NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

48 
 
Yenə  də  bu  mənbələrə  əsasən  Nuhun  oğlu  Yafətin  törəmələrindən  olan 
Avmarın  (Yunan,  Homer?)  oğlu  Lantadan  doğulan  Kasluhimdən  arranlıların  ulu 
babası  Arran  və  gürcülərin  ulu  babsı  Curzan  olmuĢlar  (elə  bu  mənbələrə  görə, 
Lantanın  o  biri  oğlu  ərmindir).  Onu  da  deməliyik  ki,  ərəb  mənbələrində  olan  bu 
rəvayətin,  Ģübhəsiz,  yerli  kökləri  vardır.  Bu  –  Moisey  Kalankatlının  albanların 
mənĢəyi  haqqında  olan  məlumatından  da  görünür.  Burada  verilən,  Yafətin 
övladlarından Sisakın nəslinə mənsub olan Aranın, ərəb mənbələrində adı çəkilən 
Arranla eyniliyi heç biri Ģübhə doğurmur. 
Əlbəttə, rəvayət xarakterli belə  məlumatlar tarixilik baxımından dəqiq fakt 
olmasa  da,  xalqın  Nuh  peyğəmbərdən  baĢlayan  nəsl  tarixinin  qədimliyinə  dəlalət 
edir. 
Özündən  əvvəl  yaĢamıĢ  müəlliflərin  məlumatını  sistemləĢdirmiĢ  Yaqut  əl-
Həməvi  Azərbaycanda  iĢlədilən  dili  “əl-azriyyə  (əl-azəri,  əl-azərbi)  adlandırır  və 
qeyd  edir  ki,  “onu  baĢqaları  anlamırlar  (lə  yəfhəmuhə  ğeyruhum)”.  X  əsrin 
ortalarına  yaxın  Azərbaycanda  olmuĢ  məĢhur  ərəb  tarixçisi  əl-Məsudi 
Azərbaycanın  cənub  hissəsində  geniĢ  yayılmıĢ  azəri  dilini  dari  və  pəhləvi  dilləri 
kimi Ġran dillərindən hesab edir. Yenə onun məlumatına görə “Arrana məxsus Əbu 
Musa  dağları  (Yəni  Qarabağ  dağları  –  N.  V.)  Arran  xalqlarından  olan  tayfalarla 
məskundur”.  X əsrin 20 – 30-cu illərində yaĢamıĢ ərəb coğrafiyaĢünas-səyyahı əl-
Ġstəxri  Azərbaycan,  Arran  və  Ərminiyədə  fars  və  ərəb  dillərinin  rəsmi  dil  kimi 
iĢlədildiyini  qeyd  edir.  Bununla  yanaĢı  o,  Bərdə  (yəni  Arran)  nahiyələrində 
iĢlədilən  Arran dilindən, Qafqaz dağlarındakı  müxtəlif  yerli dillərdən söhbət açır. 
Ondan az sonra Azərbaycana səhayət etmiĢ Ġbn Havqəl Qabh (Qafqaz) dağlarında 
360 dildə danıĢıldığından xəbər verərək yazır: “Mən bunu bir çox kənddə olub, hər 
kəndin  azəri  və  fars  dillərindən  baĢqa  öz  dilinin  olduğunu  görənədək  inkar 
edirdim”.  Azəri  dilini  fars  dilindən  fərqləndirən  Ġbn  Havqəl  də,  həmçinin  təsdiq 
edir ki, Qafqazdakı ərəb iĢğal dairəsində yaĢayan xalqların rəsmi ünsiyyət dili fars 
və  ərəb  dilləridir.  Ġbn  Havqəl  yazır:  “Lakin  ərəb  dilində  danıĢanlar  azdır.  Farsca 
danıĢanlar  isə  ərəb  dilini  baĢa  düĢmürlər.  Ərəb  dilində  fəsih  danıĢanlar  tacir  və 
mülk  sahibləridirlər.  Ərminiyənin  ucqarlarında  və  buna  bənzər  yerlərdə  yaĢayan 
tayfalar  üçün  baĢqa  dillər  də  mövcuddur.  Dəbil  və  onun  nahiyələrinin  əhalisi 
erməni  dilində,  Bərdə  əhalisi  isə  Arran  dilində  danıĢır”.  Həmin  əsrin  70  –  80-cı 
illərində  Azərbaycanda  olmuĢ  əl-Müqəddəsinin  məlumatına  görə  Ərdəbilin  dağ 
kəndlərində  60  dildə  danıĢırlar.  Arranda  Arran  dilində  danıĢıldığını  xəbər  verən 
həmin müəllif yerli əhalinin fars dilində xorasanlılar kimi danıĢdığını, lakin onları 
anlamaq mümkün olduğunu da qeyd edir. 
Ərəb mənbələri (əl-Bəlazuri, Ġbn Xordadbeh və b.) iĢğal dövründə ərəblərin 
fəth  etdikləri  yerlər  sırasında  Taylasanın  (TalıĢanın),  yəni  talıĢların  yaĢadıqları 
yerin adını çəkirlər. 
Tarixçi  ət-Təbərinin  Dərbəndin  alınması  ilə  əlaqədar  Dərbənd  və  onun 
ətrafındakı dağlarda  yaĢayan  “yerli”  dağlılar və  “gəlmə”  ermənilər haqqında  olan 


49 
 
məlumatı da o dövr Azərbaycanının etnik tərkibini müəyyənləĢdirmək baxımından 
maraqlıdır:  “Həmin  dağların  yamaclarında  olan  ölkədə  elə  hündür  yerlər  var  ki, 
ermənilər o yerlərdə az qalırlar, çünki onlar üçün ətrafında yaĢayanlardandır, özləri 
də gəlmədirlər. [Köçərilərin] hücumları bu hündür yerlərdəki oturaq [yerli] əhalini 
dərbədər  saldı,  dağlılar  (ət-Təbərədə  qabci  –  yəni  qafqazlı  iĢlədilib,  -  N.  V)  öz 
torpaqlarını atıb, dağlarda gizləndilər. Buralarda yalnız [sərhəddi qoruyan] əsgərlər, 
bir də onlara kömək edənlər və ya onlarla ticarət edənlər qaldılar”. 
ĠĢğal  prosesində  ərəblərlə  azərbaycanlılar  arasında  bağlanılan  müqavilədə 
Balasakan  və  Savalan  kürdlərinin  adının  çəkilməsi  Ģimalın  və  cənubun  bu 
yerlərində, o dövrdə, kürd məskənlərinin olmasından xəbər verir. 
IX  –  X  əsr  müəllifləri  (əl-Bəlazuri,  əl-Məsudi,  əl-Ġstəxri)  hələ  iĢğal 
ərəfəsində  Gəncə  və  Tiflis  arasındakı  yerlərdə  yaĢayan,  ərəb  mənbələrinin  əs-
Siyavurdiya  (erməni  mənbələrində  sevordik)  adlandırdıqları,  “qanun-qayda 
bilməyən,  qaçaq-quldurluqla  məĢğul  olan”  tayfaların  da  adını  çəkirlər.  V.  F. 
Minorski onları bizanslıların “sabarta əsfələ” (ağ sabartlar) adlandırdıqları və türk 
hesab  etdikləri  macarlarla  bağlayır,  onların  VIII  əsrin  ortalarında,  peçeneqlərin 
hücumundan sonra, mərkəzi Tavus olan Gəncə ilə Tiflis arasındakı ərazidə məskən 
saldıqlarını,  sonralar  isə  qriqoryanlığı  qəbul  edib  erməniləĢdiklərini  güman  edir. 
Tarixən  məlumdur  ki,  Azərbaycanın  Ģimal  hissəsində  məskən  salmıĢ  onoqur 
(onoğuz)  birliyinə  son  qoymuĢ  köçəri  sabirlər  (savirlər)  alban  hökmdarı  III 
Vaçaqanın hakimiyyəti dövründə (503-cü ildə) Sasani gözətçi qoĢununun müdafiə 
etdiyi  Dərbənd  keçidindən  Albaniya  ərazisinə  soxulub  buranı  və  Ġberiyanı  iĢğal 
etmiĢdi.  Mənbələr  onların  VI  əsrin  əvvəllərində  muzdlu  döyüĢçü  kimi  gah  Ġran, 
gah  da  Bizans  tərəfində  Cənubi  Qafqaz  uğrunda  gedən  müharibələrdə  iĢtirak 
etdiklərindən  xəbər  verirlər.  VI  əsrin  ortalarında  Qafqaza  gəlmiĢ  köçəri  avarlar 
sabirləri  məğlub  etdikdən  sonra  onların  bir  hissəsi  Ağstafa  ilə  ġəmkir  arasında 
məskən saldı. Görünür, türkdilli tayfa olan döyüĢkən sabirlərin bir hissəsi sonralar 
xristianlığı  qəbul  etmiĢ,  ərəblər  burada  möhkəmləndikləri  dövrdə  isə  artıq 
erməniləĢmiĢdilər.  Elə  buna  görə  də  X  əsrdə  Azərbaycanda  olmuĢ  əl-Ġstəxri  əs-
Siyavurdiya  tayfasını  erməni  cinsindən  (sınf)  olan  pozğun  adamlar  kimi  təqdim 
etmiĢdi. 
Bununla yanaĢı, hələ iĢğalın ilk dövründə ələ keçirdikləri torpaqlarda daha 
da möhkəmlənmək naminə, ərəblər özlərindən əvvəlki iĢğalçıların yolu ilə gedərək, 
yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif ərəb qəbilələrini Azərbaycanın hər tərəfinə 
köçürmüĢdülər. 
Müxtəlif dil və ləhcələrdə danıĢan bu xalqların bir-birilə ünsiyyət vasitəsi o 
dövrdə iĢğalçıların fars və ərəb dilləri olsa da, yeni türk axınının güclənməsi hələ 
ərəblərdən  xeyli  əvvəl  türk  komponentinin  üstün  gəlməsi  prosesini  daha  da 
sürətləndirdi.  Ərəblərin  Azərbaycana  öz  qəbilələrini  köçürmə  siyasəti  ilə 
ləngidilmiĢ bu proses ərəblərlə türklərin assimilyasiyasının baĢlanması ilə yenidən 
sürətlə davam etdi. Azərbaycanda məskunlaĢmıĢ ərəblər getdikcə öz doğma dil və 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə