NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   2   3   4   5   6   7   8   9   ...   56

14 
 
etmiĢdir.  Lakin  ərəb  qəbilələrinin  Ərəbistan  hüdudlarından  kənarda  –  Sasanilərin 
və  Bizansın  tabeliyində  olan  ərazilərdə  də  yaĢamaları  islamı  ərəblər  arasında 
yaymağı  qarĢılarında  məqsəd  qoymuĢ  müsəlman  baĢçılarını  öz  qoĢunlarını  qonĢu 
ölkələrə - ġama – Suriyaya və Ġraqa da göndərməyə məcbur etdi. 
Əlbəttə, yeni dini etiqadın ürəklərdə hələ tam möhkəmlənmədiyi bir dövrdə 
mömün  müsəlmanların  yeganə  doğru  din  hesab  etdikləri  islamı  bütün  yer  üzünə 
yaymaq təĢəbbüsündən Ģəxsi  mənfəətləri üçün istifadə edənlər də az deyildi. Bəzi 
tədqiqatçıların  fikrincə,  əsl  dini,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  nəyin  bahasına 
olursa-olsun  yaymağı  qarĢısına  məqsəd  qoymuĢ  Məhəmməd  peyğəmbər  və  onun 
ardıcılları  islamı  silah  gücünə  qəbul  etmiĢ  bəzi  adamlara,  xüsusilə  bədəvilərə 
inanmır, buna görə də islamı yayarkən əldə edilən hərbi qənimətlərlə onların baĢını 
qatmağa çalıĢırdılar. Yeni yaranmıĢ ərəb dövlətinin yaĢaması üçün o dövrdə məhz 
hərbi  qənimətlərin  əsas  vəsait  olduğu  fikrini  qəribçiliyə  salmaq  düzgün  olmazdı. 
Bundan  baĢqa,  Məhəmməd  peyğəmbərin  dövründə  mərkəzləĢdirilməsinə  cəhd 
göstərilən  gənc  ərəb  dövlətinin  hələ  davam  etməkdə  olan  qəbilələrarası  nifaq  və 
çəkiĢmələrdən  dağılmasının  qarĢısını  almaq,  dünənəcən  bir-birini  qıran  ərəbləri 
vahid hakimiyyətin qüdrətinə inandırmaq da vacib idi. 
Beləliklə, hələ Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi ərəb cəmiyyətində 
baĢ  verən  ictimai-iqtisadi  çevriliĢ  ərəb  iĢğalları  üçün  zəmin  hazırlamıĢ,  Yaxın 
ġərqdə (xüsusilə, Ġran və Bizansda) yaranmıĢ hərbi-siyasi vəziyyət isə hadisələrin 
məhz ərəblərin xeyrinə inkiĢafı üçün təkan olmuĢdu. 
633-cü  ilin  əvvəllərində  Ərəbistan  yarımadasının  Məhəmməd  dövründə 
baĢlanan  birləĢdirilməsini  davam  etdirən  ilk  xəlifə  Əbu  Bəkr  yarımada  daxilində 
yürüĢləri tam baĢa çatdırmamıĢ islamı bütün ərəblərin arasında yaymaq çağırıĢı ilə 
Xalid  ibn  əl-Valid  və  Ġyad  ibn  Qənmin  baĢçılıq  etdiyi  dəstələri  Sasanilərin 
tabeliyində  olan  Ġraqa  və  Bizansın  tabeliyində  olan  ġama  (Suriyaya)  göndərdi. 
Nəticə  etibarı  ilə  ərəblərə  Ərəbistan  hüdudları 
caricindən
  ilk  zəfər  müjdələrini 
gətirən bu yürüĢlər nəinki müsəlman icması baĢçılarını, eləcə də adi bədəviləri yeni 
dövrün  baĢlandığına  inandırdı.  Bu  dövr  hər  bir  ərəbdən  Ģəxsi  istək  və 
münasibətlərinin fövqündə duran ümumi məqsədə tabe olmağı tələb edirdi. 
 
AZƏRBAYCANIN FƏTHĠ 
 
VII  əsrin  30-cu  illərindən  baĢlayan  ərəb  iĢğalları  çox  keçmədən  Atlantik 
okeanından  Hindistanadək  geniĢ bir  ərazidə  yaĢayan  müxtəlif  xalqların həyatında 
köklü  dəyiĢikliklər  törətdi.  Artıq  633-cü  ildə  Sasani  imperiyasının  sərhədlərini 
keçən  ərəb  qoĢunları,  nəhayət  637-ci  ildə  bu  imperiyanın  paytaxtı,  ərəblərin 
Mədain adlandırdıqları Ktesifonu, ilin axırı üçün isə bütün Babilistanı fəth etdilər. 
Tarixçi  əl-Bəlazurinin  “Futuh  əl-buldan”  (“Ölkələrin  fəthi”)  əsərində 
Ktesifonun  fəthindən  verdiyi  bir  səhnə,  müəllifin  qeyd  etdiyi  kimi,  ərəblərin 
apardığı  ən  yaxĢı  döyüĢlərdən  olsa  da,  ümumiyyətlə,  o  dövr  döyüĢləri  üçün 


15 
 
səciyyəvi  hesab  oluna  bilər:  “Müsəlmanların  qoĢunu  Ģiddətli  döyüĢdə  farsların 
qoĢunu ilə üzləĢdi; müsəlmanlar düĢməni oxa tutur, nizə ilə dəlib parça-parça edir, 
qılıncla  doğrayıb  tökürdülər.  Bu  vaxtadək  onlar  heç  kəslə  belə  vuruĢmamıĢdılar. 
Sonra  müsəlmanlar  yeni  həmlə  ilə  farsları  mövqelərindən  çıxartdılar,  onları 
qaĢmağa  məcbur  etdilər.  Müsəlmanlar  at  belində  onları  addımbaaddım  izləyib 
məhv etdilər; yalnız Ģər qarıĢanda öz düĢərgələrinə döndülər”. 
Mənbələrin  Ģəhadətinə  görə  azərbaycanlıların  ərəblərlə  ilk  qarĢılaĢması 
məhz Ktesifon yanındakı döyüĢ meydanında baĢ verdi. Burada Sasani ĢahənĢahı III 
Yəzdigərdin  ordusu  sıralarında  sərkərdə  Rüstəmin  baĢçılığı  ilə  azərbaycanlı 
döyüĢçülər  iĢtirak  edirdilər.  Albaniya  iĢxanı  (knyazı)  Varaz  Qriqorun  oğlu 
CavanĢir  də  öz  dəstəsilə  bu  döyüĢdə  vuruĢurdu.  Ktesifondakı  məğlubiyyətdən 
sonra  CavanĢirin  dəstəsi  Sasani  ordusunun  qalıqları  ilə  Azərbaycana  çəkilir. 
“Alban  tarixi”  kitabının  müəllifi  Moisey  Kalankatlının  məlumatına  görə,  yeddi  il 
müddətində III Yəzdigərdin tərəfində ərəblərə qarĢı müxtəlif döyüĢlərdə hünər və 
rəĢadət  göstərən  CavanĢirə  ĢahənĢah  özü  “bayraq  və  gur  səsli  Ģeypurlar,  iki  qızıl 
cida,  həmiĢə  qabağıyca  aparılan  qızıl  suyuna  salınmıĢ  iki  qalxan  verdi..  belinə 
mirvari  ilə  bəzədilmiĢ  qızıl  kəmər  və  qızıl  dəstəkli  qılınc  taxdı,  qollarına  bilərzik 
saldı, baĢına isə gözəl bir tac qoydu. Bundan baĢqa ona üstü baĢdan-baĢa  mirvari 
ilə iĢlənmiĢ qaytanlar da bağıĢladı, boynuna çoxlu sap mirvari saldı”. 
Yenə  həmin  müəllifin  məlumatına  görə,  CavanĢirin  Ġran  ordusu  tərəfində 
ərəblərlə son döyüĢü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə 9639 – 640-cı 
illər)  təsadüf  edir.  Lakin  mübarizənin  faydasız,  imperiyanın  ölümə  məhkum 
olduğunu dərk edən CavanĢir Sasani ordusu sıralarını tərk edib vətəninə qayıdır. 
Mənbələrin  bir  qismi  ərəblərin  Azərbaycan  ərazisinə  ilk  basqınının  məhz 
həmin illərdə, yəni, 639 – 640-cı illərdə baĢ verdiyini qeyd edir. Hətta Huzayfa ibn 
əl-Yəmən  adlı  ərəb  sərkərdəsinin  Azərbaycan  mərzbanı  ilə  müqavilə 
bağlamasından da xəbər verir. Lakin mənbələrin digər qismi baĢqa sərkərdələrin – 
Utba ibn Farkadın, Bukayr ibn Abdallahın, Muğirə ibn ġubənin adlarını çəkir, iĢğal 
tarixini  22-ci  hicri  ilinə  (642  –  643-cü  illərə)  aid  edirlər.  Hadisələrin  belə  Ģərhi 
tədqiqatçılarımızı  o  qədər  dolaĢdırıb  ki,  ədəbiyyatda  Azərbaycanın  bir  neçə  iĢğal 
tarixinə (639 – 643) rast gəlirik. Hətta eyni ədəbiyyatda da zidd məlumatlar vardır. 
Mənbələrdəki  bu  qarıĢıqlıq  heç  də  bu  və  ya  digər  müəllifin  qərəzli  və  ya 
səhv  yazısından  irəli  gəlmir.  Belə  ki,  Azərbaycanın  fəthinə  dair  dolaĢıq  məlumatı 
bizə  çatdırdıqları  üçün  minnətdarlıqla  rəhmət  oxumalı  olduğumuz  ət-Təbəri,  əl-
Bəlazuri  və  baĢqaları  bu  haqda  əllərində  olan,  bəzən  onların  özünü  də  dolaĢdıran 
fərqli  faktlar  gətirsələr  də,  onların  əsərləri  səlahiyyətli  və  mötəbər  mənbələrdir. 
Məlumatlardakı fərqin çoxu iĢğalın ağır gediĢatından irəli gəlirdi. Qanlı döyüĢdən 
sonra  müqavilə  bağlayıb  bu  yeri  tərk  edən  ərəblər,  həmin  yerdən  uzaqlaĢmamıĢ, 
yerli  əhali  müqavilənin  Ģərtlərini  pozur,  vergi  verməkdən  imtina  edirdi.  Nəticədə, 
ərəblər eyni bir yeri bir neçə dəfəyə fəth etməli olurdular. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə