68
da onları idarə etməyi bacarmırdılar. Belə olmasaydı müsəlmanlar onlardan böyük
əziyyətlər görərdilər. Xəzər Ģahlığında yaĢayan əl-larisilər
***
və baĢqa müsəlmanlar
[rusların] haqqında eĢidib Xəzər Ģahına dedilər: Müsəlmanların ölkəsinə hücum
edən, onların qanını axıdan, qadınlara və uĢaqlara əzab-əziyyət verən bu adamları
bizim öhdəmizə burax. ġah onlara mane ola bilmirdi. Lakin rusların yanına adam
göndərdi və xəbərdarlıq etdi ki, müsəlmanlar onlarla vuruĢmağı qət ediblər. QoĢun
toplandı və müsəlmanlar rusları qarĢılamaq üçün çay aĢağı endilər. Onlar üzbəüz
gəldikdə ruslar gəmilərindən çıxıb müsəlmanlara yaxınlaĢdılar. Müsəlmanlarla Atil
Ģəhərindən olan xristianlar da vardı. Müsəlmanlar yaxĢı silahlanmıĢ 15 minlik
süvari qoĢundan ibarət idi. VuruĢma 3 gün çəkdi və Allah müsəlmanlara qələbə
bəxĢ etdi. Ruslar qılıncdan keçirildi, öldürüldü və dənizdə batırıldılar. Yalnız beĢ
minə yaxın adam xilas ola bildi. Onlar da gəmilərinə minib burtasların ölkəsinə
tərəf üzdülər. Sonra ruslar gəmilərini atıb, quru ilə hərəkət etdilər. Onlardan bəzisi
burtaslar tərəfindən öldürüldü, müsəlman bulqarların ölkəsinə gəlib çıxanları isə
onlar qırdılar. Saymaq mümkünsə, müsəlmanlar Xəzər çayı sahlində otuz minə
yaxın rus qırdılar. Bundan sonra ruslar heç vaxt yuxarıda təsvir etdiyimiz
əməllərinə qayıtmadılar”.
Lakin, mənbələrdən göründüyü kimi, ruslar yenə də öz əvvəlki peĢələrindən
əl çəkmədilər və Bərdəyə hücum etdilər. Maraqlı burasıdır ki, bu hücum da ruslarla
bizanslılar arasında bağlanılan sülh müqaviləsindən dərhal sonra baĢ vermiĢdi. XIII
əsr müəllifi Ġbn əl-Ġbrinin (Bar Ebreyin) verdiyi məlumata görə, Bərdə yürüĢündə
alanlar, səkləblər, ləzgilər də iĢtirak etmiĢ, Ģəhəri ələ keçirdikdən sonra yerli
əhalidən 20 min nəfəri qətlə yetirmiĢ, sonra isə geri qayıtmıĢdılar.
O dövr Bərdəsi haqqında əvəzedilməz materialı dövrümüzədək çatdıran X
əsr ərəb mənbələri
bizi həm rus hücumuna qədərki, həm də ondan sonrakı
Bərdə ilə
tanıĢ edir, burada baĢ verən dəyiĢilikləri nəzərimizə çatdırır. X əsrin 20-ci illərində
Bərdədə olmuĢ əl-Ġstəxri bir fərsəx (≈ 6 km) eni, bir o qədər də uzunluğu olan bu
böyük Ģəhər haqqında məlumat verirkən “Ġraqla Xorasan arasında Rey və
Ġsfahandan sonra Bərdədən daha münbit torpaqlı, əlveriĢli mövqe tutan baĢqa
Ģəhər” olmadığını bildirir. Əl-Ġstəxri dövründə “Fars və Xuzistanı ipəklə təchiz
***
Əl-Məsudinin əsərində olan baĢqa məlumata görə, Xəzər dövlətinin paytaxtı Atil Ģəhəri əhalisinin
“çoxu müsəlman idi. Hökmdarın ordusu onlardan təĢkil edilmiĢdi. ġəhərdə onları əl-larisiya (əl-ərsiyə,
arisiyə) kimi tanıyırdılar. Onlar Xarəzm tərəflərdən köçüb gəlmiĢdilər. Çox əvvəllər, Ġslam meydana
çıxdıqdan sonra, onların ölkəsində müharibə olmuĢ, sonra vəba baĢ qaldırmıĢdı. Onlar Xəzər
hökmdarının [ölkəsinə] köçmüĢdülər. [Əl-larisilər] igid və cəsurdurlar. Xəzər hökmdarının müharibələr
zamanı dayağıdırlar. Onlar onun ölkəsində müəyyən Ģərtlərlə qalırdılar; bu Ģərtlərdən biri o idi ki, onlar
öz dinlərinə aĢkar edəcəklər, məscidləri, müəzzinləri olacaq; Ģərtə görə hökmdarın vəziri də onlardan
olmalı idi... Bundan əlavə, [xəzərlər] müsəlmanlara qarĢı müharibə etdikdə, [əl-larisilər] onların
qoĢununda ayrı duracaq və vuruĢmayacaqlar, baĢqa kafir düĢmənlərə qarĢı isə hökmdarla birlikdə
döyüĢəcəklər”. V. F. Minorski gümanla əl-larisiləri əvvəllər Aral dənizindən cənubda yaĢayan alanlarla
(osetinlərlə) eyniləĢdirir.