NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

46 
 
mömünlərin  yalnız  dini  baĢçısına  çevrildi.  Məhz  bu  dövrdən  Azərbaycan 
ərazisində deyləmli Salarilərin, mənĢəcə kürd olan  ġəddadilərin, əsilləri ərəb olan 
Rəvvadilərin müstəqil hökmranlıq dövrləri baĢlanır. Bağdadda oturan ərəb xəlifəsi  
isə bu illərdə də bütün müsəlman dünyasının, o cümlədən azərbaycanlıların yalnız 
dini rəhbəri idi. 1055-ci ildə Xilafətdə siyasi hakimiyyəti Ģiə buveyhilərin əlindən 
almıĢ  sünni  səlcuqlar  xəlifəni  Ģiələrin  hökmranlığından  qurtarsalar  da,  siyasi 
hakimiyyəti indi də özlərində saxladılar. Yalnız XII əsrdə xəlifə əl-Muktəfi (1136 – 
1160), bir qədər sonra isə ən-Nasirin (1180 – 1225) hakimiyyət illərində baĢlanan 
Abbasi  xəlifələrinin  dirçəliĢ  dövrü,  monqolların  Bağdadı  iĢğalı  və  son  Abbasi 
xəlifəsi əl-Müstəsimin (1242 – 1258) öldürülməsi ilə baĢa çatır. 
Azərbaycanda da 1136-cı ildə hakimiyyət baĢına gəlmiĢ atabəy – Eldənizlər 
dövləti  artıq  XarəzmĢah  Cəlaləddin  Mankburninin  zərbəsi  altında  ömrünü  baĢa 
vurmuĢ, yeni bir dövr – monqol hökmranlığı dövrü baĢlamıĢdı. 
 
ƏRƏB ĠġĞALI – NƏTĠCƏ, TƏSĠR, ĠZLƏRĠ... 
 
Ərəb  istilası  və  Xilafətin  Azərbaycanda  uzun  sürən  ağalığı  ölkənin  siyasi 
həyatında olduğu kimi ictimai-iqtisadi və mədəni həyatında da dərin iz qoydu. Bu 
vəziyyət,  müvəqqəti  də  olsa,  məhsuldar  qüvvələrin  inkiĢafını  və  ölkənin  mədəni 
tərəqqisini ləngitsə də  Azərbaycanın  geniĢ  ərazili Xilafət tərkibinə daxil edilməsi, 
obyektiv  olaraq  onu  ümumi  müsəlman  mədəniyyətinə  cəlb  etdi,  Ġslamın  burada 
geniĢ vüsət tapmasına Ģərait yaratdı. 
Yarandığı  ilk  gündən  ərəb-müsəlman  dövləti  teokratik  (yəni  siyasi 
hakimiyyətin  ruhanilərin  əlində  olması)  quruluĢlu  dövlət  idi.  Dünyəvi  və  dini 
hakimiyyətin vahid hökmdarın – xəlifənin əlində birləĢməsi ilahi qanunların yerinə 
yetirilməsi kimi qiymətləndirilirdi. Ġslamı qəbul etmiĢ hər bir müsəlman hər Ģeydən 
əvvəl  dini  icmanın  üzvü,  ondan  sonra  isə  bu  və  ya  digər  yerin  sakini,  hər  hansı 
millətin nümayəndəsi idi. Ona görə də milli-etnik sərhədlər yox dərəcəsində və ya 
çox  zəif  idi,  dini  mənsubiyyət  isə  çox  iĢdə  əsas  amil  hesab  olunurdu.  Bəzən 
mənĢəcə  ərəb  olmayan,  lakin  əsərlərini  ərəb  dilində  yazan  hər  hansı  alim  və  ya 
yazıçının etnik mənsubiyyətini müəyyənləĢdirmək və ya üzə çıxarmaq çətin, hətta 
qeyri-mümkün olurdu. Belələrinin Xilafətin mənəvi həyatında iĢtirakı ümumi ərəb 
müsəlman mədəniyyətinin inkiĢafına səbəb olur, onlar həm ərəb, həm də öz milli 
mədəniyyətlərinin nümayəndəsi kimi çıxıĢ edirdilər. 
Ġslamın  geniĢ  vüsəti  ilə  əlaqədar  bu  dini  qəbul  etmiĢ  bütün  xalqlar  kimi 
ümumi  “müsəlman”  məfhumu  ilə  birləĢmiĢ  azərbaycanlılar  da,  xüsusilə  IX  əsrin 
ortaları  –  X  əsrlərdə  tərəqqi,  X  –  XII  əsrlərdə  isə  çiçəklənmə  dövrünü  keçirən 
müsəlman  mədəniyyətinin  inkiĢafı  prosesində  iĢtirak  edirdilər.  Ərəb  Ģərqinin 
mədəni  mərkəzləri olan Bağdad, Kufə, Bəsrə, DəməĢq, Qahirə və baĢqa Ģəhərlərə 
təhsil almaq üçün çoxlu azərbaycanlı gedirdi. 


47 
 
ĠĢğalın  ilk  dövründə  isə  yerli  əhali  ilə  ərəblər  arasındakı  münasibət  çox 
mürəkkəb  idi  və  əsasən  iĢğal  prosesində  bağlanılmıĢ  müqavilələrlə  tənzimlənirdi. 
Bu  müqavilələrin  məzmunundan  görünür  ki,  Ərəbistan  və  baĢqa  yerlərdə  olduğu 
kimi  Azərbaycanda  da  yalnız  bütpərəstlər  zorla,  lazım  gəlsə,  qılınc  gücünə  tabe 
edilir və müsəlmanlaĢdırılırdılar, yerdə qalan əhaliyə isə əvvəlki etiqad və adətlərə 
əməl etmək icazə verilirdi. “Əhli kitab” xalqlar (yəni müqəddəs dini kitabları olan 
yəhudilər və xristianlar), o cümlədən, ilk çağlar, atəĢpərəst olan azərbaycanlılar da 
əvvəlki etiqadlarında  qalır,  əvəzində  isə  can  vergisi  –  cizyə  verirdilər.  Müsəlman 
icmasının  qəbul  etdiyi  qaydaya  görə  cizyəni  yalnız  kiĢilər  ödəyir,  “uĢaqlar, 
qadınlar, xroniki xəstələr, eləcə də heç bir vəsaiti olmayan adamlar və heç bir gəliri 
olmayan zahidlər” verginin bu növündən azad olunurdular. 
Ərəblər,  hələ  Məhəmməd  dövründən  etibarən,  baĢqa  dinə  etiqad  edənləri, 
ümumiyyətlə, dinsiz hesab etdikləri bütpərəstlərdən fərqləndirir, sonuncuları zorla 
da  olsa  ram  etməyə  çalıĢır,  vahid  Allaha  inam  gətirib,  ona  öz  qaydalarına  əsasən 
etiqad edən xristian və yəhudilərə qarĢı iltifatlarını əsirgəmirdilər. 
Ərəb  iĢğalı  Azərbaycan  əhalisinin  etnik  tərkibinə  və  yerləĢdirilməsinə  də 
təsir  göstərdi.  O  dövr  hadisələrini  əks  etdirən  mənbələr  ərəb  hücumu  ərəfəsində 
Sasani  imperiyası  tərkibində  siyasi  müstəqilliyini  itirsə  də  adını  Ģimallı-cənublu 
bütün  torpaqlarımızda  saxlamıĢ  Adurbadaqan  –  Azərbaycan  inzibati  ərazi 
bölgəsində (kustunda)
*
  müxtəlif dillərdə danıĢan onlarla tayfanın  yaĢadığını xəbər 
verir,  “Azərbaycanın  ta  qədimdən  türklərin  ölkəsi”  olduğunu  da  bildirir  (bu 
məlumatı  VII  əsrin  60-cı  illərində  olan  hadisələri  bizə  çatdıran,  lakin  əsəri 
dövrümüzədək  yetiĢməyən  ərəb  tarixçisi  Abid  ibn  ġəryə  əl-Curmuhi  vermiĢdir). 
Lakin,  əsasən,  həm  Ģimalın,  həm  də  cənubun  aran  yerlərində  məskunlaĢmıĢ 
çoxsaylı xəzərlər, qıpçaqlar, sabirlər (savirlər) və  baĢqa  türkdilli tayfalarla  yanaĢı 
burada  qafqazdilli  udinlər,  qarqarlar,  xınalıqlılar,  ləzgilər,  irandilli  azərilər,  tatlar, 
talıĢlar, kürdlər və baĢqaları yaĢayırdılar. Albaniyanın bəzi vilayət adlarındakı “sak” 
kökü  (Balasakan,  Arsak,  Sisakan,  Sakasena,  ġaki  –  Saki,  Maskat  –  Masakat)  bu 
ərazidə sak tayfalarının vaxtilə üstün olduğuna dəlalət edir
**

Ərəb  mənbələri  (Ġbn  əl-Fəqih,  Yaqut,  əd-DiməĢqi  və  b.)  Azərbaycan  və 
Arran  əhalisinin  mənĢəyi  haqqında  bir  neçə  rəvayəti,  daha  doğrusu,  nəsl  Ģəcərə 
cədvəlini  qoruyub  saxlamıĢlar.  Bu  cədvələ  əsasən  azərbaycanlılar  (burada  cənub 
azərbaycanlıları nəzərdə tutulur) Nuh peyğəmbərin oğlu Sam (Sim), onun oğlu əl-
Əsvəd, onun oğlu Ġran, onun oğlu Azərbazdan törənmiĢlər; yəni, azərbaycanlıların 
ulu babası Azərbaz olmuĢdur. VII  – IX əsrin görkəmli alimlərinə istinad edən bu 
müəlliflər ona Beyvərasif oğlu Azərbaz da deyirlər. Bu məlumat, göründüyü kimi, 
Nuh peyğəmbərin dünyanı öz oğlanları Sim, Ham və Yafət arasında bölüĢdürməsi 
haqqında Tövrat və Ġncildə olan rəvayətlə səsləĢir. 
                                                           
*
 Kust – Sasani dövründə inzibati vahid; vilayət mənasını verirdi. 
**
 Alimlər sakların türkdilli və irandilli olduqlarını sübut edirlər. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə