NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   2   3   4   5   6   7   8   9   ...   56

10 
 
səbəb  olmuĢdu.  Məhəmmədin  tərcümeyi-halını  qələmə  alan  Ġbn  HiĢam 
peyğəmbərin  dili  ilə  hənifiləri  Ġbrahimin  qədim  dininin  ardıcılları  adlandırır,  bu 
sözü  “müsəlman”  məfhumu  ilə  eyniləĢdirirdi.  Lakin,  alimlərin  fikrincə,  tarixilik 
baxımından,  hənifliyi  Ġbrahimin  Ərəbistandakı  əfsanəvi  təbliğatı  ilə  bağlamaq 
düzgün olmazdı.  Onlar hesab edirlər ki,  hənifilik islamaqədərki  Ərəbistan ictimai 
quruluĢunun  və  onun  dini  ideologiyasının  böhranı  nəticəsində  yaranmıĢ 
təkallahlılığa  meylin  ifadəsidir.  Maraqlıdır  ki,  Ərəbistan  yəhudiləri  və  xristianları 
kimi hənifilər də vahid ilahi qüvvəni Allah adlandırırdılar. 
Patriarxal  qəbilə  icmasının  dağılması,  torpaq  üzərində  xüsusi  mülkiyyətin 
və  əmlak  bərabərsizliyinin  inkiĢafı,  əyanlarla  qəbilənin  sıravi  üzvləri  arasında 
ziddiyyətin  dərinləĢməsi  Ərəbistanın  Ģimal  hissəsində  sinifli  cəmiyyətin  meydana 
gəlməsi  üçün zəmin  yaratdı.  Mövcud böhrandan çıxmaq  üçün qəbilələrarası  nifaq 
və  düĢmənçiliyi  aradan  götürməyə  qadir  yenilməz  bir  qüvvə  -  yeni  ideologiya 
bayrağı  altında  birləĢmiĢ  vahid  ümumərəb  dövlətinin  olması  dövrün  tələbinə 
çevrildi,  təkallahlılığa  əsaslanan  eyni  dini  ideologiya  yaranacaq  ümumərəb 
dövlətinin aparıcı ideyası oldu. 
Beləliklə,  islamaqədərki  Ərəbistanda  baĢ  verən  ictimai-siyasi-mənəvi 
təbəddülat  yarımada  sakinlərinin  dini  və  mənəvi  təsəvvürlərinin  inkiĢafını 
fəallaĢdırdı,  təkallahlılığı  dərk  etmək  üçün  zəmin  hazırlamıĢ  oldu.  Nəticədə,  VII 
əsrin ilk onilliklərində, Yaxın və Orta ġərq xalqlarının mədəni və siyasi həyatında 
köklü  çevriliĢ  etmiĢ  mühüm  hadisə  baĢ  verdi:  dünyanın  üçüncü  monoteist  dini  – 
Ġslam meydana çıxdı. Yəhudi – xristian əsatir və ehkamlarının bir çox müddəa və 
fikirlərini  mənimsəmiĢ  və  özünə  uyğunlaĢdırmıĢ  bu  dinin  çoxsaylı  qəbilə 
allahlarına olan bütpərəst sitayiĢinə qarĢı “vahid, qüdrətli və rəhmli, hər Ģeyi bilən 
və  görən”  ali  qüvvəni,  “dünyanı  yaradan,  idarə  edən”  ali  hakimi  –  Allahı  qoydu. 
Təbiətin qorxunc qüvvələrinə, həmçinin, Aya, GünəĢə, oda, daĢa və s. olan sitayiĢ 
insana,  onun  mənəvi  tələbatına,  onun  bu  və  o  dünyalıq  aqibətinə  yönəldilmiĢ  din 
forması ilə əvəz olundu. 
Yeni dinin yaradıcısı olan Məhəmməd Ərəbistanın iqtisadi və dini mərkəzi 
hesab  edilən  böyük  ticarət  Ģəhəri  Məkkədə  doğulmuĢdu.  Müsəlman  ənənəsinə 
görə,  onun  mənsub  olduğu  qureyĢ  qəbiləsi  hələ  V  əsrin  ortalarında  Kuseyyin 
baĢçılığı  ilə  islamaqədərki  ərəblərin  sitayiĢ  yeri  olan  qədim  Kəbə  məbədinin 
ətrafında  məskən  salmıĢdı.    Bu  ərazini  öz  həmqəbilələri  arasında  bölüĢdürən 
Kuseyyi  qureyĢ  rəvayəti  məbədi  qəyyumu,  eləcə  də  məbəd  ətrafında  salınmıĢ 
Ģəhərin təsisçisi  kimi qiymətləndirir. Məhəmməd  və  Əlinin ulu babası HaĢim ibn 
Əbd  Manaf  onun  nəvəsi  idi.  HaĢimin  öz  qardaĢları  Əbd  ġəms,  Naufəl  və  əl-
Müttəliblə birlikdə uzaq ticarət səfərlərinə çıxmsı, Məkkənin və məkkəlilərin həyat 
səviyyəsinin yüksəlməsi üçün zəmin yaratmıĢdı. 
Müsəlman təliminə görə 570-ci ilin rəbiyələvvəl ayının 12-də HaĢimin oğlu 
Əbd əl Müttəlibin kiçik oğlu  Abdullahın və onun arvadı Əminənin yeganə övladı 
olan  Məhəmməd  həyata  gəlir.  Körpəliyində  atasından,  sonra  isə  anasından  yetim 


11 
 
qalmıĢ  uĢaq  əvvəlcə  babası  əbd  əl  Müttəlibin,  babası  öldükdən  isə  əmisi  Əbu 
Talibin himayəsində qalır. UĢaqlıqdan zəhmət və ehtiyacın nə olduğunu yaxĢı bilən 
Məhəmməd ticarət karvanlarında iĢtirak etmiĢ, 15 yaĢından müstəqil həyata qədəm 
qoymuĢdu.  25  yaĢına  çatarkən  Məhəmmədin  həyatında  mühüm  dəyiĢiklik  baĢ 
verir.  O,  karvanını  idarə  etdiyi  dövlətli  dul  qadın  Xədicə  ilə  evlənir.  Müsəlman 
tarixi ənənəsinə görə əvvəllər iki dəfə ərdə olan, axırıncı ərindən körpə oğlu qalan 
Xədicə  Məhəmmədə  ərə  gələrkən  40  yaĢında  olmuĢdu.  Lakin  Xilafət  tarixinin  ən 
yaxĢı  tədqiqatçılarından  biri  sayılan  O.  BolĢakovun  son  araĢdırmalarına  görə 
Xədicənin  bu  zaman  cəmi  28  yaĢı  ola  bilərdi.  Gətirilən  dəlillərə  görə  daha 
ağlabatan  olan  bu  fakt  Məhəmmədlə  Xədicənin  xoĢbəxt  izdivaclarını  düzgün 
qiymətləndirmək baxımından daha kəsərlidir. Evləndikdən sonra bir müddət əsasən 
ticarətlə  məĢğul  olan  Məhəmmədin  ilk  vəhyi  (xəbəri)  610-cu  ilə  aid  edilir. 
Məhəmmədin  həyat  yolunu  qələmə  almıĢ  müsəlman  yazıçılarının  (Ġbn  Ġshaq,  Ġbn 
HiĢam)  məlumatına  görə  peyğəmbər  ilk  dəfə  Məkkə  yaxınlığındakı  mağaralarda 
vəhy etmiĢdir. Ənənəyə görə o, Allahın səsini ilk dəfə məhz burada eĢidib. Allahın 
Məhəmmədə  buyuruğu  Quranda  öz  əksini  tapıb:  “De:  Ey  insanlar!  Mən  Allahın 
sizin hamınızın yanına [göndərdiyi] elçisiyəm. Göylərin və Yerin ixtiyarı ondadır. 
Ondan baĢqa ilahi qüvvə  yoxdur. O həyat  verir və öldürür. Allaha  və onun avam 
peyğəmbər olan elçisinə iman gətirin, o kəsə ki, Allahına və onun sözlərinə inanıb. 
Onun yolu ilə gedin, onda güman ki, haqq yoluna çıxarsız” (VII, 158). 
Məhəmmədin  ilk  çıxıĢlarını  düĢmənçiliklə  qarĢılayan  Məkkə  əyanları 
əvvəlcə  onu  dilə  tutmaq,  sonra  isə  qorxutmaqla  tutduğu  yoldan  saqındırmağa 
çalıĢdılar.  Onu  hətta  öldürməyə  də  cəhd  göstərdilər.  Ġbn  HaĢim  bu  haqda  belə 
yazırdı:  “Məkkə  əyanları  Məhəmməddən  soruĢurlar  ki:  “De  görək,  istədiyin 
nədir?” Sonra ona belə təklif edirlər: “əgər sən  Ģöhrət axtarırsansa, biz səni bütün 
ərəb qəbilələrinin baĢçısı edərik, əgər sənə var-dövlət lazımdırsa, biz sənə onu da 
verərik”.  Məhəmməd  onları  rədd  etdikdə  isə  qeyzə  gəlmiĢ  qureyĢilər  demiĢdilər: 
“Yox,  əgər  sən  doğrudan  da  peyğəmbərsənsə,  bunu  bizə  sübut  et!  Bizim 
torpaqlarımızı  zəngin  otlaqlara  çevir,  ya  camaatımızı  ehtiyac  və  aclıqdan 
qurtarmaq  üçün  Suriya  və  Ġraqdakı  çaylardan  bizim  yerlərdən  də  axıt.  Əgər 
bacarırsansa bunları et ki, biz sənin doğruçu peyğəmbər olduğuna inanaq”. 
622-ci ilin iyul ayının 16-da Məhəmməd muhacir adlanan bir dəstə tərəfdarı 
ilə Məkkəni tərk edib Mədinəyə qaçmalı olur. Bu hicrət – köçmə günü müsəlman 
hicri təqviminin baĢlanğıcıdır. 
Mədinə  əhalisi  Məhəmmədin  moizələrini  böyük  rəğbətlə  qarĢıladı.  Burada 
yaranmıĢ müsəlman icması Ərəbistanın gələcək birliyinin özəyi oldu. Ġslamı qəbul 
etmiĢ mədinəlilər - ənsarlar (köməkçilər) zor və ya xoĢluqla yeni dini yarımadanın 
köçəri  əhalisi  arasında  yaymağa  baĢladılar.  Beləliklə,  islamın  yaranması  onunla 
bağlı  mühüm  siyasi  nəticə  -  ərəb  ekspansiyası  ilə  müĢayiət  edildi  və  qüdrətli 
teokratik  dövlətin  –  Ərəb  xilafətinin  yaranmasına  gətirib  çıxartdı.  630-cu  ilin 
sonlarına yaxın Ərəbistanın çox hissəsi yalnız dini xadim kimi deyil, siyasi xadim 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə