NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

30 
 
amil  və  qazı  (hakim)  vəzifələri  ayrı-ayrı  Ģəxslər  arasında  bölüĢdürüldü.  Vilayətin 
idarəsi  əmir  və  ya  valinin  baĢçılıq  etdiyi  və  vilayətin  baĢ  Ģəhərində  yerləĢən 
divan[xana]  vasitəsilə  həyata  keçirməyə  baĢlandı:  amil  –  vergi  iĢlərini  idarə  edən 
mülki hakim, qazı isə məhkəmə iĢlərinə baxan dini hakim idi. 
ĠĢğal  gedə-gedə  təyin  olunan  ilk  caniĢinlər  əvvəlki  yerli  hakimlərlə 
müqavilə  bağlayır,  onlardan siyasi asılılıq və  cizyə  tələb edir,  əvəzinə  isə  onların 
əvvəlki  imtiyazlarını  saxlamağa  boyun  olur,  hətta  onları  (əlbəttə,  onlara 
müqavimətsiz tabe olmuĢları) öz köhnə yerlərində də saxlayırdılar. ĠĢğal olunmuĢ 
Azərbaycanda  da  vəziyyət  belə  idi.  Əl-Bəlazurinin  məlumatına  görə  Ərdəbildə 
iqamətgahı  olan  Sasani  mərzbanı  ərəb  üsul-idarəsinə  tabe  olduqdan  sonra  öz 
əvvəlki  iqamətgahını  və  imtiyazlarını  saxlayır,  yığdığı  vergiləri  isə  xilafətin 
xəzinəsinə  göndərirdi.  Alban  iĢxanı  CavanĢir  də  öz  əvvəlki  imtiyazlarını  yalnız 
ərəblərin  siyasi  hökmranlığını  qəbul  etmək  və  vergi  boyun  olmaqla  qoruya 
bilmiĢdi. Məhz bu dövrdə iĢğal zonalarının idarəsində yerli hakimlərlə yanaĢı dini 
baĢçılar  da  iĢtirak  edirdilər.  Azərbaycanın  cənubunda  –  Adurbadaqanda  mobed, 
Albaniyada isə katolikos. Yerli üsul-idarəyə verilən bu sərbəstlik xilafətin mərkəzi 
hakimiyyətinin  zəiflədiyi  dövrlərdə  ərəblərlə  bağlanılan  müqavilələrin  Ģərtlərinin 
pozulmasına, vergi ödəməkdən imtina edilməsinə gətirib çıxarırdı. Belə bir hadisə 
Azərbaycanda da  baĢ verdi. Fütuhatdan düz bir il sonra, Azərbaycanda baĢ verən 
çıxıĢlar  müqavilənin  pozulmasına,  bu  isə  torpaqlarımızın  yeni  iĢğalına  gətirib 
çıxardı.  Adətən  yeni  müqavilənin  Ģərtləri  daha  ağır  olurdu,  lakin  azərbaycanlılar 
əvvəlki müqaviləni saxlaya bilmiĢdilər. 
ĠĢğal etdikləri ərazidə əsasən iri Ģəhərləri və mühüm qovĢaqları tutan ərəblər 
onlarda  rabitəçi  dəstələri  yerləĢdirir,  qalanları  isə  yürüĢü  davam  etdirirdilər. 
Azərbaycanda  belə  əsgəri  hissələr  iĢğalın  ilk  illərində  daha  çox  idi;  fütuhat  tam 
baĢa  çatdıqdan,  Azərbaycanın  həm  cənub,  həm  Ģimal  hissələri  bütövlükdə  ərəb 
iĢğalı  dairəsinə  daxil  olduqdan  sonra,  belə  əsgəri  hissələr    iri  Ģəhərlərlə  yanaĢı 
yanaĢı,  əsas  etibarilə  sərhəd  zonalarında,  xüsusilə  Xilafətin  təhlükəsi  Ģimal 
hüdudlarında  yerləĢdirildi.  Belə  ki,  Dərbəndi  tutan  ərəblər  ilk  növbədə  onun 
mühüm  siyasi  mövqeyinə  diqqət yetirdilər və  burada  xəzərlərdən qorunmaq üçün 
güclü  qarnizon  yerləĢdirdilər.  Elə  bu  dövrdə  Kasak  (Qazax)  kimi  sonralar 
möhləmləndirilmiĢ Ģəhərlərə çevrilən hərbi düĢərgələr, dağ keçidlərində isə “bab” 
(darvaza)  adlanan  xüsusi  məntəqələr  yaradıldı.  Ərəblərin  möhkəmləndirdiyi  bu 
düĢərgə  və  məntəqələrin  əksəriyyəti  hələ  Sasanilər  dövründən  qalma  idi.  Ərəb 
müəlliflərinin yazdığına  görə, Sasanilər bu möhkəmləndirilmiĢ dağ  keçidlərinin – 
babların  yanında  müxtəlif  ölkələrdən  gətirilmiĢ  xüsusi  gözətçi  dəstələri 
yerləĢdirirdilər.  X  əsrin  ən  görkəmli  ərəb  tarixçi,  coğrafiyaĢünas  və  səyyahı  əl-
Məsudi  bu  haqda  yazırdı:  “Qabh  (Qafqaz  –  N.  V)  böyük  sahəni  tutan  əzəmətli 
dağdır; bir çox məmləkəti və xalqı əhatə edir. Bu dağda yetmiĢ iki millət yaĢayır, 
hərənin  öz  hökmdarı  və  biri  digərinə  oxĢamayan  dili  var.  Dağın  keçid  və  düzləri 
çoxdur. Əl-Bab və  əl-Əbvab (Dərbənd  –  N. V)  Ģəhəri və  Kəsrə  (Xosrov  –  N. V) 


31 
 
ƏnuĢirəvanın dağ ilə Xəzər dənizi arasında çəkdirdiyi sədd keçidlərdən birindədir. 
Dənizin  içərilərinə  1  milə  (≈  2km)  qədər  girmiĢ  bu  divarların  [özülü]  suyun 
dibindədir. Onlar Qabh dağı, onun zirə, keçid və düzləri ilə 40 fərsəx (1 fərsəx ≈ 6 
km  –  N.  V)  boyunca  uzanaraq,  nəhayət  Təbərsəran  adlı  qalada  qurtarır. 
[ƏnuĢirəvan] yoldan asılı hər üç mildən az, ya bir az çox məsafədə dəmir darvaza 
qoydurmuĢ, içəri tərəfdə darvazanı və ona bitiĢən divarları qorumaq üçün adamlar 
yerləĢdirmiĢdi. Bütün bu [tədbirlər] dağın yaxınlığında yaĢayan xalqların, xüsusilə 
xəzərlərin, alanların, müxtəlif türklərin, sərirlilərin və baĢqa kafirlərin basqınından 
qorumaq üçün görülmüĢdü...” 
Tədqiqatçılar  Qafqaz  dağlarında  belə  istehkamların  qurulmasını  hətta 
Sasanilərdən  də  əvvəl  hakimiyyət  baĢında  olmuĢ  Əhəmənilər  sülaləsinin  dövrünə 
aparıb çıxarırlar. Ancaq görünür, əvvəllər xeyli sadə olan bu istehkamlar Ģimaldan 
olan  axının  qarĢısını  saxlaya  bilmədiyi  üçün,  VI  əsrdə,  Xosrov  ƏnuĢirəvanın 
dövründə,  izləri  bu  günümüzədək  gəlib  çıxan  məĢhur  Qafqaz  səddi  çəkilmiĢ, 
mənbələrdə  adları  çəkilən  bablar  –  darvazalar  (bəndlər)  qoyulmuĢdu.  Dərbəndin 
fəthi  zamanı  ərəblərə  təslim  olmuĢ  Dərbənd  mərzbanı  ġəhriyar  məhz  keçidi 
qorumaq  məqsədilə Sasanilər tərəfindən oraya təyin edilmiĢdi. Sasanilərdən sonra 
ərəblərin də eyni məqsəd üçün istifadə etdikləri bu gözətçi məntəqələri – bablar bir 
qədər də möhkəmləndirilmiĢ, onlarda ərəb hərbi hissələri yerləĢdirilmiĢdi. 
Mənbələrin  məlumatına  görə səddin ümumi  uzunluğu qırx  fərsəx (təqribən 
240 km) idi, hər üç mildən (yəni 6 km-dən) bir darvaza qoyulmuĢ azı qırx keçid – 
istehkam tikilmiĢdi. IX əsr müəllifi Ġbn Xordadbeh onlardan on üçünün adını qeyd 
edir; XIII əsr coğrafiyaĢünas – səyyahı Yaqut əl-Həməvi isə özündən əvvəl yazmıĢ 
müəlliflərə  istinad  edərək,  yalnız  əl-Durzukiya  adlanan  yer  üçün  (dzurdzuklar  – 
çeçen  –  inquĢ  tayfalarındandır)  hər  birində  daĢ  qalası  olan  on  iki  belə  istehkam 
haqqında  məlumat  verir.  Bunlardan  bir  neçəsinin  adlarını  çəkək:  Bab  Sul  –  hələ 
ərəblərdən  əvvəl  məĢhur olan “Çora  darvazası”dır. Bu keçid  –  istehkam Dərbənd 
yaxınlığında  yerləĢmiĢ alban Ģəhəri Sulun (Çor, Çoqa, Çola) adı ilə bağlıdır; Bab 
əl-Lan  –  Alan  darvazası,  məĢhur  Dəryal  keçidi  (Terek  çayı  vadisində),  irandilli 
alan  tayfalarının  (birbaĢa  nəsilləri  osetinlərdir)  adı  ilə  bağlıdır;  Bab  əĢ-ġabran  – 
ġabran  qalası;  Bab  Sahib  əs-Sərir-Sərir  hökmdarının  qalası.  Dərbənddən  Ģimala, 
indi avarların yaĢadığı ölkə Sərir (bəzən Sahib əs-Sərir) adlanırdı; Bab FilanĢah – 
təqribən Samur çayından cənubda, Maskat vilayətindən qərbdə yerləĢən Filan adlı 
vilayətin qoĢunlarının qoruduğu istehkam; Bab Tabasaran-ġah – Samurdan yuxarı 
ərazidə  yaĢayan  alban  tayfalarından  tabasparların  qoruduğu  keçid;  Bab  Liran 
(Layran) Ģah  –  vaxtilə  indiki  Lahıc  düzündə  yerləĢən, sonralar ġirvanla  birləĢmiĢ 
Layzan  (Lahıcan)  adlı  vilayətdə  yerləĢən  keçid;  Bab  Liban  Ģah  –  Çoqa  ilə  ġəki 
arasında  Samurdan  Alazan  vadisinədək  olan  ərazidə  yaĢayan  alban  tayfalarından 
lbinalıların (lpinlər, lupenlər) qoruduğu keçid; Bab ƏnuĢirəvan – görünür bu keçid 
– istehkamın adı, sonralar, X  əsr müəlliflərinin haqqında məlumat verdikləri, yeri 
indi  də  bəlli  olmayan  ġirvan  qala  –  Ģəhəri  ilə  bağlıdır  (bu  haqda  Azərbaycan 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə