NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə21/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

44 
 
tədqiqatçıları  (M.  Çamçyan,  A.  Ter-Qevondyan  və  b.)  yerli  alban  qaynağının 
məlumatını  bir  kənara  ataraq,  onlar  üçün  əlveriĢli  olan  bəzi  ərəb  qaynaqlarındakı 
səhv  məlumata  üstünlük  verir,  Səhli  erməni  Baqratilər  nəslinə  aid  edirdilər,  axı 
Səhl erməni olanda Albaniyanın bir çox yerləri, o cümlədən ġəki, Qarabağ ərazisi 
və  s.  də  ermənilərin  mülkü  hesab  edilər,  Ermənistan  sərhədləri  alban  torpaqları 
hesabına geniĢlənərdi. Təəssüf ki, son zamanlar bəzi naĢı alimlərimiz qaĢ düzəldən 
yerdə, göz çıxarır, məqsədli erməni tədqiqatçılarına əl tutduqlarına varmadan “sapı 
özümüzdən olan” Səhlin erməni olduğunu iddia edirlər. 
Son  zamanlar  Babəkin  əsir  düĢməsi  və  edamı  faktı  da  çək-çevir  edilir.  Bu 
haqda  mübahisəyə  qoĢulmadan  yalnız  onu  qeyd  etmək  istərdik:  mənbələrin 
müqayisəsindən çıxan nəticəyə  görə  Səhl ibn Sunbat  doğrudan da  Babəki satmıĢ, 
onun  və  qardaĢı  Abdullanın  ölümünə  bais  olmuĢdu.  Babəkin  əvəzinə  baĢqasının 
öldürülməsi haqqında irəli sürülən mülahizə isə tarixdə yeni bir hadisə deyil; belə 
Ģəxsiyyətlərin gec-tez zühur edəcəyinə həmiĢə inam vardı. 
Xürrəmilər hərəkatı məğlubiyyətə uğrasa da, Babəkin baĢçılıq etdiyi siyasi 
mübarizə Xilafətin süqutunu sürətləndirdi, məzlum xalqların azadlıq mübarizəsini 
asanlaĢdırdı. Babəkin tərəfdarları isə IX əsrin sonlarınadək Xilafətə qarĢı çıxıĢlarda 
fəal iĢtirak etdilər. 
Xürrəmilərin  məğlubiyyəti  Xilafətə  Bizansa  qarĢı  döyüĢ  əməliyyatlarını 
gücləndirmək  imkanı  verdi.  Lakin  əldə  edilmiĢ  bir  sıra  qələbələrə  baxmayaraq, 
uzun  illər  boyunca  gah  yerli  əhaliyə,  gah  xəzərlərə,  gah  da  xürrəmilərə  qarĢı 
vuruĢan  Xilafətin  əsasları  artıq  sarsılmıĢdı.  Xürrəmilər  fiziki  məğlubiyyətə 
uğrasalar  da,  onların  yandırdığı  alovun  qığılcımları  böyük  ərəb  dövlətinin 
tabeliyində  olan  ayrı-ayrı  yerlərdə  yeni  yanğınlar  törətmiĢdi.  Əl-Yəqubinin 
məlumatına  görə, Babəkin edamından çox  keçməmiĢ, xəlifə  əl-Vasiqin dövründə 
(842 – 847) ərəblərin tabeliyində olan Qafqaz, demək olar, baĢdan-baĢa müqavimət 
meydanına çevrilmiĢdi. Bu müqavimət əl-Vasiqdən sonra hakimiyyət baĢına gələn 
xəlifə əl-Mütəvəkkilin (847 – 861) dövründə, onun bütün cəhdlərinə baxmayaraq, 
daha  da  gücləndi.  852-ci  ildə  xəlifə  tərəfindən  Qafqaza  göndərilmiĢ  Böyük  Buğa 
burada qaldığı təqribən dörd il müddətində (855-ci ilədək) bütün vilayətləri viran 
qoydu;  erməni  qoĢunları  baĢçısı  Sahib  əl-Ərmən  adlandırılan  Smbat  Baqratuni  də 
Buğanın  tərəfində  qafqazlılara  qarĢı  fəaliyyət  göstərdi.  Əl-Bəlazurinin  yazdığına 
görə, Böyük Buğa  yenidən Curzanı (Gürcüstanı) iĢğal  etdi,  Ermənistan,  Arran və 
Sisəcanın  dağlıq  vilayətlərindən  xristian  olan  və  olmayan  “araqarıĢdıranları”  özü 
ilə  Xilafətin  yeni  paytaxtı  Samirə  Ģəhərinə,  xəlifənin  hüzuruna  apardı.  Lakin 
qoluzorluluq  gücünə  yaranmıĢ  nisbi  sakitlik  uzun  sürmədi  –  çox  keçmədən 
zəifləmiĢ  Xilafətin  hər  yerində  olduğu  kimi  Azərbaycan  ərazisində  də  əvvəlcə 
yarımmüstəqil,  daha  sonra  isə  müstəqil  dövlətlər  yaranmağa  baĢladı.  Bizansla 
müharibəyə  baĢı  qarıĢmıĢ  Xilafətin  Qafqazdakı  hadisələrə  lazımi  diqqət  yetirə 
bilməməsi ərəb Ərminiyəsi vilayətinin faktik olaraq ləğv edilməsinə gətirib çıxardı. 
Bu  vilayətin  Ģərq    hissəsindəki  I  və  II  Ərminiyə  bölgələri  tərkibindəki  ġimali  


45 
 
Azərbaycan  torpaqları  mənĢəcə  ərəb  olan  Məzyədi  qardaĢlarının  (Məhəmməd, 
Heysəm,  Yəzid)  əlinə  keçdi.  IX  əsrin  ortalarında  xəlifə  əl-Vasiqin  Ģimal 
vilayətlərinin hakimi təyin etdiyi Məhəmməd ibn Xalid Yəzid Arranda, Heysəm və 
Yezid isə ġirvan və Leyzanda mərkəzi hakimiyyətin tabeliyindən çıxmaq istədilər. 
861-ci  ildə  xəlifə  əl-Mütəvəkkilin  öldürülməsi  ilə  Xilafətdə  baĢlanan  hərc-
mərclikdən  istifadə  edən  ġirvan  hakimi  Heysəm  məzyədilər  arasında  ilk  dəfə 
olaraq  qədim  ĢirvanĢah  titulunu  qəbul  edib  müstəqil  ġirvan  dövlətini  bərpa  etdi. 
869-cu  ildə  Dərbənddə  məskunlaĢmıĢ  ərəb  nəslindən  olan  HaĢim  əs-Suləmi  bu 
Ģəhər-dövləti  müstəqil  elan  edərək  Dərbənd  əmirliyinin  əsasını  qoydu.  HaĢimdən 
sonra  buranın  idarəsi  irsən  onun  nəslinə  keçdi  və  XI  əsrin  sonunadək  siyasi 
müstəqilliyini saxladı. Xilafətin zəiflədiyi bu dövrdə “dağılmıĢ Alban padĢahlığını 
bərpa  edən”  alban  knyazı  Qriqor  Haman  Arranın  bir  hissəsində  -  ġəkidə 
hakimiyyəti  ələ  aldı.  Moisey  Kalankatlının  məlumatına  görə  Xaçın  hakimi 
Artnersehlə Varaz Tiridatın qızı Sparamanın oğlu nəvəsi Səvada ləqəbli Səhək də 
Girdmanı və Arsakla ġirakın bir hissəsini ələ keçirdi. 
Mərkəzi  hakimiyyətin  zəifləməsi  nəticəsində  mənĢəcə  türk  olan  Sacilər 
sülaləsinin  banisi  Azərbaycan  hakimi  Məhəmməd  ibn  Əbu-s-Sac  Azərbaycanın 
cənubunda Xilafətdən asılı olmayan Sacilər dövlətinin əsasını qoydu. Lakin siyasi 
vəziyyətlə  bağlı  o,  Xilafətdən  tam  təcrid  ola  bilmədi  və  buna  görə  də  mərkəzin 
Cənubi Qafqazdakı dayağı olmaq  yolunu tutdu, hətta 898-ci ildə, faktik olaraq bu 
dövrdə  artıq  mövcud  olmayan,  yalnız  adı  qalmıĢ  ərəb  Ərminiyəsi  vilayətinin 
hakimi də təsdiq edildi. 
Sacilər sülaləsinin ən görkəmli nümayəndəsi bütün Azərbaycan torpaqlarını 
ilk  dəfə  vahid,  müvəqqəti  də  olsa,  müstəqil  dövlət  çərçivəsində  birləĢdirən 
Məhəmmədin qardaĢı Yusif ibn Əbu-s-Sac oldu. 913-cü ildə o, Ermənistanı da fəth 
edib, böyük bir ərazini Sacilər dövlətinin tərkibində birləĢdirdi. Bu böyük dövlətin 
ərazisində  yerləĢən  və  keçmiĢ  ərəb  Ərminiyəsinə  daxil  olan  ġirvan,  ġəki,  Xaçın, 
Sünik və baĢqa vilayətlərin hakimləri Sacilərə vergi verirdilər. 
Beləliklə,  IX  əsrin  sonunda,  Xilafətin  siyasi  hakimiyyətinin  zəifləməsi 
Azərbaycan  torpaqlarında  da  müstəqil  və  yarımmüstəqil  dövlətlərin  yaranmasına 
gətirib çıxartdı. Xilafətin baĢqa yerlərində - Misirdə Tulupilərin, ġərqi Ġran və Orta 
Asiyada  Samanilərin  və  b.  hökmranlığı  möhkəmləndi.  Bu  dövlətlərin  hakimləri 
tədricən  xəlifə  xəzinəsinə  göndəriləcək  vergilərin  miqdarını  azaldır,  nəhayət  onu 
ödəməkdən  imtina  edir  və  beləliklə  də,  müstəqillik  əldə  edərək,  xəlifənin 
imtiyazlarını əlindən alırdılar. 
X əsrin ortalarına yaxın Ģiə təriqəti tərəfdarları iranlı Buveyhi qardaĢları Əli, 
Həsən  və  Əhməd  Ġsfahanı,  Farsı,  Cibəli,  Kirmanı  və  Xuzistanı  tutdular, 
Muizəddövlə  ləqəbli  Əhməd  isə  945-ci  ildə  Bağdadı  ələ  keçirib  xəlifənin  zahiri 
siyasi  hakimiyyətinə  son  qoydu.  Bundan  sonra,  səlcuq  sultanı  Toğrul  Bağdadı 
tutanadək  (1055),  Abbasi  xəlifələri  “əmir  əl-üməra”  titulunu  daĢıyan  Buveyhi 
əmirlərinə  tabe  edildilər.  Xəlifə  siyasi  hakimiyyətini  tamamilə  əldən  verərək, 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə