NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

52 
 
qarĢı  olan  bu  yumĢaqlığı  kafirlərin  haqq  yoluna  qaytarılması  kimi 
qiymətləndirməyə  çalıĢırdılar.  Bu  baxımdan  yuxarıda  adlarını  çəkdiyimiz  iki 
sərkərdənin söhbəti diqqəti cəlb edir. Müsəlmanların iĢğalçı siyasətinə necə olursa-
olsun  bəraət  qazandırmağa  çalıĢan    ərəb  sərkərdəsi  deyirdi:  “Biz  buraya  dünya 
nemətləri  üçün  gəlməmiĢik,  çünki  bizim  istək  və  qayğılarımız  bambaĢqadır”. 
Sözünə  qüvvət  olaraq  o,  peyğəmbərin  bu  sözlərini  də  xatırlayır:  “Mənim  dinimə 
iman  gətirməyənlərin  üstündə  mən  öz  silahdaĢlarımı  qoydum,  onların  vasitəsilə 
həmin  adamları  cəzalandırdım...  Onlar  bu  dində  qaldıqca  mən  onlara  hakimiyyət 
bəxĢ edirəm. Çünki bu – haqq dinidir. Ondan yalnız zəlillər üz döndərir, onu yalnız 
güclülər tutur”. 
Lakin  çox  keçmədən,  Ġslam  bütpərəstliklə  yanaĢı  atəĢpərəstliyi  də  aradan 
götürdü.  Tədqiqatçıların  fikrincə,  Allah  qarĢısında  bütün  müsəlmanların 
bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-iranlı əhalisi, o 
cümlədən  azərbaycanlılar  arasında  daha  tez  yayıldı.  Tarixçi  əl-Bəlazurinin 
məlumatını  ĢiĢirdilmiĢ  fakt  kimi  qəbul  etməsək,  Cənubi  Azərbaycan  əhalisi  artıq 
xəlifə Əlinin dövründə (656 – 661) Ġslamı qəbul etmiĢ, Quran oxuyurdular. 
Ġslamaqədərki  etiqadlarında  (xristian  və  yəhudiləri  nəzərə  almasaq)  əsasən 
Azərbaycanın dağ yerlərinin əhalisi qalmıĢdı. Əl-Ġstəxrinin məlumatına görə, o, bu 
yerlərdə olduğu vaxt, yəni təqribən X əsrin 20 – 30-cu illərində də, Qabh (Qafqaz) 
dağında  bir  çox  müxtəlifdilli  kafirlər  yaĢayırdılar.  XII  əsrin  30  –  40-cı  illərində 
Azərbaycanın bir sıra Ģəhər və kəndlərini gəzmiĢ əndəluslu Əbu Hamid əl-Qərnati 
Dərbənd  yaxınlığındakı  dağ  kəndlərində  “Ġslamı  qəbul  etməmiĢ,  hətta  cizyə  də 
verməyən”,  dəfn  mərasimlərinə  görə  atəĢpərəst  olduqları  bəlli  olan  adamlara  rast 
gəlmiĢdi. 
Ġslamı  qəbul  etmiĢ  xalqlar,  o  cümlədən  azərbaycanlılar  arasında  bəzi  dağ 
kəndləri  sakinlərinin  nəinki  öz  etiqadlarını,  eləcə  də  dillərini  qoruyub  saxlaya 
bilmə  səbəbini  XIV  əsrin  II  yarısı,  XV  əsrin  əvvəllərində  yaĢayan  ərəb  tarixçi-
filosofu  Ġbn  Xəldunun  fikri  ilə  izah  etmək  olar.  Onun  rəyincə  “ərəblər  dağlıq 
yerlərə  deyil,  yalnız  düzən  yerlərə  hücum  etməyə  meyllidirlər;  Çünki...  dağlıq 
yerlərdə  öz  məqsədlərinə  nail  olmaq  onlar  üçün  asan  olmur”.  ġimali  və  Cənubi 
Azərbaycanın  atəĢpərəstliyin  təsir  dairəsində  olan,  nisbi  müstəqilliyini  saxlamıĢ 
məhz belə dağlıq yerləri, eləcə də qonĢu Deyləm, Gilan, Təbəristan və s. ərəb üsul-
idarəsinə  qarĢı  mübarizə  meydanı  oldu.  Onu  da  qeyd  edək  ki,  uzun  müddət  yerli 
əhali ilə bağladıqları müqavilənin Ģərtinə görə atəĢpərəstlərdən can vergisi almaqla 
kifayətlənən ərəblər, sonralar xüsusilə atəĢpərəst xürrəmilərin onlara qarĢı çıxıĢları 
baĢlananda bu dinin tərəfdarlarını təqib etməyə baĢladılar. Lakin yuxarıda adlarını 
çəkdiyimiz əl-Müqəddəsinin və əl-Qərnatinin məlumatlarından göründüyü kimi bu 
təqib  ucqar  dağ  kəndlərində  yaĢayan  atəĢpərəst  əhaliyə  gedib  çatmadı.  Əl-
Qərnatinin  qeydə  aldığı  məlumat  bu  cəhətdən  daha  diqqətəlayiqdir:  “Dərbənd 
yaxınlığında  böyük  bir  dağın  ətəyində  iki  kənd  vardır.  Burada  yaĢayan  adamlara 
zəryəqaran,  yəni  zireh  ustaları  deyilir.  Onlar  hərb  meydanında  iĢlədilən  bütün 


53 
 
zirehlərdən – dəbilqə, qılınc, nizə,  yay, ox,  xəncər  və eləcə də  misdən olan baĢqa 
alətlər  düzəldirlər.  Onların  qadın,  uĢaq,  qız,  qul  və  kənizləri  bu  sənəti  hərtərəfli 
öyrənirlər.  Burada  əkilən  torpaq  və  bağlar  yoxdur.  Adamların  çoxu  xeyirxah  və 
dövlətlidir. BaĢqa yerlərdə olanlar hər tərəfdən satmaq üçün onlara müxtəlif mallar 
gətirirdilər.  Onların  dini  yoxdur  və  cizyə  də  vermirlər.  Həmin  adamlardan  biri 
öldükdə, ölən adam kiĢidirsə, onlar meyiti yerin altında  yaĢayan adamlara  verilir, 
onlar da meyitin əzalarını doğrayır, [nəticədə] yalnız ətindən ayrılmıĢ sümüklər və 
beyin  qalır.  Ölünün  ətini  yığır  və  qara  qarğalara  yedirirlər.  Həmin  adamlar 
soyuqqanlılıqla  [ölünün  qoyulduğu  yerə]  gedib,  baĢqa  quĢları  ölünün  ətindən 
yeməyə  qoymurlar.  Əgər  ölən  qadındırsa,  onlar  meyiti  yerin  altında  yaĢayan 
adamlara  göndərirlər.  Həmin  adamlar  onun  sümüklərini  ayırır,  ətini  quzğunlara 
yedirir,  onun  ardınca  oxlarla  gedərək,  ətinə  yaxın  düĢmək  istəyən  baĢqa  quĢlara 
mane olurlar. 
Mən Dərbənddə əl-Əmir Əbu əl-Məlik ibn Əbu Bəkrə dedim: “Necə olub ki, 
bu millət Ġslamı qəbul etməmiĢ və onlara cizyə və xərac verməməyə icazə verilib”. 
O dedi: “Onların sehri var”. 
Dərbəndin  sahibi  əl-Əmir  Seyf  əd-Din  Məhəmməd  ibn  Xəlifə  əs-Suləmi  – 
Allah ona rəhmət etsin... məni Allahın buyurduğu kimi xeyirxahlıqla qarĢıladıqdan 
sonra  belə  bir  söhbət  etdi:  Mən...  türklərdən  və  baĢqa  millətlərdən  olan  adamları 
topladım... dağlardan olan əl-Lakz, əl-Filan və s. millətlər də bizə qoĢuldular... biz 
həmin  iki  kəndə  yollandıq.  Burada  onların  nə  bürcləri,  nə  qalaları  var  idi.  [Bizi 
görən  kimi]  onlar  qapılarını  bağladılar.  Mən  bu  kəndə  birinci  daxil  olanlardan 
oldum.  Bu  vaxt  yerin  altından  (yəqin  ki,  kahalardan  –  N.  V.)  adamlar  çıxdılar. 
Onların  üstündə  silah  yox  idi.  Onlar  dayandılar,  əlləri  ilə  dağlara  iĢarə  etdilər  və 
mənim baĢa düĢmədiyim dildə danıĢmağa baĢladılar. Sonra [yenidən] yerin altında 
yox oldular. [Bundan sonra] bizi soyuq külək  və  möhkəm qar tutdu. Heç bir Ģey 
görmədik. Göy bizim üstümüzə qar, soyuq yağdırdı. Biz [geriyə] qayıtdıq, lakin nə 
mən,  nə  də  baĢqaları  haraya  getdiyimizi  bilmirdik.  Bizlərdən  bəzisi  güclü  atların 
zəifləmiĢ atlarla toqquĢmasından həlak oldu. Həmin [zəif at] və onu minən süvari 
yıxılır,  [qalan]  adamlar  onları  ayaqlayıb  keçir,  onların  atları  və  özləri  ölürdülər... 
Bilmirəm  kim  oxla  mənim  sol  çiynimdən  vurdu,  [ox]  qoltuğumun  altından  çıxdı. 
Mən az qala ölmüĢdüm. Onlardan bir neçə fərsəx uzaqlaĢanadək bir təhər dözdüm. 
[Nəhayət]  qar,  külək  və  soyuq  ara  verdi,  biz  qoĢunumuzdan  çoxlu  adam  itirdik. 
Mən çiynimdən oxu  çıxartdım  və bu [yara] nəticəsində dörd ay xəstə  yatdım. Biz 
həmin kəndlərdə yaĢayanlardan bir tikə çörək belə ala bilmədik, onların bir adamı 
ilə  döyüĢmədik.  Bu  isə  həmin  adamların  yalnız  sehrkarlığından  ola  bilərdi.  Bu 
adamlar  ölünün  sümüklərini  çıxarır,  sümükləri  kisələrə  doldururlar.    Dövlətlilərin 
və  məĢhur  adamların  kisələri  zərli  rum  ipəyindən,  qul  və  kənizlərinki  isə  çit  və 
baĢqa  bu  kimi  Ģeylərdən  olur.  [Adamlar]  kisələri  evdə  asır,  hər  birinin  üstündə 
sahibinin adını yazırlar...”. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə