, onda qalan gözləri çıxarmıĢlar. 
Bu  dəfəki  bəla  da  qəfildən  gəldisə  də  taleyin  hökmü  ilə  çox  keĢməkeĢlərə 
sinə gərmiĢ ulu babalarımıza qeyri-adi görünmədi: axı qədim yurddaĢlarımız Vətən 
torpağının dəfələrlə ayaqlandığının Ģahidi olmuĢ, uzağın-yaxının qılıncının zərbini 
dadmıĢ,  zülm  və  əsarətin  ağrısını  çəkmiĢdilər.  Dünya  fatehi  Makedoniyalı 
Ġsgəndərin  iĢğalından  daha  geniĢ  torpaqları  əhatə  edən,  təsir  gücü  ilə  onu  arxada  
qoyan  bu  dəfəki  fütuhat  təkcə  azərbaycanlıların  deyil,  məğribdən  məĢriqədək 
ucsuz-bucaqsız  ərazidə  yaĢayan  onlarla  xalqın  tarixi  taleyində  köklü  çevriliĢ  etdi, 
onların  bir  çoxunu,  xüsusilə  Ərəbistan  hüdudlarından  uzaqda  yaĢayanları  bu 
vaxtadək  tanımadıqları,  haqqında  heç  bir  Ģey  eĢitmədikləri  naməlum  cənub  xalqı 
ilə  üz-üzə  qoydu.  Tarixə  VII  əsr  dünyasının  qoluzor  fatehi  kimi  daxil  olmuĢ  bu 
cənub xalqı, o dövrdə Ərəbistan yarımadasının oturaq və “əhl əl-bədv” – “bədəvi” 
adlanan  köçəri  sakinləri  olan  ərəblər  idi.  Bugünkü  və  dünənki  tariximizin 
gediĢatında həlledici rol oynamıĢ bu xalq haqqında biz nə bilirik? 
Fütuhatdan sonrakı dövrlərdə ərəbləĢmiĢ müasir ərəb ölkələri  xalqlarından 
fərqli  olaraq  həmin  ərəblər  o  zaman  yalnız  Ərəbistan  yarımadası  ərazisində 
yaĢayırdılar.  Tədqiqatçıların  hesablamalarına  görə  VI  –  VII  əsrlərdə  o  yerlərdə 
təqribən 4 milyon oturaq, üç milyon köçəri ərəb həyat sürürdü. Ta qədimdən onlar 
iki  böyük  etnik  qrupa  ayrılırdılar  –  erkən  orta  əsrlərdə  himyərilər  adlandırılan 
cənublular və yarımadanın qala hissələrində yaĢayan, qonĢu xalqların təqribən b. e. 
ə.  VII  əsrdən  ərəb  adlandırdıqları  köçərilər.  Müsəlman  rəvayətinə  görə 
yarımadanın  Ģimalında  yaĢayanların  soy  kökü  Ġbrahimin  oğlu  Ġsmayıl  vasitəsilə 
Ədnandan  cənubda  yaĢayanların  soy  kökü  isə  Qəhtandan  baĢlayırdı.  Bu  bölgüyə 
uyğun olaraq ərəblər nizarilər və maadilər adlanan Ģimal qəbilələrinə və yəmənilər 
adlanan  cənub  qəbilələrinə  ayrılırdılar.  ġimal  ərəbləri  bir  çox  tayfa  və  qəbilələrə 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə